Cümə axşamı günü, 05 noyabr 2026
     

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağdan getdi - rəylər...

Image


Abutalıb Səmədov: "Bütövlükdə bu mərkəz, onun yaradılması Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çox böyük bir mərhələdir"

"Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb". 

Bu sözləri Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib.

Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin 26 aprel tarixindən fəaliyyətini dayandırdığını vurğulayan Prezident Əliyev  qeyd edib:"Yəni sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq".

Bu Mərkəz Türkiyə-Azərbaycan əlaqələri tarixində hansı rolu ilə qalacaq? Onun ən mühüm işləri nələr oldu?

"Türkiyə imkan vermədi ki, Monitorinq Mərkəzindən Azərbaycanın əleyhinə istifadə olunsun"

Məsələ ilə bağlı şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi xeyli mübahisələrdən sonra yarandı. "Rusiya onun əhəmiyyətini azaltmaq, fəaliyyətinə mane olmaq üçün əlindən gələni etdi. Bu mərkəzin yaranmasında qətiyyən maraqlı deyildi. İlk tələb də ondan ibarət oldu ki, ümumiyyətlə, Monitorinq Mərkəzi təmas xəttindən xeyli uzaqda olmalıdır. Bərdəni təklif edirdilər. Ancaq nə Azərbycan, nə də Türkiyə bu təklifi qəbul etdi, Monitorinq Mərkəzi Ağdamda yerləşdi. Fəaliyyət göstərməyinə də imkan verilmədi. Onun fəaliyyətinin nədən ibarət olduğu da bilinmədi. İlk növbədə atəşkəs hallarına nəzarət etməli olan Monitorinq Mərkəzinin bir məlumatı, bir bəyanatı da səslənmədi. Onun əvəzində Rusiya Müdafiə Nazirıliyi atəşkəsin pozulması ilə bağlı məlumatlar verirdi, halbuki, bu onun funksiyasına daxil deyildi. Qəribə olan odur ki, Monitorinq Mərkəzinin fəaliyyəti xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada müzakirə olunarkən  həm Türkiyə, həm də Rusiya tərəfi bu işin uğurlu olduğunu dedilər. Sonradan Rusiya və Türkiyə prezidentləri də bəyan etdilər ki, Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir. Ancaq insanlar, əhali bu uğurlu fəaliyyətin nədən ibarət olduğunu bilmədi, heç bir məlumat verilmədi. 

Güman edirəm ki, Monitorinq Mərkəzinin fəaliyyətinin bu cür səssiz olmasının əsas səbəbi Rusiyanın bunu istəməsi idi. Rusiya istəyirdi ki, mərkəz elə bu cür də fəaliyyət göstərsin. Türkiyə də müəyyən güzəştlərə getdi. İndi də qərar verildi ki, Monitorinq Mərkəzi ləğv edilsin. Təbiidir, artıq ermənilər Qarabağı tərk edib gediblər. Həm Ermənistan silahlıları, həm Qarabağdakı erməni silahlıları tərksilah olunmuşdular, təmas xətti də, qarşı duran rtərəflər də yox idi"-deyə qeyd edən A.Səmədovun sözlərinə görə, nəzərə alsaq ki, hadisələrin ən gərgin məqamlarında biz bu mərkəzin fəaliyyətini görmədik, onda təbiidir, 19-20 sentyabr antiterror tədbirlərindən sonra bu mərkəzin qalması ümumiyyətlə mənasız idi.  

"Bütövlükdə sülhməramılıların orada qalmasını Rusiya prezidenti Putin əhəmiyyətsiz adlandırdı və Monitorinq Mərkəzi ləğv edildi. Yüksək çinli məmurların, dövlət başçılarının fəaliyyətinə yüksək yüksək qiymət verdi, uğurlu adlandırdı və onlardan başqa heç kimin bu fəaliyyətin nədən ivbarət olduğunu bilmədiyi Monitorinq Mərkəzi işlədi. Onlar üçün xüsusi iş yeri yaradıldı, orda hər cür şərait vardı, ancaq onların işinin nədən ibarət olduğu barədə heç bir məlumat ala bilmədik. Bu səbəbdən də təbiidir ki, mərkəzin ləğv olunması heç kimi nə təəccübləndirdi, nə də təəssüf hissi doğurdu.  

Çox təəssüf ki, Monitorinq Mərkəzinin fəaliyyəti barədə məlumat verilməsə də, amma bütövlükdə bu mərkəz, onun yaradılması Azərbyacan-Türkiyə münasibətlərinin inkişafında çox böyük bir mərhələdir. 10 noyabr bəyanatının imzalandığı gecə Prezident İlham Əliyev qəti şəkildə tələb etdi ki, sülhməramlılıq fəaliyyətində mütləq Türkiyə iştirak etsin və Putin də razılaşdı. Bu, Azərbaycan-Türkiyə münasibətlərinə Prezidentimizin verdiyi dəyər idi. 

Lakin sonradan Rusiya Türkiyəni müəyyən qədər dilə tutub razı sala bildi ki, sülhməramlı kimi türk hərbviçiləri Azərbaycana gəlməsinlər, bu müəyyən qədər problem yrada bilər, ancaq Monitorinq Mərkəzində Rusiya ilə Türkiyə  birgə iştirak etsin. Başda Türkiyə generalının olduğu hərbiçələrin Azərbaycana gəlməsi və onların ruslarla yanaşı prosesə nəzarət etmələri, təbii ki, bizim üçün çox böyük kömək idi. Çünki əks halda, bəyanatda göstərildiyi kimi, Monitorinq Mərkəzi atəşkəsin pozulması barədə bəyanatlar səsləndirərdi və bu da Rusiya Müdfiə Nazirliyinin verdiyi bəyanatlardan seçilməzdi. Yəqin xatırlayırsınız, Rusiya Müdafiə Nazirliyi az qala hər gün, yaxud günaşırı elan edirdi ki, guya Azərbaycan atəşkəsi pozub. Türkiyənin orda olması Monitorinq Mərkəzini bu prosesdən müəyyən qədər kənarlaşdırdı və Türkiyə imkan vermədi ki, Monitorinq Mərkəzindən Azərbaycanın əleyhinə istifadə olunsun. Türkiyəli qardaşlarımızın orda olması, təbii ki, bizim üçün əlavə dəstək ifadəsi idi, bizi müəyyən qədər də rahatlaşdıran amil idi. Bilirdik ki, istənilən vaxt Azərbaycan əleyhinə atılan addımların qarşısını alacaq hərbiçilər qrupu var. Bu da bizim Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbiçi qardaşlarımız idi. Ancaq yenə də deyirəm, çox təəssüf ki, Monitorinq Mərkəzinin fəaliyyəti haqqında heç bir məlumat verilmədi. Bu səbəbdən də biz onun son illər tariximizdə hansı rol oynadığını dəqiq demək imkanından məhrumuq. Lakin Türkiyə yanımızda idi, bizimlə idi və Monitorinq Mərkəzindəki fəaliyyət də bunun bariz nümunəsidir"-deyə A.Səmədov qeyd etdi. 

İradə SARIYEVA  




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ