Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa Parlamenti anti-Azərbaycan mövqeyindən əl çəkmir - Gürcüstanı da bezdirməyə başladı...

Image


Avropa Parlamentinin Azərbaycana qarşı xüsusi qərəzi heç kəsə sirr deyil. Bu qurum Avropa məkanında anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Elə Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi çoxsaylı qətnamələr də bunun təsdiqidir. 

Bu arada Avropa Parlamenti Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa və gələcəkdə istənilən əməkdaşlıq barədə razılaşmanın şərti kimi bütün siyasi dustaqların azad olunması və insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasını tələb etməyə çağıran növbəti cəfəng qətnamə qəbul edib.

"Vətəndaş cəmiyyətinə qarşı repressiyalar və Qubad İbadoğlu və İlhamiz Quliyev işi" adlı qətnamə əvvəlkilər kimi cəfəng iddialrla doludur. Xatırladaq ki, bundan öncə də dəfələrlə heç bir fakta əsaslanmayan iftiralarla dolu qətnamələri qəbul etsə də, indiyə kimi həmin sənədlərin Azərbaycana hər hansı bir zərəri olmayıb. Ümumiyyətlə, Avropa Parlamentinin qətnamələrinin tövsiyə xarakteri daşıdığı hər kəsə məlumdur və heç bir çəkindirici qüvvəyə malik deyil. Yeni qətnamənin qəbulu isə bir daha Avropada ermənipərəst qüvvələrin hərəkətə keçdiyini göstərir və regionda sülh naminə görülən işlərə kölgə salmağa, sülh danışıqlarına zərbə vurulmasına hesablanıb.  Lakin Avropa Parlamentinin istənilən qərar və qətnamələrindən asılı olmayaraq, Azərbaycan regionda heç bir kənar qurumların rəyindən asılı olmayaraq sülh gündəliyinin təşviq edilməsinə, sülhün və sabitliyin bərqərar olunmasına çalışacaq. Onu da nəzərə almaq lazımdır ki, Avropa Parlamentində anti-Azərbaycan isteriyasının arxasında yalnız bir qrup parlamentari dayanır. Əsasən Fransanı təmsil edən həmin deputatlar erməni diasporu ilə əlaqəli, yaxud Avropada mövcud olan islamafob, irqçi, səlibçi və türkofob dairələrin nümayəndələridir. Neokolonial təfəkkürdə olan bu şəxslər Avropa Parlamentindəki seçkilər öncəsi erməni lobbisindən maliyyə və seçici dəstəyi almağa çalışır. Sözsüz ki,   istənilən halda, Azərbaycan bundan əvvəl olduğu kimi, doğru bildiyi yolla getməyə davam edəcək və ona qarşı səslənən bütün saxta və əsassız iddialara lazım olduğu şəkildə cavab verəcək. Azərbaycanın Avropa İttifaqı, həmçinin, Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur, rəsmi Brüssel Azərbaycanı iradəsinə zidd olan heç nəyə məcbur edə, yaxud sanksiyalarla təhdid edə bilməz. O da diqqətdən yayınmır ki, Avropa Parlamenti ittifaqa daxil olan 27 ölkənin daxili problemləri­ni bir kənara qoyaraq, Aİ dövlətlərində­ki lobbiçi və siyasi qrupların sifarişləri əsasında təşəbbüslər həyata keçirir. Bu təşəbbüslərdə isə anti-Azərbaycan təmayülləri hər zaman öndə gedir.

O da birmənalı həqiqətdir ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbəsi təkcə işğalçı Ermənistanın darmadağın məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, uzun illər bu işğalçı ölkəyə açıq və gizli formada dəstək verən güclərin, bəzi beynəlxalq təşkilatların və xarici ölkələrin də iç üzünün bir daha ortaya çıxmasına təkan verdi. Onlar arasında Avropa Parlamenti də var. Lakin onu da qeyd edək ki,  Avropa Parlamentinin qərəzi təkcə Azərbaycanla məhdudlaşmır. Belə ki, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə də ciddi narazılıq predmetinə çevrilib. Qətnamə hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən ciddi tənqid olunub. Sənəd əsassız və qərəzli hesab edilib. "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tiflis şəhərinin meri Kaxa Kaladze məsələyə münasibət bildirib. O deyib ki, Avropa Parlamentinin deputatları müzakirə edilən şəffaflıq qanununun əksinə olan qətnaməni qəbul etməklə birbaşa qeyri-şəffaflığın və qaranlığın tərəfində olduqlarını göstəriblər: "Avropa Parlamentinin deputatları biabırçı qətnamə ilə bizi şəffaflıq haqqında qanunu rədd etməyə çağırırlar. Onların istəyi gizli şəkildə ölkəmizə "qara pul" yeritməkdir. Bu pullar sonradan ölkəmizə qarşı destruktiv fəaliyyətə sərf olunur. Paradoksdur, amma bu qətnaməni dəstəkləyən deputatlar qeyri-şəffaflığın, qaranlığın tərəfində dayanırlar. Bu da yaxın gələcəkdə Avropa İttifaqının özünün xarici maliyyələşdirmə ilə bağlı daha sərt qanun qəbul edəcəyi fonunda baş verir. Qətnamədəki bu qeydlə bizə birbaşa bildirdilər ki, onların etdikləri bizə haramdır. Bu gün Avropa Parlamenti biabırçı qətnamə qəbul etdi. Bu tullantı kağızı dəstəkləyən deputatlar bir daha Avropa institutunu və azadlıq, bərabərlik, şəffaflıq və həqiqət üzərində qurulan Avropa ideyasını təhqir etdilər". O, Avropa Parlamentinin hakim "Gürcü Arzusu" partiyanın yaradıcısı və fəxri sədri Bidzina İvanişviliyə qarşı impiçment tələb etməsini də absurd adlandırıb. Baş katib Avropa Parlamentinin Gürcüstanla viza rejiminə yenidən baxmaq təklifinə də münasibət bildirib. Qeyd edib ki, Avropa Parlamentinin qətnaməsindəki vizanın liberallaşdırılmasına yenidən baxılması məsələsi absurddur. Onun sözlərinə görə, bu absurdun məqsədi hansısa yolla əhali arasında ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq, daha sonra isə bu məsələni böyütməkdir: "Bu prosesin başlanması üçün Aİ-yə üzv olan 27 ölkənin razılığı lazımdır. Xoşbəxtlikdən, Avropa bürokratiyasında hələ də sağlam siyasi qüvvələr var ki, onlar belə biabırçı addımı atmayacaqlar".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ