Cümə axşamı günü, 05 noyabr 2026
     

Əfv aktları hüquqi dövlət quruculuğunda vacib instituta çevrilib - mayda əfvin yeni mərhələsi ola bilər...

Image


Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində çox uğurlu işlər həyata keçirilib və keçirilməkdə də davam edir.

Qanunvericilik sahəsində dərin islahatların həyata keçirilməsi sayəsində vətəndaş cəmiyyətinin inkişafı, eyni zamanda da hüquqi dövlət quruculuğu  yönündə böyük işlər görülüb. 

Azərbaycan hüquqi dövlət və humanizm ideallarına sadiqliyini daim təsdiqləyən addımlar atıb. Bildiyiniz kimi, hələ illər əvvəl, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölüm hökmünün ləğvinə nail olunub. Belə ki, 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə Əfv Komissiyasının bərpası, 1998-ci ilin 10 fevralında ölüm cəzasının tam ləğvi baş verib. H.Əliyevin dövründə əsası qoyulan əfv institutu bu gün geniş şəkildə inkişaf etməkdədir. Bu da hüquqi dövlət quruculuğu sahəsində Azərbaycan dövlətinin atdığı addımlarla bağlıdır. 

Ümumiyyətlə, müstəqillik tariximizə nəzər salsaq görərik ki, 1995-2003-cü illərdə Heydər Əliyev tərəfindən 32 əfv fərmani, 7 amnistiya aktı imzalanıb. Bunun nəticə­sində 3 mindən artıq şəxs bağışlanıb, cə­zadan azad edilib, 78 mindən çox insana amnistiya şamil edilib, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissə­sindən azad edilib. 

İllərdir formalaşan əfv ənənəsi… 

Müstəqil Azərbaycanda əfv aktları hüquqi dövlət quruculuğunda vacib instituta çevrilib. Bir sıra ekspertlərə görə, mayda əfvin yeni mərhələsi ola bilər... Əlbəttə, bunu minlərlə ailə böyük səbrsizliklə gözləyir.

Məlumat üçün bildirək ki, müstəqillik tariximizin ən böyük əfvi keçən ilin mayında baş tutdu. Belə ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı cəmiyyətdə böyük rəğbətlə qarşılandı və son illər tariximizə müstəqillik dövrünün ən böyük əfvi olaraq düşdü.

Azərbaycan dövləti humanizm prinsiplərinin bərqərar olmasına xidmət edən, xalqın hakimiyyətə və ədalətə etimadını artıran ənənəvi siyasəti davam etdirir. Bildiyimiz kimi, müstəqillik dövründə insan haqlarının qorunmasına, ümumbəşəri dəyərlərin möhkəmlənməsinə və onların daha da inkişafına xidmət edən əfv və amnistiya aktları cəmiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir. Ekspertlərə görə, hər bir vətəndaşın həm də bir fərd kimi mənafeyinin əsas götürüldüyü hüquqi və sivil dövlət prinsiplərinə həssas yanaşmanın təcəssümü sayıla biləcək bu mühüm sənədlərin ərsəyə gəlməsi artıq ənənə halını alıb.

Bildirək ki, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb. Məlumata görə, bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadın­lar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri və s. ilə bağlı müraciətlərə baxılacaq. 

Qeyd edilənə görə, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb. Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. 

Məlumatlara görə, qarşıda növbəti əfv sərəncamı gözlənilir. Bir sıra ekspertlərə görə, bu il də əfvedilənlərin olacağı gözləniləndir. 

"Bu, hüququn aliliyinin canlı təzahürü, demokratik dövlətin vətəndaşlarına verdiyi bir şansdır" 

Hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, əfv etmə ölkəmiz və ölkə vətəndaşları üçün mühüm əhəmiyyət daşıyır: "Əfv dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən təqvim günlərində həyata keçirilən bir hümanizm aktıdır. Əfv etmə Prezidentin səlahiyyətinə aiddir. Bu da hüquqi və demokratik dövlət anlayışına tamamilə uyğundur. Əfv etmə fərdi qaydada müəyyən edilir və fərd barəsində Prezident tərəfindən həyata keçirilir. Burada müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslər əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad oluna, yaxud təyin olunan cəzanın müddəti azaldıla, belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz oluna bilər.  Deyim ki, ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilər. Hətta burada məhkum olunan şəxslərin məhkumluğunun da götürülməsi mümkündür"-deyə Ş.Əliyev qeyd etdi. 

Hüquqşünasın sözlərinə görə, əfv etmə humanizmə, insanlığa, hüququn prinsiplərinə tamamilə uyğundur.  "Bu, hüququn aliliyinin canlı təzahürü, demokratik dövlətin vətəndaşlarına verdiyi bir şansdır. Onlar dövlət tərəfindən əfv olunur, onların törətdiyi cinayətlər bağışlanır. Dövlətin bu humanist addımından yetər ki, vətəndaşlar nəticə çıxarsınlar. Gələcəkdə cinayətlərə rəvac verməsinlər, ictimai münasibətlərə zidd davranmasınlar, ictimai həmrəylikdə bulunsunlar, bir-birinə dəstək versinlər. Çünki yaşadığımız cəmiyyətdə hər kəsin bir-birinə ehtiyacı var. Bu baxımdan düşünürəm ki, əfv etmə kifayət qədər dərin düşünülən, Prezidentin səlahiyyətlərinə aid olan bir məsələdir"-deyə Ş.Əliyev bildirdi.

Müsahibimiz vurğuladı ki, Azərbaycan dövləti hər zaman humanizm prinsiplərini yüksək tutub və öz vətəndaşına böyük dəyər verib. O hesab edir ki, bütün hallarda əfv prosesi insanlığın tərəqqisinə xidmət edir. Azərbayanda illərdən bər əfv institutunun  formalaşdığını deyən hüquqşünas hesab edir ki, bu, dövlətin vətəndaşa verdiyi dəyərin, hümanist yanaşmanın təzahürüdür. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ