Cümə axşamı günü, 05 noyabr 2026
     

Söz və məlumat azadlığı demokratik inkişafın mühüm amilidir...

Image


Bu gün Azərbaycan cəmiyyətində açıq fikir mübadiləsinə, medianın səmərəli və azad fəaliyyətinə, seçki prosesinin aşkarlığının təmin edilməsinə hər cür şərait yaradılıb.

Ümumiyyətlə, yeni müstəqillik illərində informasiya sahəsinin demokratikləşməsi və liberallaşdırılması, söz və məlumat azadlığının təmin edilməsi sahəsində xeyli işlər görülüb, mühüm nəticələr əldə edilib. Bu sahədə münasibətləri bərabərlik və plüralizm prinsipləri əsasında səmərəli tənzimləyən qanunvericilik aktları formalaşdırılıb. Vətəndaşların informasiya hüquqlarının müdafiəsinin konstitusiya təminatının gücləndirilməsinə xidmət edən digər hüquqi aktlar qəbul olunub. 

Azərbaycan istənilən ölkə kimi öz media məkanını xarici neqativ təsirlərdən qoruyur 

Söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş informasiya sahəsində islahatlar zamanı media fəaliyyətinin lisenziyalaşdırılması prosedurlarının sadələşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Digər addəmlar media arasında rəqabət mühitinin inkişafına, plüralizmə, milli informasiya məkanının istifadəçilər tərəfindən tələb olunan müvafiq informasiya ilə doldurulmasına şərait yaradır. 

Azərbaycanın qanunvericiliyi və hüquq tətbiqetmə təcrübəsi hər bir şəxsin öz fikrini azad ifadə etmək hüququna təminat verir. Bu hüquqa hər cür məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir, bunlar yalnız qanunla məhdudlaşdırıla bilər. Özü də o halda ki, qanun başqalarının hüquq və ya reputasiyasını, yaxud milli təhlükəsizliyi, ictimai asayişi qorumağə tləb edir. Yayımlanan materialların düzgünlüyünə görə jurnalistlərin hüquqi və peşəkar məsuliyyətinə xüsusi diqqət yetirilir. Vətəndaşların şərəf və ləyaqətini ləkələyən, bilə-bilə yalan məlumatların yayılmasının yolverilməzliyi və məsuliyyəti ilə bağlı hüquqi normalar mövcuddur ki, bu da ilk növbədə insan ləyaqətinə hörmətin hüquqi təminatlarının təmin edilməsinə yönəldilir, hüquq normalarının gücləndirilməsinə xidmət edir. Müstəqil, peşəkar və sosial məsuliyyətli jurnalistikanı dəstəkləmək məqsədilə dövlət digər addımlar da atır.   Lakin bütün bunlardan sui-istifadə edilməsi də yolverilməzdir. Xüsusən də müəyyən xarici qüvvələrin media vasitəsilə ölkə həyatına müdaxiləsi qəbulolunmazdır. Dövlət bu xüsusda müvafiq tədbirlər görməlidir. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bir nçə gün əvvəl Berlində Almaniyanın kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bu mövzuya genişşəkildə toxunub: "Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də".

Söz azadlığı demokratik inkişafın əsas təməl sütunlarından biridir 

Hazırda Azərbaycan cəmiyyətində söz azadlığı hər bir vətəndaşın fundamental hüququna çevrilib. Bu hüquq təkcə milli qanunvericilikdə təsbit edilmir, həm də müxtəlif beynəlxalq hüquqi müqavilə və sazişlərlə qorunur. Ölkəmizdə söz və mətbuat azadlığı dövlət siyasətinin prioritet istiqamətidir. Çünki şəffaflıq və söz azadlığı dövrün tələbidir, Azərbaycanda islahatların tələbi budur.

Məlumdur ki, söz azadlığı BMT-nin 100-ə yaxın müqaviləsi, 60-dan çox YUNESKO müqaviləsi, Avropa Şurasının 200-dən çox müqaviləsi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 30-dan çox beynəlxalq konvensiya, bəyannamə və beynəlxalq müqavilələri ilə hüquqi cəhətdən tənzimlənir. Azərbaycan Konstitusiyasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının aliliyi də tanınır. Başqa sözlə, sözügedən konstitusiya norması göstərir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən müdafiəsi dövlətin daxili işlərindən kənara çıxır. Söz və mətbuat azadlığını təmin edən mühüm beynəlxalq sənədi, yəni Ümumdünya İnsan Hüquqları Bəyannaməsini öyrəndikdə görmək olar ki, onun 19-cu maddəsində hər kəsin fikir və ifadə azadlığı hüququ ifadə olunur. Bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq azadlığı və dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt söz və mətbuat azadlığına dair qaydanı aşağıdakı kimi müəyyən edir: "Hər kəsin ifadə azadlığı hüququ olmalıdır. Bu hüquqa sərhədlərdən asılı olmayaraq hər cür məlumat və ideyaları şifahi, yazılı və ya çap formasında, bədii əsər şəklində və ya öz seçdiyi hər hansı digər vasitələrlə sərbəst axtarmaq, almaq və yaymaq daxildir" Bütövlükdə bu, söz və mətbuat azadlığını, medianın hərtərəfli inkişafını və üstəlik, jurnalistlərin azad və şəffaf fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını təmin edir. İnsanın ifadə azadlığı hüququna internetə daxil olmaq hüququ da daxildir. Bu hüquqa sərhədlərdən və idarəetmə formalarından asılı olmayaraq müxtəlif informasiya və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Bu gün internet və sosial şəbəkələr Azərbaycan cəmiyyətinin problemlərinə çevik və aktiv reaksiya vermək baxımından mühüm önəm  kəsb edir.   Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Demokratik prinsiplər, plüralist dəyərlər daim eyni vəziyyətdə qalan sabit anlayışlar deyil və onlar hər zaman yeniliyə, təkmilləşməyə yönəlirlər. Azərbaycanda qərarlaşan demokratik dəyərlər də tədricən təkmilləşərək yeni keyfiyyətdə təzahür edir. Bu da uğurlu demokratik inkişafın əsas təməl sütunlarından biridir. 

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ