Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanı devirmək üçün Rusiyadan təminat istənilir...

Image


Məlum olduğu kimi, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın İspaniyanın Palma şəhərində Avropa İttifaqı parlamentlərinin sədrləri konfransında səsləndirdiyi bəyanatlarla bağlı Ermənistan parlamentinə məktub göndərib. 

Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan "konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu" nəzərə alaraq, Ermənistanın Ukraynanın, həmçinin Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləmək istədiyini bildirib. Ermənistan parlamentinin spikeri bununla kifayətlənməmiş və bəyan etmişdi ki, Rusiya Ermənistan üçün Azərbaycan qədər təhlükə təşkil edir: "Rusiya təhdid və dezinformasiya kampaniyaları təşkil edir. Narahatlıq doğuran budur ki, Rusiya hökumətinin bir çox vəzifəli rəsmiləri Ermənistana maraqlarını diqtə edir və erməni xalqının adından danışırlar. Bunun parlaq nümunəsi Brüsseldə Ermənistanın baş naziri, Avropa Komissiyasının rəhbəri və ABŞ dövlət katibinin üçtərəfli görüşü ilə bağlı Rusiyanın və Azərbaycanın Ermənistan üzərinə həyata keçirdiyi hibrid hücumudur".

Bunlar fonunda Karasinin məktubunda Ermənistan parlamenti sədrinin çıxışının Rusiya ictimaiyyətinin mənfi reaksiyasına səbəb olduğu qeyd edilir: "Vətəndaşlarımızdan Simonyanın açıq-aşkar anti-Rusiya bəyanatlarının Ermənistan Milli Assambleyasının rəsmi mövqeyini əks etdirib-etdirmədiyini aydınlaşdırmaq üçün çoxsaylı müraciətlər almışıq. Bununla əlaqədar olaraq, Ermənistan parlamentinin sədrinin sözügedən tədbirdə kimin adından çıxış etdiyinə aydınlıq gətirməyinizi, həmçinin onun söylədiklərinin Rusiya ilə Ermənistanın müttəfiqlik münasibətlərinə nə dərəcədə uyğun olduğunu bildirməyinizi xahiş etmək istərdim". Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb. Matviyenko Simonyanın artıq bütün "qırmızı xətləri" keçdiyini bildirib: "Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o kimin adından bu cür süjetlər səsləndirib? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Biz bu cür rusofob çıxışı nəzərdən qaçıra bilmərik. Mən Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, o kimin adından danışıb və Ermənistan parlamenti bu "sxodka"da səslənən qiymətləri bölüşürmü? Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq. Sadəcə, həmkarımız üçün ayıbdır ki, o artıq bütün "qırmızı xətləri" keçib". Simonyanın Matviyenkoya cavabı gecikməyib: "Konfransın mövzusu "Rusiyanın Ukraynanı qanunsuz işğalı" idi, təsadüfən onları incitməmək üçün "qanunsuz" sözünü işlətmədim, lakin mənim çıxışımda beynəlxalq hüquqa, onların bəyanatlarına, imzaladıqları sənədlərə zidd heç nə yoxdur. Belarus və Türkiyə də yeni ərazilərin Rusiyaya daxil olmasını tanımır. Eyni zamanda, Türkiyə Prezidenti Krımı da tanımadığını xüsusilə vurğulayır. Mən başa düşmək istəyirəm: gücləri yalnız bizə çatır? Problem ondadır ki, onlar Ermənistanın müstəqil dövlət kimi fəaliyyət göstərməli olduğunu dərk etmirlər. Onların fikrincə, biz hələ də əyalət olaraq qalırıq. Təəssüf edirəm ki, erməni və rus xalqları arasında dostluqdan danışarkən "erməni soyqırımı"nın adı bircə dəfə də çəkilmir. Dostluqdan dəm vuran həmkarlar "ermənilərin soyqırımı"ndan heç nə yazmırlar. Bəs çoxəsrlik dostluq nə oldu?". 

Xatırladaq ki, bundan əvvəl də Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada erməni diasporasının nümayəndələri ilə görüşdə demişdi ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil: "Mən çoxdan demişəm ki, bu məsələdə Ermənistan Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bizim üçün çox ağrılıdır ki, bu situasiyaya təsir edə bilmirik. Ukrayna xalqı bizə dost xalqdır". Ermənistanın baş naziri vurğulamışdı ki, 1991-ci il tarixli Almatı Bəyannaməsi təkcə Ermənistana yox, həm də onu imzalamış bütün keçmiş Sovet İttifaqı respublikalarına, o cümlədən Rusiya və Ukraynaya da aiddir. O demişdi ki, bu sənədi imzalayan respublikalar o vaxt üçün mövcud sərhədləri qarşılıqlı və hamılıqla tanıyıblar. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin isə qeyd edir ki, bu yanaşma fonunda Alen Simonyan Ermənistanın Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü hərarətlə dəstəklədiyi ilə başladı: "Çıxışında o, Rusiyaya hücum edib. Onun sözlərinə görə, Rusiya erməni cəmiyyətini terrora məruz qoyur, daxili işlərə qarışır və indi onlar öz ərazilərində Rusiya kanallarının yayımını qadağan etməyə məcburdurlar. Bu, hakimiyyətin Rusiyaya qarşı formalaşdırdığı münasibətdir". Bunlar fonunda Ermənistanın "Qraparak" nəşri yazır ki, indi radikal erməni müxalifəti Rusiyanın köməyi ilə Paşinyan iqtidarını devirməyə daha çox ümid edir: "Sərhədlərin delimitasiyasından sonra başlanan etiraz aksiyaları müxalifətin ümidlərini daha da artırırb. Əsas təşkilatçısı "Hayastan" bloku olan etiraz aksiyaları davam etsə də, müxalifətin ortaq planı olmadığından, o qədər də geniş vüsət almır. Ermənistanın parlament müxalifətinin 2 qanadı hələ də birləşməyib. Bizə deyiblər ki, dəqiqləşdirilməli olan bəzi məsələlər var. Məlum olur ki, müxalifətçilər hakimiyyətin Qarabağı keçmiş hakimiyyət nümayəndələrinin təhvil verdiyi və hakimiyyət dəyişikliyi olacağı təqdirdə Rusiya ilə Azərbaycanın Ermənistanı boşaldacağı ilə bağlı təbliğatına ciddi yanaşırlar, buna görə də hakimiyyət dəyişikliyi üçün müraciət təqdim etməzdən əvvəl diplomatik kanallar vasitəsilə Rusiyadan aydınlaşdırmaq və Qarabağda baş verənlərin Ermənistanda baş verməyəcəyi ilə bağlı zəmanətlər almaq, sonra radikal mübarizəyə başlamaq qərarına gəliblər".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ