Cümə günü, 28 avqust 2026
     

“Alim və Zərif ömrün işığı” - Əhliman ƏMİRASLANOV yazır…

Image


O, Azərbaycan tarixinin kifayət qədər çətin və keşməkeşli dövründə dünyaya gəlmişdi. Həm də bütün bunları şəxsən öz gündəlik həyatında yaşayan ailədə, tarixin bu dövrünə yaxından şahidlik edən məkanda və onlarla eyni taleyi bölüşən insanların əhatəsində...

Buna rəğmən uşaqlığından qəlbinə dolan bir aləm sevgi ilə, insanlara bitib-tükənməyən məhəbbətlə, xeyirxahlıq, şəfqət, sadəlik, saflıq, gördüyü işə məsuliyyət duyğusu ilə həyat xoşbəxtlik payını da ondan əsirgəməmişdi. "Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı".Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu dünyaya gətirmiş Ana - Zərifə Əziz qızı Əliyeva haqqında bu səmimi, xoş xatirələrində, əslində, hər kəsə böyük bir həyat dərsi anlatmış olur. İnsanı şəxsiyyət kimi formalaşdıran onun uşaqlıqdan əhatə olunduğu mühit, böyüklərindən gördüyü örnəkdir. Bu cəhətdən Zərifə xanım Əliyevanın da gələcək həyatında atası, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevdən, anası Leyla Əliyevadan aldığı tərbiyə çox böyük rol oynamışdı.

Tibbə həsr olunmuş həyat

O, xoş bir bahar günü - 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmişdi. Onun qədim Azərbaycan torpağı olan ata yurdu İrəvandan kənarda, Naxçıvanın Şərur rayonunda dünyaya göz açması erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı planlı  şəkildə aparılan soyqırımı siyasətinin törətdiyi fəsadlar nəticəsində baş vermişdir. Doğulandan qısa müddət sonra atasının gələcək təhsili və işi ilə əlaqədar Şahtaxtıdan Bakıya köçmüşdülər. Atası Əziz Əliyev Azərbaycan Tibb Universitetini bitirmiş, bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmış, yüksək intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun çətin sınaqlarla dolu həyat yolu bu ailədə böyüyən övladlar üçün əsl məktəb rolunu oynayırdı. Əziz müəllim o dövrün ən məşhur ziyalıları ilə dostluq münasibətlərinə malik idi. Zəmanəsinin tanınmış şəxsiyyətləri - alimləri, şair və yazıçıları, bəstəkarları, digər mədəniyyət xadimləri tez-tez Əziz müəllimin ailə ocağında qonaq olurdular. Leyla xanımın əsl Azərbaycan xanımı səliqəsi və qonaqpərvərliyi ilə açdığı yemək və çay süfrəsi arxasında keçən müzakirələr, xoş söhbətlər, keyfiyyətli düşüncə mühiti ilə ailədəki uşaqlar üçün də böyük bir universitetə çevrilirdi. Orta məktəbin son siniflərinə doğru Zərifə xanım qərara gəlmişdi ki, həkim olacaq. Elə bu niyyətlə də 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olundu. 1947-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra tələbəlik illərində onu xüsusilə özünə cəlb edən oftalmologiya ixtisasına daha dərindən yiyələnməkdən ötrü Moskvaya üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi. Bakıya qayıtdıqdan sonra 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə aspiranturaya daxil olub, praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirdi. Apardığı tədqiqatlar nəticəsində 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı verdi. 

Sosial bəla üzərində qələbə 

Zərifə xanım elmi-tədqiqat istiqaməti kimi çox çətin, amma bir o qədər də aktual,  insanlar üçün gərəkli bir sahəni seçmişdi. Ümumiyyətlə, məşğul olduğu hər işdə insanlara və insanlığa maksimum fayda vermək onun fitrətində idi. Ona görə də gənc oftalmoloq-alim tədqiqat mövzusu kimi məhz traxoma xəstəliyini seçmişdi. Traxoma infeksion xəstəliyi XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda və dünyanın əksər məkanlarında ağır sosial bəlaya çevrilmişdi. Gözü zədələyən bu xəstəlik ağır nəticələrə, hətta tam korluğa gətirib çıxarırdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım böyük bir fəallıq və məsuliyyətlə traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkili, keçirilməsi proseslərinə qoşuldu. O, başqa həkim həmkarları ilə birgə tez-tez Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, yerlərdə əhali arasında maarifləndirici iş aparırdı. Eyni zamanda topladığı materialları, faktları, təcrübələri həmin illərdə üzərində işlədiyi namizədlik dissertasiyasına gətirir, özünün müalicə metodunu formalaşdırırdı. Zərifə xanım Əliyevanın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq olunmağa başladı və son dərəcə böyük səmərə verdi. Bu baxımdan, ölkəmizdə traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında o dövrdə geniş yayılmış traxoma xəstəliyinin qarşısının alınmasında da Zərifə xanımın xidmətləri böyük idi. Böyük alim elmi fəaliyyətini yalnız çalışdığı institutla məhdudlaşdırmırdı. O, yenə də respublikanın şəhər və rayonlarına ekspedisiyalar edir, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Sözügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. İnstitutda çalışdığı dövrdə Zərifə xanım bir çox mürəkkəb cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, bütün digər oftalmologiya qurumlarının da fəaliyyətində yaxından iştirak edirdi. Bütün bunlara paralel olaraq o, pedaqoji fəaliyyətlə də məşğul olur, bilik və bacarıqlarını göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarında iştirak edən dinləyici həkimlərə ötürürdü.

M.İ.Averbax adına mükafata layiq görülmüş ilk Azərbaycan qadını

Bu dövrdə traxoma ilə yanaşı, qlaukoma xəstəliyi də öz aktuallığı etibarilə Zərifə xanımın elmi diqqətini cəlb edir, bu sahədə tədqiqat işləri aparır, həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək göstərirdi. Alim öz tədqiqatlarında oftalmologiyanın digər aktual məsələlərinə də xüsusi diqqət yetirirdi. Onun diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və digər məsələlərlə bağlı irəli sürdüyü müddəalar, təklif etdiyi müalicə metodları böyük tətbiqi əhəmiyyət daşıyırdı. Zərifə xanım oftalmologiyanın həmin dövrdə elmi cəhətdən az araşdırılmış sahəsinə - görmə orqanının peşə patologiyasına da ciddi diqqət göstərirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Bu məsələlərlə sistemli şəkildə məşğul olan görkəmli alim ayrı-ayrı sənaye müəssisələri üzrə apardığı çoxillik müşahidələrin, eksperimentlərin, tədqiqatların nəticələrini "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işində ümumiləşdirdi. Doktorluq dissertasiyasını təkcə keçmiş ittifaqın deyil, ümumilikdə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən sayılan - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə etdi. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verildi. Zərifə xanımın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini aldı, bu sahədə ilk işlərdən oldu. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçildi, 1983-cü ildə həmin kafedranın müdiri oldu.
Zərifə xanım daim elmi axtarışlarda olan və əldə etdiyi nəticələri mütəmadi şəkildə elmi ictimaiyyətlə bölüşən məhsuldar bir alim idi. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Unudulmaz alimin həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri", "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası", "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları, həmmüəlliflərindən olduğu fundamental xarakterli "Terapevtik oftalmologiya" kitabı bu gün də bu sahənin mütəxəssislərinin əsas istinad mənbələrindəndir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, belə bir yüksək mükafata layiq görülmüş ilk azərbaycanlı qadın idi. 1983-cü ildə isə böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım kadr hazırlığı prosesində də yaxından iştirak edir, bilik və bacarıqlarını gənc həmkarlarından əsirgəmirdi. Fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara, onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ilə o, həmkarları, yetirmələri və xəstələri üçün böyük bir nümunə yaradırdı. Cəmiyyətdə həkim şəxsiyyəti, bu şərəfli sənəti seçmiş insanların öz peşə prinsiplərinə sadiqliyi, həkim əxlaqı Zərifə xanımı düşündürən əsas məsələlərdən idi. Bu düşüncələrinin bəhrəsi kimi onun qələmə aldığı "Yüksək etimad"  kitabı indi də həkimlərimiz üçün aydın yol bələdçisidir. Akademik Zərifə Əliyeva ictimai fəaliyyətlə də məşğul olurdu. Keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Məşğul olduğu sahələrə verdiyi böyük töhfələrin mükafatı kimi, Zərifə xanım bir sıra orden və medallara, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Səssiz bir məğrurluq

Bütün bunlarla yanaşı, Zərifə xanım həm də vəfalı ömür-gün yoldaşı, fədakar Ana idi. Hər zaman çalışırdı ki, zəngin elmi-ictimai, pedaqoji fəaliyyətini ailə üzvlərinə ayırdığı diqqət və qayğı ilə uzlaşdıra bilsin. Tale onun qismətinə xalqımızın yetirdiyi ən görkəmli dövlət adamlarından olan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevlə həyatını paylaşmaq, onun ən sadiq silahdaşı olmaq nəsibini yazmışdı. "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib" - Ümummilli Lider Heydər Əliyev Zərifə xanımın onun həyatındakı rolunu belə dəyərləndirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin xatirələrindən: "Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir". Uşaq ikən Əziz müəllimin ailə ocağında gördüyü ziyalı mühiti, atasından, ailə dostları - Üzeyir bəy Hacıbəylidən, Müslüm Maqomayevdən, Mirəsədulla Mirqasımovdan, Bülbüldən, Səməd Vurğundan və başqa görkəmli şəxsiyyətlərdən əxz etdiyi örnəklər bütün ömrü boyu onu tərk etməmişdi və Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. O, bu nümunələri, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə sevgini böyüdüb tərbiyə etdiyi övladlarına da ötürürdü. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətənə olan sevgisi, onu zəmanəmizin ən parlaq liderlərindən biri kimi önə çıxaran üstün xüsusiyyətləri, ziyalılığı həm də belə bir Ananın tərbiyəsindən gəlir. "Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi" - cənab İlham Əliyevin Zərifə xanım haqqında xatirələrindəki bu fikirlər də hamını düşündürməli olan böyük bir həyat dərsidir. Həqiqətən, bu fani ömürdə hər insan çalışmalıdır ki, bu dünyada onu ədədi edəcək yaxşılıqlarda imzası görünsün. Zərifə xanımın alim və şəxsiyyət ömrü bizə bunu öyrədir. O, ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Artıq əbədiyyət ömürlü alim cismən aramızda deyil. Amma yaratdığı hər yaxşılıqlarda Zərifə xanım yenə də yaşayır və yaşayacaq. 

Əhliman ƏMİRASLANOV
Akademik,
SSRİ Dövlət Mükafatı laureatı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ