Cümə axşamı günü, 05 noyabr 2026
     

Qəzza hara, "Arsax" hara - Mirzoyan lap "ağ elədi"...

Image


Məhərrəm Zülfüqarlı: "Erməni nazirin Qarabağla Qəzza bölgəsini eyniləşdirməsi, bu cür anormal paralel aparması kökündən yanlışdır"

Ermənistan rəsmiləri əllərinə düşən hər fürsətdən istifadə edib çoxdan məhv olmuş "Arsax"ı   gündəmə gətirməyə çalışır. Elə bir məsələ yoxdur ki, orada Qarabağda olmayan "erməni irsi" barədə danışmasınlar.   

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Əl-Cəzirə televiziyasına müsahibəsində böyük saxtakarlıq edərək, Qarabağdakı "vəziyyətlə" Qəzza zolağındakı vəziyyət arasında paralellər aparıb.

O, İrəvanın mülki şəxslərə qarşı hücumları qətiyyətlə pislədiyini vurğulayıb və vəziyyətlərin oxşarlığına (?) işarə edib. Guya onlar Qarabağda "oxşar vəziyyətlə" üzləşiblər, "100 mindən çox erməni "xilas naminə öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb" - deyə Mirzoyan sərsəmləyib. Buna başqa ad vermək olmaz, məhz sərsəmləyib.

Mirzoyan deyib ki, bu kontekstdə Ermənistan da mədəni və mənəvi irsin, xüsusilə yazı sahəsində, qorunub saxlanmasına töhfə verməyə hazırdır.

O təklif edib ki, Qəzzanın yazı irsini Matenadaranda qorumaq olar (?).

 "Biz əlyazmaların təhlükəsizliyini təmin etmək üçün, lazım gələrsə, münaqişə zonasından müvəqqəti olaraq təxliyə etməyə və vəziyyət sabitləşdikdən sonra geri qaytarmağa hazırıq" - deyib.

Qəzza hara, "Arsax" hara"? Ermənistanın xarici işlər naziri niyə belə uğursuz və uyğunsuz paralel aparıb?

"Ermənistan bu cür təxrubatlardan əl çəkməlidir…" 

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, erməni nazirin Qarabağla Qəzza bölgəsini eyniləşdirməsi, bu cür anormal paralel aparması kökündən yanlışdır. Ümumiyyətlə, ermənilər dünyada bütün məsələləri özlərinə uyğunlaşdıraraq daim tarixi saxtalaşdırıblar, yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışıblar. Hətta bilirsiz ki, yəhüdilərin İkinci Dünya  müharibəsində məruz qaldığı soyqırıma, Holokosta uyğun olaraq öz qondarma "soyqırım" məsələlərini ortaya atıb dünya ictimaiyyətini çaşdırmağa cəhd ediblər. Dünya yəhidiləri onların bu hərəkətini həmişə  qınayıb. İndi isə Qarabağla Qəzza bölgəsindəki vəziyyəti eyiləşdirmək cəhdləri tamailə səhvdir.  İkincisi, Qarabağda və digər ərazilərdə yaşayan ermənilər bura "Türkmənçay" müqaviləsindən sonra köçürülüblər, onlar vətəni olmayan xalqdır. Ona görə də, Çar Rusiyası bunlardan istifadə edərək onları işğal etdikləri ərazilərə yayıb. Ermənilər belə tayfadır ki, hara düşsələr oranı özlərinə vətən hesab edirlər. Dünya ictimaiyyətinin də bu məsələni dərindən bilməməsindən istifadə edib belə uyğunsuz paralellər aparırlar. Artıq dünya ictimaiyyəti, o cümlədən hazırkı Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan ərazi olduğunu bildirib. Ermənistanın baş naziri Paşinyan bildirir ki, biz əfsanələr uydurmuş insanların ardınca getməməliyik, reallıqla hesablaşmalıyıq, Qarabağ Azərbaycan torpağıdır, biz öz "tarixi ərazilərimiz"lə bağlı uydurulan o əfsanələrə uyub getməməliyik, konkert olaraq SSRİ parçalanarkən mövcud 29 min kvadrat kilomertlik ərazimizi qoruyub saxlamalıyıq.  Paşinyan özü deyir ki, dünya ictimaiyyətini çaşdırmaqla öz dövlətçiliyimizi də itirə bilərik"-deyən M.Zülfüqarlının sözlərinə görə, artıq Ermənistan rəhbərliyi bu əfsanələrin puç olduğunu bildirsə də, təəssüf ki, yenə də Ermənistanın xarici işlər naziri bu cür sərsəmləmələri davam etdirir. 

"İndiki dövrdə Azərbaycan çoxmilətli ölkə kimi dünyaya nümunədir, Azərbaycanda müxtəlif milli azlıqların nümayəndələri yaşayır, əhalinin 10 faizi milli azlıqlardan ibarətdir. Müxtəlif dinlərə aid abidələr Bakıda və digər ərazilərdə qorunub saxlanılmaqdadır. Hətta Bakının ən görkəmli yerində katolik kilsəsinin inşası da həyata keçirilib. Erməni kilsəsi də paytaxtımızın mərkəzində qorunub saxlanılır. Biz dünyaya tolerantlıq nümayiş etdirən bir dövlət kimi öz nümunəmizi göstəririk, Ermənistan isə monoetnik dövlət kimi yenə də faşist ideologiyasından əl çəkmək istəmir, suları bu cür bulandırmaqda davam edir. Mənə belə gəlir ki, bu cür paralellərin heç bir əsası olmadığı kimi, Ermənistan rəhbərliyi də gələcəkdə ölkənin konstitutsiyasını, gerbini və sairləri dəyişməyə məcbur olacaq. Ermənistan bu cür təxrubatlardan əl çəkməlidir, qonşu Türkiyə və Azərbaycanla normal münasibətlərin yaradılmasında maraqlı olmalıdır. Əks təqdirdə, Ermənistan rəhbərlərinin dediyi kimi, onlar öz dövlətçiliyini itirə bilər" - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ