Cümə axşamı günü, 05 noyabr 2026
     

Ukrayna hadisələri Azərbaycanın Avropa üçün önəmini artırdı...

Image


Bu gün biri-birini məhv etməyə çalışan Rusiya və Ukraynanın eyni zamanda çox az ölkə ilə münasibətləri yüksək səviyyədədir. Ölkələrin böyük əksəriyyəti bu fonda ya Ukraynanın, ya da Rusiyanın yanında yer alır. Amma Azərbaycan kimi az sayda ölkələr tamamilə neytral mövqe sərgiləyir. 

Bu hal Qərb mediasının da xüsusi diqqətini çəkir. Sözügedən xüsusda "Azadlıq" radiosunun eksperti Coşua Kuçera yazır ki, Azərbaycan belə yanaşmada qalib ölkə statusunu qazanıb: "Aprelin 22-də Azərbaycan və Rusiya prezidentləri Kremldə görüşərkən mövzu nə Qarabağ idi, nə Ukrayna, nə də İran. Görüşün rəsmi səbəbi 1974-cü ildə tikintisinə başlanan Baykal-Amur Magistralının (BAM) 50-ci ildönümü idi. Vaxtilə bu layihənin rəhbəri o zaman SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışan Heydər Əliyev olub. 50 il sonra Heydər Əliyevin oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Moskvada BAM-ın veteranları ilə görüşürlər. Putin BAM-ın təməlinin qoyulmasını Şərqə üz tutmanın, yəni Qərbin dominantlığında olan iqtisadiyyatdan qurtulmanın ilkin versiyası adlandırır. Rusiyanın iki il öncə Ukraynaya tammiqyaslı hücuma başlamasının Qafqaz üçün geosiyasi nəticələri olub və Azərbaycan öz təbii ehtiyatları və strateji mövqeyi baxımından bu nəticələrin, demək olar, hamısından qalib çıxıb. Ukrayna Azərbaycanı Avropadan ötrü daha önəmli edib. Avropanın Rusiyadan əvvəlki asılılığından qurtulmaq üçün Azərbaycanın həm enerji qaynaqlarına, həm də qərb-şərq tranzit yolları üzərindəki mövqeyinə ehtiyacı var. Qərbin sanksiyaları fonunda Rusiyanın özünün Azərbaycanın şimal-cənub tranzit yolları üzərindəki mövqeyinə hətta bundan da kəskin ehtiyacı var. Rusiyanın Ukraynada işinin çətinə düşməsi onun 2020-ci ildə İkinci Qarabağ savaşının yekununda Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəs sazişini qüvvədə saxlamaq qabiliyyətini azaltmışdı. 2 min Rusiya sülhməramlısı bölgədə olsa da, Azərbaycan etnik ermənilərin yaşadığı bölgələrdə irəliləyərək ötən ilin sentyabrında Qarabağ üzərində tam nəzarətini bərpa edə bilmişdi. Bu, Ermənistanı ənənəvi Rusiya güvənlik təminatına arxayınlıq yolundan uzaqlaşdıraraq, onun Qərblə daha sıx münasibətlər qurmasına yol açıb. Əliyevin Moskvaya uçması Azərbaycanın ulduzunun ən parlaq, Rusiyanınsa Qafqazdakı mövqeyinin ən sönük durumda olduğu dövrə təsadüf edir. Əliyevin səfərindən bir həftə öncə Rusiyanın Qafqazdakı nüfuzunun azaldığını göstərən daha iki hadisə baş verib. Əvvəlcə Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını təsdiqləyib. Daha öncə onların Qarabağdan çıxışının 2025-ci ilin noyabrında baş verəcəyi razılaşdırılmışdı. Daha sonra Ermənistanla Azərbaycan işğal olunmuş ərazilərin bəzi hissələrinin heç bir kənar qüvvənin, o cümlədən Rusiyanın vasitəçiliyi olmadan Azərbaycana geri qaytarılması haqda razılığa gəldiklərini açıqladı. Buvaxtadək Rusiya sərhəd demarkasiyası məsələlərində mühüm rol oynayırdı". Müəllif iki liderin çıxışlarında bu hadisələrin heç birinə toxunulmadığını yazır. Əvəzində Əliyevlə Putin dəmir yolları və digər iqtisadi əlaqələri müzakirə ediblər: "İqtisadi gündəm öz işlərini, Rusiya da daxil, hər hansı xarici qüvvənin müdaxiləsi olmadan yönəltmək istəyən Azərbaycanın maraqlarına uyğun idi. Moskva üçün əsas layihə Şimal-Cənub tranzit dəhlizidir. Bu mühüm yol Rusiyadan İranın İran körfəzindəki limanlarınadək uzanan dəmir, gəmi və quru yollarından ibarətdir. Bu yolun ən güvənli bölümü Azərbaycandan keçir: Azərbaycan həm Rusiya, həm də İranla sərhədləri olan və bu iki ölkəni dəmir yolları ilə bir-birinə bağlayan tək ölkədir. Şimal-Cənub tranzit dəhlizi uzun zamandan bəri müzakirə olunsa da, Ukrayna müharibəsi və Qərbin Rusiyanı iqtisadi baxımdan təcrid etmək cəhdləri fonunda xüsusilə aktuallaşıb. Ötən ilin mayında Rusiya və İran İran-Azərbaycan sərhədindəki Astaradan İranın şimalındakı Rəşt limanına çəkilən dəmir yolunun tamamlanması haqda saziş imzalayıb. Bu, Sankt-Peterburqla İran körfəzini birləşdirən yolun sonuncu çatışmayan dəmir yolu parçasıdır. 2016-cı ildə Azərbaycan bu yolu İranla birlikdə qismən maliyyələşdirməyə razılıq vermiş, iki il sonra isə İrana qarşı beynəlxalq sanksiyalar üzündən bu layihəni kənara qoymuşdi. İndən belə Rəşt-Astara xəttinin tikintisini Rusiya maliyyələşdirəcək.

Putin dəfələrlə Şimal-Cənub tranzit dəhlizindən dünya iqtisadiyyatının Qərb dominantlığından uzaqlaşdırılması planlarının əsas elementi kimi danışıb. BAM-ın ildönümü bu məsələni bir daha vurğulamaq üçün fürsət oldu. "BAM öz miqyası və tarixi önəminə görə Rusiya-Azərbaycan əməkdaşlığının başqa bir istiqaməti – Şimal-Cənub nəqliyyat dəhlizi ilə müqayisə oluna bilər", - BAM veteranları ilə görüşdə Putin belə deyib. Onun fikrincə, Şimal-Cənub dəhlizi Avrasiya və Qlobal Cənub ölkələrinin iqtisadi və sosial inkişafının gücləndirilməsi üçün yeni logistikanın formalaşdırılması demək olacaq. Azərbaycansa Şimal-Cənub dəhlizindəki rolu ilə bağlı çox danışmır. Tədbirdə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev reportyorları Azərbaycanın öz dəmir yollarını yeniləməsi barədə bilgiləndirib. O deyib ki, belə yeniləmələr Azərbaycana öz yükdaşımalarını iki dəfədən çox artırmaq imkanı verəcək. "Chatham House" beyin mərkəzinin tədqiqatçısı Lorens Broers deyir ki, ağır gücdən regional nəqliyyat layihələrinə keçilməsi bir növ Rusiyanın Qafqazda strateji geri çəkilişi kimi qavranmalıdır. "Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi Bakı üçün əhəmiyyətli strateji qələbə deməkdir. Regional güclər, özəlliklə Rusiya və İran Cənubi Qafqazda yeni strateji qovşaq yaratmaqdan ötrü birgə çalışır. Bu, Rusiya üçün birtərəfli hegemonluqdan sonrakı növbəti ən yaxşı variantdır". Rusiyanın Qafqazda Putin-Əliyev görüşündə toxunulmayan daha bir gedişi var: Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi. Yolun çəkilməsi 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs sazişində əksini tapıb. Bu sənədə görə, Rusiya sərhəd keşikçiləri yol boyu güvənliyi təmin etməli idi. Ancaq o zamandan bəri atəşkəs razılaşmasının, demək olar, hər iki müddəasından biri pozulub və bu razılaşma, rəsmən olmasa da, əslində, ölüdür. Ermənistansa Rusiyanın gözündə özünə qarşı etibarın azalması fonunda özəl şirkətlər və beynəlxalq təşkilatların simasında təhlükəsizlik imkanları axtarışındadır. Ancaq Rusiyanın xarici İşlər naziri Sergey Lavrov yanvar ayında 2020-ci il razılaşmasının Rusiyanın sözügedən yolun güvənliyi məsələsində iştirakı ilə bağlı müddəasını xatırladıb. Əliyev fevralda Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Hər ikisi rusca səlis danışsa da, həmkarı ilə ingilis dilində danışan Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayıb və deyib ki, "biz işğal və ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu çox yaxşı anlayan ölkəyik". Bununla yanaşı, ifrat millətçi rus siyasətçi Leonid Slutski bu yaxınlarda Əliyevi postsovet məkanında ən etibarlı lider adlandırıb".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ