Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda hakimiyyətlə müxalif revanşistlərin qarşıdurması dərinləşir...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan  son günlərdə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması qərarına etirazların episentri olan sərhədyanı Tavuş rayonunda yenidən bir qrup sakinlə görüşüb. Baş nazirin ofisi bu görüşlə bağlı rəsmi açıqlama yayıb: "Baş nazir hazırkı vəziyyəti detallı şəkildə izah edib və bildirib ki, hökumət bütün problemlərlə tanışdır".

Paşinyanla bu görüşdə sərhədyanı Kirants kəndinin başçısı və bir neçə sakini iştirak edib. Kirents kəndinin inzibati rəhbəri Kamo Şahinyan görüşlə bağlı bildirib: "Hökumət Kirants kəndinin sakinlərinin fikrini eşitməyib, onlar bunu nəzərə almaq istəməyiblər, görüş artıq məlum olan ssenari üzrə baş tutub. Bizim təkliflərimiz birinci dəfəki kimi idi, lakin vəziyyət dəyişməyib, hər şey olduğu kimi qalır". Kamo Şahinyan kənd sakinlərinin baş nazirlə görüşdən məyus və həyəcanla çıxdığını bildirib.
 Kənd icra başçısının sözlərinə görə, hər şeyə rəğmən Tavuş sakinləri müəyyən dəyişikliklərin olacağı ümidi ilə yolu ərazidən keçən yolu bağlı saxlamaqda davam edirlər. Elə "Azatutyun"  radiosu da Kirants kənd sakinlərinin görüşdə o qədər də məmnun görünmədiklərini, amma mediaya danışmaq istəmədiklərini yazır. Sakinlərdən bəziləri Paşinyandan təzə heç nə eşitmədiklərini deyib. Bu sakinlərlə ayrıca söhbət etmiş müxalifət deputatı Geğam Nazaryan da vəziyyətin olduğu kimi qaldığını bildirir: "Adamlar yenə də qeyri-müəyyənlik və panika içində qalıblar. Adamlar daha pis şeylərin baş verəcəyindən qorxurlar, çünki onların heç bir ağlabatan təklifi qəbul edilməyib. Paşinyan dedi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm: dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim?  Kirantslılar indi şokdadırlar, qapını açıb Azərbaycan əsgərini görə bilərlər". Onun iddiasına görə, sərhəd sovet dövründə olduğu kimi deyil, "yeni xətlə" çəkilir. 

Qeyd edək ki, Kirants Azərbaycana qaytarılmalı olan ərazilərə bitişik Ermənistan kəndlərindən biridir. Kirantslılar və Tavuş rayonunun başqa kəndlərinin sakinləri buradan keçən İrəvan-Tiflis yolunu bağlamaqla Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına etiraz edirlər. Ötən günlər ərzində bəzi etirazçılarla polis arasında toqquşmalar baş verib. Erməni Kilsəsinin və müxalifətin nümayəndələri də bu etirazlara qoşulurlar. Buna baxmayaraq, Paşinyan hökuməti fikrindən dönmür və etirazçılarla münasibətdə prinsipial mövqe tutmağa çalışır. "Yerkrapa" könüllü cəmiyyəti və onun başçısı, Paşinyanın müttəfiqi olan Sasun Mikaelyan da bu ərazidə asayişin təmin olunmasında iştirak edir.  Həmçinin, hakim partiyadan olan başqa deputatlar da demarkasiya prosesi ilə bağlı izahat verir və gərginliyi azaltmağa çalışırlar. "Vətəndaş müqaviləsi" partiyasından deputat Arsen Torosyan  deyib ki, hazırda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılığı əsasında demarkasiya prosesi aparılır. O əlavə edib ki, bütünlükdə iki ölkə arasında dövlət sərhədinin 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyasına dair razılaşma əldə olunub: "Biz yeni sərhəd xətti çəkmirik. Yeni sərhəd xəttinin çəkilməsi bir sıra hüquqi prosedurlar tələb edir. Bu, sadəcə olaraq iki dövlət arasında mövcud olmuş sərhəd xəttinin təsdiqlənməsidir". "Əgər Kirants körpüsü üzərində azərbaycanlı dayanacaqsa, bu məsələ necə həll olunacaq" sualına Arsen Torosyan belə cavab verib: "Qonşularımızı mən seçməmişəm. Heç Kirants və ya Bağanis sakinləri də seçməyiblər ki, qonşuları azərbaycanlılar olsun. Bu mənada, bəli demarkasiyadan sonra o xəttin üstündə bir azərbaycanlı dayanacaq. Demarkasiya özlüyündə təhlükəsizlik qarantiyalarından biridir. Əgər dövlət sərhədi varsa, deməli, təhlükəsizliyin təmas xəttindən daha yüksək səviyyəsi var. Təmas xətti olanda tərəflər bir-birlərini güdüb atəş açmağa məqam axtarırlar. Aydındır ki, dövlət sərhədi lap o tərəfdə azərbaycanlı sərhədçi dayansa da təhlükəsizliyin qarantiyasını gücləndirir". Torosyan vurğulayıb ki, tərəflər Almatı Bəyannaməsini imzalayıblar və dövlət sərhədi sovet Ermənistanı ilə sovet Azərbaycanı arasında mövcud olmuş inzibati sərhədi əvəz edəcək.

Bu arada Ermənistan parlamenti müxalifətin təqdim etdiyi Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və demarkasiyası haqqında bəyanat layihəsinin sessiyanın gündəliyinə daxil edilməsi məsələsini rədd edib. Layihənin müəlliflərindən biri, müxalif "Hayastan" fraksiyasından Artur Xaçatryan bildirib:   "Bu gün Ermənistanda baş verən və pilot demarkasiya adlandırılanlar əslində Ermənistan Respublikasının hissələrə bölünməsi prosesidir. Bunun qarşısını almaq məqsədilə bugünkü hakimiyyətin demarkasiya adlandırdığı prosesi o bəyanatla tənzimləmək üçün, yəni demarkasiyanın hansı əsasa söykəndiyini başa düşmək üçün Milli Məclisdə bəyanat qəbul etməyə çalışdıq". "Vətəndaş müqaviləsi" partiyasından Mariya Karapetyan isə buna cavab verib ki, Ermənistanın bir millimetr ərazisi belə verilmir və dəyişdirilmir: "Ermənistan Respublikasının ərazisinin bir millimetri də heç kimə verilməyib, hazırda gedən demarkasiya və delimitasiya prosesləri Ermənistan-Azərbaycan sərhədlərinin bərpası, mövcud sərhədlərin bərpası prosesindən başqa bir şey deyil. İndiki proses Ermənistan-Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır". Karapetyan qeyd edib ki, Ermənistanın 29 min 743 kvadrat kilometr ərazidən daha böyük torpağa malik olmaq istəyi  təhdiddir. "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan isə öz növbəsində bildirib ki, layihə Ermənistan dövlətçiliyi üçün təhlükələr ehtiva edir. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ