Cümə axşamı günü, 05 noyabr 2026
     

XI ordunun işğıalına qarşı qatar savaşı

Image


Azərbaycanı müdafiə etmiş  gürcü zabiti - Lordkipanidze

Şərqdə ilk demokratik respublika olan, Versal Sülh Konfransında dünya dövlətləri tərəfindən de-fakto tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin qonşu sovet Rusiyası tərəfindən işğalına aid tədqiqatlar davam etdikcə yeni faktlar ortaya çıxır. İşğalçı XI bolşevik ordusuna qarşı azərbaycanlılarla yanaşı digər xalqların, o cümlədən  qardaş gürcü xalqının nümayəndələrinin də qəhrəmanlıqla mübarizə aparmasına aid faktlar belə faktlardandır. Azərbaycan istiqlalı uğrunda döyüşmüş belə qəhrəmanlardan biri uzun illər adının çəkilməsi yasaq olunmuş repressiya qurbanı knyaz Lordkipanidzedir (1889–1937). Azərbaycan istiqlalına düşmən olan, Azərbaycana işğala gələn XI ordunun tərkibində öz vətənlərinə xəyanət etmiş Qəzənfər Musabəyov, Həmid Sultanov, Ayna Sultanova, Həbib Cəbiyev, Baba Əliyev və s. bolşeviklərdən fərqli olaraq, Lordkipanidze Azərbaycanın azadlığı uğrunda işğalçı ordu ilə qeyri-bərabər döyüşə rəhbərlik etmişdi.

Sepe Parnaozoviç Lordkipanidze 4 yanvar 1889-cu ildə anadan olub.  Atası Parnaoz Levanoviç Lorkipanidze anası  Biçia Maçavarinin qızı Yekaterina idi. Çar ordusunun zabiti olmuş, sonradan zirehli qatara komandiri kimi Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət  etrmişdir. 1937-ci ildə represiyaya məruz qalmışdır. 

Bolşeviklərin Azərbaycana saxta "müstəqil sovet Azərbaycanı" şüarı ilə gəlməsi yalnız gözdən pərdə asmaq və xalqı çaşdırmaqdan başqa bir şey deyildi. Bu Peterburqda bolşeviklər hakimiyyətdə gəldikdən dərhal sonra II Sovetlər qurultayında verdikləri "Torpaq haqqında", "Sülh haqqında" dekretləri və "Millətlərin öz müqəddəratını təyin etməsi hüququ" kimi elan etdikləri, lakin kağız üzərində qalmış növbəti yalanı, populist bir şüarı idi. Bu onların sonrakı fəaliyyətində özünü açıq aydın göstərdi.

Sovet hakimiyyəti illərində tarix saxtalaşdıraraq 27 aprel 1920-ci ildə Azərbaycanda  XI işğalçı orduya qarşı heç bir müqavimətin olmaması haqqında 70 il yalan məlumatlar yayılmışdır. Sovet tarixçiləri ilə yanaşı hətta qərb ölkələrinin də tarixçiləri uzun illər bu məsələ ilə bağlı tarixi həqiqətləri təhrif etməklə məşğul olmuşlar. Məsələn, ABŞ tarixçisi Firuz Kazımzadə 1951-ci ildə yazdığı "Qafqaz uğrunda mübarizə" (1917-1921-ci illər) adlı əsərində yazır: "Bolşeviklərin ultimatimunda göstərilən vaxtın başa çatmasından bir neçə saat sonra xəbər gəldi ki, rus qoşunları Azərbaycan sərhədini keçdilər. Onlar Yalama və Xudat stansiyalarını tutub, sürətlə Bakıya doğru irəlliləyirlər. Azərbaycan hərbi hissələri faktiki onlara heç bir müqavimət göstərmədilər. Əsas qüvvələr Qarabağda Ermənistan hərbi qüvvələrinə qarşı durmuşdu. Hətta onların hamısı şimal sərhədlərində olsaydı belə, qarşıdurmanın nəticəsi analoji olacaqdı." 

XI ordunun Azərbaycan sərhədlərini manesiz keçməsi və Bakının döyüşsüz təslim olması haqqında yazılanlar həqiqətə uyğun deyil. Azərbaycan sərhədçilərinin XI rus ordusuna qarşı qəhrəmanlıla mübarizə aparmalarına dair hətta sovet mənbələrində məlumatlar olduğu halda, Aamerika tarixçisinin məsələyə bu cür yanaşması fikrimizcə onun bu kimi faktlardan xəbərsiz olmasından irəli gəlmişdi.

Sovet dövrünün bu və digər yalanlarının ifşa olunmasında akademik Ziya Bünyadovun əvəzsiz xidmətləri olub. XI orduya qarşı mübarizədə qəhrəmanlıq nümunəsi olan "Yalama döyüşü" haqqında ilk dəfə o məlumat verib. Z.Bünyadov öz məqaləsində XI ordunun Samur çayını keçərkən 300 sərhədçimizin qeyri bərabər döyüşə girməsi, qəhramanlıqla həlak olmaqla yanaşı düşmənə də xeyli itki vermələrini arxiv materiallarına əsasən işıqlandırıb. O, həmçinin qeyd edib ki, sərhədçilərimiz tərəfindən XI ordunun öldürülmüş 9 komissarı Bakıda dəfn olunub, onların dəfn olunduğu bağ əvvəllər 9 komissar bağı adlandırılıb.

Akademik Rafael Hüseynovun "Vətənin adında can" kitabında, tarixçi M.Süleymanovun "Azərbaycanın hərb tarixi. Sovet dövrü" kitabında, tanınmış ictimai-siyasi xadim Arif Əliyevin  "Yalama stansiyasinda qatar gözləyən 350 ruha ithaf" adlı publisistik məqaləsində də işğalçı orduya qarşı Azərbaycan sərhədçılırinin qəhrəman mübarizəsinə aid faktlar öz əksini tapıb.

Düşmənə qarşı qeyri-bərabər döyüşdə gürcü zabiti Lordkipanidzenin qəhrəmanlığına aid çox sayda faktlar məlumdur. Fikrimizcə, bu tədqiqatlar davam etdirilərsə çoxlu sayda yeni faktların üzə çıxacağı şübhəsizdir.

Lordkipanidze Azərbaycan Ordusnda zirehli qatarın komandırı kimi Azərbaycana layiqincə xidmət etmiş və axıra qədər Azərbaycan Xalq Cümhuriyyətinə sadiq qalmış qəhrəmanlardandır. Onun Azərbaycana sədaqəti, bolşevik işğalına nifrəti haqqında digər kitablarla yanaşı, sovet tarixşünaslığında  da aşağıdakı faktlar var. Bakıda 1967-ci ildə nəşr olunmuş "Sovet hakimiyyəti uğrunda" 259 səhifəlik kitabda bolşevik rəhbərlərin xatirələri dərc olunub. Onlar XI orduya qarşı Azərbaycan sərhədçilərinin, o cümlədən knyaz Lordkipanidzenin qəhrəman mübarizəsini etiraf etmişlər.

Azərbaycana görə  Mikoyanı təhqir etmiş gürcü knyazı 

26 aprel 1920-ci il tarixdə axşam knyaz Lordkipanidzenin komandiri olduğu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zirehli qatarı Samur körpüsünə yaxınlaşdı. Yefremov, A.Mikoyan qatara yaxınlaşıb  knyaz Lordkipanidze ilə söhbət etməyə cəhd etdilər. Bu görüşdən narazı olan knyaz Mikoyanın ona sovet hakimiyyəti tərəfinə keçmək təklifinə son dərəcədə ağır söyüşlə cavab verdi. Yefremov bu məsələ barədə belə yazırdı: "Bizim keşikçilərin və qoşunların davranışı barədə suallardan başlayib jandarm-knyazın bizə xidmətə keçmək təklifi ilə bitirdik. Təsəvvür etmək mümkün deyil ki, Lordkipanidze   necə təkəbbür və qəzəblə Mikoyana cavab verdi. Lordkipanidze və onun yanındaki zabitlər qırmızı ordu və sovet hakimiyyəti ünvanına ağıla sığmaz söyüşlər yağdırdılar".

Bu görüşdə iştirak etmiş N. Cəbiyev öz xatirələrində bildirir ki, onların təklifinə Lordkipanidze belə cavab vermişdir: " Narahat olmayın, mən tezliklə körpünün o tayına keçəcəyəm ki, sovet torpağı adlanan yerdə müvəffıqiyyətlə addımlayım və sizin qızıl ordunun qalıqlarının axırına çıxım".

Yalama döyüşü 

1920-ci il aprel ayının 27-si, saat 00.05 dəqiqə. Yetmiş minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçir…Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq çətin olmur. Qatar Yalamaya üz tutur. Arabir dəmir yolunun kənarında meşədən kölgələr çıxır və tez də qaranlıqda yox olurlar. Bunlar azərbaycanlıların süvari patrullarıdır. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xətlərini kəsir. Ancaq Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.

Yalamanın müdafiəçiləri seçim qarşısın­dadırlar: geri çəkilmək, ya da düşmənlə döyüşə girib onu, heç olmazsa, bir neçə saatlığına stansiyada ləngitmək. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yoxdur. Çünki Azərbaycan Ordusunun əsas qüvvələri  Qarabağda erməni qiyamına qarşı mübarizə aparır.  Əvvəlcə relslərin bir hissəsini sökdürmüşdülər ki, ruslar qəflətən hücuma keçsələr, dəmiryolu ilə irəliləməsinlər. Sonra relsləri yerinə düzdürdülər

İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Yalamadan zirehli qatarlara qarşı parovoz yola salınır. Məqsəd qəza törədib dəmiryolunu sıradan çıxarmaq və qatarların önünü kəsməkdi. Lakin "III İnternasional"dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır. Parovoz sürətini azaldaraq qatara çatmamış dayanır, onu itələyə-itələyə ehtiyat yola keçirirlər. Ağır döyüş başlanır. Zirehli qatarlardan fuqas mərmilərlə topçularımızın mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir.Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. Üç yüz əlli döyüşçümüz son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir".

1918-ci ilin əvvələrindən 1920-ci ilin aprel işğalına qədər Azərbaycanın dövlət müstəqiliyinə qarşı fəal mübarizə aparmış, mart qırğınından sonra 1918-ci il aprelin 25-də S.Şaumyanın rəhbərliyi ilə yaradılmış Bakı Kommunasına canı-dildən xidmət göstərmiş  Qəzənfər Musabəyov öz xatirələrində "Yalama döyüşü" haqqında   bəzi məlumatları verir. O, 1919-ci ilin noyabrında Moskvaya çağrılaraq Bakının işğalı planının hazırlanması işinə cəlb olunmuş və Bakı bolşeviklərini təmsil edən Anastas Mikoyan, Həbib Cəbiyev, Baba Əliyev, Qoqobridze ilə birlikdə 1920-ci ilin 27 aprelində işğalçı XI ordunun tərkibində Bakıya gəlmişdi.

Bolşevik Qəzənfər Musabəyovun xatirələrindəki faktlardan aydın olur ki, şimal sərhədlərini müdafiə edən az sayda əsgərimiz düşmənin məkrli niyyətlərindən tamamilə xəbərsiz olmuş və hücumdan əvvəl düşmənin göndərdiyi kəşfi­yatçılara, az sonra onları qətlə yetirəcək insanlara  dost münasibəti bəsləmişlər. Q.Musabəyov bu məsələ barədə belə demişdi: "Samur çayının sağ sahilində altı əsgərdən ibarət keşikçi məntəqəsi var idi. Zirehli qatarın rəisi Yefremov yoldaş bizə əsgərlərlə danışıq aparmaq üçün çayın sağ sahilinə keçməyi təklif etdi. O biri sahildə əsgərlər bizi etiramla qarşıladılar. Biz qızğın söhbət etməyə başladıq. Əsgərlər loru rus dilində danışırdılar. Qızıl əsgərlərimiz içərisində də türk dilində danı­şanlar var idi.Görüş əsgərlərdə o qədər xoş təəssürat oyatdı ki, hətta onlardan 20 yaşında bir gənc öz yoldaşlarına qarmonda "Ləzginka" oyun havası çalmağı xahiş edib rəqs etməyə başladı. Qızıl əsgərlər isə oynadıqca ona əl çaldılar. Beləliklə, biz əsgərlərlə söhbət etdikdən və onlardan bəzi məlumatlar öyrən­dikdən sonra, xüdavizləşib, geri öz zirehli qatarımıza qayıtdıq." Burada yaddan çıxarmaq lazım deyil ki, Q.Musabəyovun "öz zirehli qatarımız" adlandırdığı qatar Azərbaycanı işğala gəlirdi.

Q.Musabəyov "Yalama döyüşü" haqqında isə konkret belə yazmışdı: "Ordu komandanının əmrinə görə, zirehli qatarlar aprelin 26-dan 27-nə keçən gecə çıxış etməli, yoldakı bütün maneələri aradan qaldıraraq Bakının özünə qədər irəliləməli idilər...Ağır və böyük zirehli qatarlar səs salmayıb yavaş-yavaş relslər üzərində hərəkətə başladı. Körpü hiss edilmədən sağ salamat keçildi. Çayın sağ sahilindəki əsgərlər qəflətən yaxa­landılar... Lakin onlardan bir nəfəri ata minib qaça bildi...

Yalamada bizi böyük əsgər dəstəsi tüfənglərdən açılan yaylım atəşiilə qarşıladı. Bizimkilər cavab atəşi açdılar. Şiddətli vuruşma başladı, o yarım saat davam etdi. Minlərlə tüfəngdən atılan güllələr havada vıyıldayır, top atəşi gurlayırdı...Tədricən atışma seyrəkləşməyə başladı. Toplar susdu. 

Azərbaycanın işğalında fəal iştirak etmiş, öz millətinə düşmən olanlardan biri, bolşevik Həbib Cəbiyev "23 saata Yalamadan Bakıya" adlı xatirəsində yazırdı: "Gecə saat 12 idi…Zirehli qatar öz işıqlarını söndürmüşdü. O zülmət içərisin­də gizlənmişdi…Həyacan içərisində körpünün partlayacağını gözləyirik… Lakin heç bir hadisə baş vermir…Birdən keşikçi jandarm oyanır və iniltili fit səsi ilə bizim yaxınlaşdığımızı yuxuda olan yoldaşlarına xəbər verir…Yatmış jandarmaları bir an içərisində qəflətən yaxalayaraq tərk-silah edirik və onların hamısını gətirib zirehli qatarın tepluşkasına doldururuq…" 

Göründüyü kimi bir az əvvəl işğalçların kəşfiyyatçılarını dost kimi qarşılayan sərhədçilərə qarşı düşmən neçə amansız olmuşdur. H.Cəbiyev daha sonra yazmışdı: "Bu vaxt sahili müdafiə edən süvari dəstələri keşikçinin səsinə ayılaraq atəş açmağa başlayırlar. Bizimkilər də atəşlə cavab verirlər. Atışma lüzumsuz və planımız üçün qorxulu idi. Atışma getdikcə şiddət­lənirdi, buna baxmayaraq biz onu dayandıra bildik…Yalama stan­siyası semaforlarının lampaları yolu işıqlandırmağa başla­yır…Yolun sol tərəfində, iki yüz metrlik məsafədə qoşun his­sələri üçün böyük bir bina vardır (burada iki piyada rotası, pulemyot komandası, atlı strajniklər və sərhəd jandarmları dəs­təsi yerləşirdi)…Dəstə rəisinin təslim olmaq təklifinə düşmən pulemyot və tüfəng atəşi ilə cavab verir. "Qırmızı Dağıstan" və başqa iki zirehli qatar toplardan atəş açır… Vağzalın yaxın­lığında bizi yaylım atəşi və səs küy ilə qarşılayırlar…Sərnişin qatarının parovozu qatardan açılıb yolumuzu kəsməyə çalışır. Biz tam sürətlə irəliləyərək bütün toplardan atəş açırıq. Qabaq­dakı topun  mərmisi parovozu partladır. Kazarmanın və böyük ağ binanın yanında döyüş davam edir. Ağır toplar və zirehli qa­tar­larımızın bütün üçdüyməli topları güclü atəş açır, öz mər­milərini havaya və düşmənin qaça-qaça səpələndiyi meşəyə yollayırdılar." 

H.Cəbiyev öz xatirələrində bir neçə dəfə vətənin müdafiəçilərini düşmən adlandırması azərbaycanlı bolşeviklərin əsl  simasını əyani şəkildə açıb göstərir. Daha sonra o yazır: " Biz sağa sola, meşənin içərisi ilə uzaqlara  və  Lordkipanidzenin artıq Xudat stansiyasından çıxmış zirehli qatarına atəş açaraq sanki ölümə və fəlakətə doğru gedirik…Aşağıda, meşədə, düşmənin süvari və  piyada dəstələri və pulemyotçuları bizə yaylım atəşi açırlar…Döyüş getdikcə şiddətlənir və biz onlarla dəmir yol budkalarını arxada buraxaraq irəlləyirik…Artıq  saat 4-dür. Dan yeri sökülür. Yalnız bu zaman düşmən susmağa başlayır… "Cəsur" knyaz Lordkipanidze müsavat zirehli qatarı ilə Xaçmaza qaçır… İlk növbədə Yalama stansiyası ilə rabitə yaradır və hələ Qusar stansiyasında, Quba şəhərində və Xaçmaz stansiyasında öz mövqelərində oturmuş düşmənin telefon xətti danışıqlarını dinləyirik. Azərbaycan və rus dillərində eşitdiyimiz təsdiq edir ki, qəflətən yaxalanmış düşmən intizamsız bir surətdə geri çəkilir və özünün hələ qalmış qüvvələrini döyüş üçün toplamaq niyyətindədir".

İşğalçı ordunun zirehli qatarlar qrupunun rəhbəri M.Q.Yefremov "Yalama döyüşü" haqqında öz xatirələrində kn­yaz  C.F.Lordkipanidzenin  fəaliyyəti haqqında belə demişdir: "Sərhəddə Azərbaycan zirehli qatarının komandiri Lordkipa­nidze ilə söhbət etdim; o təkəbbürlə dedi ki, Azərbaycan qoşunları böyük qüvvəyə malikdir və xəbərdarlıq etdi ki, dəmir yolu körpüsü minalanmışdır". 

M.Q.Yefremov döyüşün gedişi ilə bağlı  bunları demiş­dir:  "…bizə elə gəlirdi ki, döyüş qurtarmışdır; lakin birdən, qətiyyən gözlənilmədən Xaçmaz stansiyası tərəfdən meşədən düşmənin zirehli qatarı göründü, bu qatara knyaz Lordkipanidze komandanlıq edirdi…Lordkipanidze bizim hücumumuzu yubatmaq məqsədilə körpünü yandırmışdı." 

Lordkipanidzenin komandiri olduğu zirehli qatar döyüşə-döyüşə Bakıya doğru geri çəkildi. Bakıdan yeni əmr alan Lordkipanidzenin Biləcəri yaxınlığında axşam saat 9-da Xırdalan stansiyasında işğalçıların qarşısını almağa, dəmir yolunu dağıtmağa son cəhdlər etdi. 

Yuxarıda yazılanlardan aydın olur ki, qüvvələr qeyri-bərabər olmasına baxmayaraq əsgərlərimiz öz qüvvələrini bir neçə dəfə səfərbər edərək düşmənə müqaviməti davam etdirmişlər. Bundan başqa sovet tarixşünaslığındakı faktlar sübut edir ki, Q.Musabəyov, H.Sultanov, H.Cəbiyev, Baba Əliyev və digər azərbaycanlı bolşeviklər Azərbaycanı işğala gələn sovet ordusuna canı dildən xidmət etdiyi bir vaxtda  gürcü knyazı Lordkipanidze müstəqil Azərbaycanın müdafiəsində dəyanət  göstərmiş, "Yalama döyüşü"nün Ağaəli Babazadə, Həmdulla Əfəndi və başqa   qəhrəmanları kimi adını tariximizin şərəfli səhifəsinə yazmışdır. 

Azərbaycanla Gürcüstan arasında 1919-cu ildə imzalan­mış hərbi-müdafiə sazişinə əsasən Azərbaycan höküməti XI ordu işğala başlayarkən  Gürcüstana kömək üçün müraciət etmiş, qonşu dövlət bu köməyi göstərməyə hazır olsa da hadisələrin sonrakı gedişi buna imkan verməmişdir.

Fikrimizcə, qonşu Gürcüstanın XI orduya qarşı müba­rizədə Azərbaycana yardım etmək istəyi, Azərbaycanın müda­fiə­sində iştitrak etmiş gürcü xalqının qəhrəman oğulları S.F.Lordkipanidze və onların silahdaşları haqqında təd­qiqatların genişləndirilməsi müasir dövrdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına müsbət təsir göstərə bilər.

Məhərrəm Zülfüqarlı
Professor, tarixçi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ