Cümə axşamı günü, 05 noyabr 2026
     

Makron indi də ABŞ-ın zəhləsini tökməyə başlayıb...

Image


Fransa prezidenti Emmanuel Makron real fəaliyyət əvəzinə gurultulu sözlərə üstünlük verir. O, Ukrayna müharibəsinin gedişinə öz təsirini həddən artıq şişirdir. Bu fikri Bloomberg agentliyi ifadə edib. 

Agentliyin yaydığı məlumata görə, Fransa lideri Avropa İttifaqının siyasətini müzakirə etmək üçün bu yaxınlarda ekspertlərlə keçirdiyi görüşdə "müdafiə məsələsində ideoloji qələbə qazandığını" deyib. Tədbir iştirakçıları isə Emmanuel Makronu, səs-küylü bəyanatlar vermək əvəzinə, Kiyevə yardım üçün konkret təkliflər səsləndirməyə çağırıb.

Adının açıqlanmasını istəməyən fransalı diplomat Emmanuel Makronun "ideoloji qələbələri" real fəaliyyətə çevirməsinin vacib olduğunu söyləyib. Fransanın dövlət başçısı bir müddət öncə iddia etmişdi ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişə ocaqlarında atəşkəsə nail olmağa çalışacaq. Amma bu da mümkünsüzdür və Makronun boş iddialarından başqa bir şey deyil. Bu günlərdə isə Makron Sorbonna Universitetində çıxış edib. Orada o, Avropa üçün müstəqil müdafiə siyasətinin zəruriliyini vurğulayaraq qeyd edib ki, ABŞ-a əvvəlki kimi etibar etmək olmaz. Avroskeptiklərin söylədiklərinə bənzər bu bəyanat açıq şəkildə iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərlə bağlıdır. Ölkə başçısının "Renessans" partiyası həm sağçı "Milli Birlik" partiyasına, həm də solçu qüvvələrə uduzaraq yalnız üçüncü yeri tuta bilər. Bununla belə, Fransa prezidenti ölkəsinin Avropa İttifaqında xüsusi rolu olduğunu iddia edərək, öz elektoratını səfərbər etmək qərarına gəlib. Makron bu xüsusda bildirib:  "Biz özümüz Avropa üçün strateji müdafiə yaratmalıyıq. Avropa onun üçün əziz olanı müttəfiqləri ilə və ya təkbaşına müdafiə edilməlidir". Bununla bağlı şərhçilər Fransa liderinin geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş son bəyanatlarını xatırladıblar. 

Xatırladaq ki, Makron Qərb koalisiyasının qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib, buna görə də digər avropalı siyasətçilər onu sərt tənqid etməli olublar. Bu dəfə Makronun ABŞ-ı hədəfə alması tənqidlə qarşılanır. Düzdür, Sorbonnada Fransa lideri bir çox fransızların sevdiyi bir mövzuda çıxış etdi: Avropanın xüsusi rolu. Makron qeyd edib ki, müdafiə, o cümlədən silah və kibertəhlükəsizlik sahəsində müstəqillik olmadan Avropa İttifaqını müdafiə etmək mümkün deyil: "Avropa ABŞ-ın vassalı olmadığını, onlar kimi dünyanın müxtəlif regionları ilə necə dialoq aparmağı bildiyini göstərməlidir". Makron ABŞ-ın iqtisadi siyasətini də tənqid edib.  Onun sözlərinə görə, Avropa həm Vaşinqtonun, həm də Pekinin qlobal ticarət qaydalarına hörmət etmədiyi bir mühitdə öz yerini tapmalıdır. 

Ekspertlər bildirir ki, Makronun çıxışında xarici siyasət mövzularının üstünlük təşkil etməsi təsadüfi deyil. Bu, bir çox fransızları narahat edir. Məsələ qismən miqrasiya problemi, qismən də Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlıdır. "Milli Birlik" partiyasının, eləcə də onun ideoloji lideri Marin Le Penin reytinqləri artır. Onlar ölkənin dünya miqyasında rolunun gücləndirilməsi zərurətinə toxunular və qeyri-qanuni miqrasiya ilə mübarizə üçün ən radikal tədbirlər təklif edirlər. Sorğulara əsasən, Le Penin 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində qalib gəlmək üçün real şansı var.   Bu fonda Britaniya təcrübəsi fransızlara göstərdi ki, həddindən artıq avroskeptisizm çox mənfi nəticələrə gətirib çıxara bilər. Bacarıqlı siyasi manevrlərin yaxşı nümunəsi İtaliyanın baş naziri Ciorciya Melonidir. O, əvvəlcə Brüsseli "düşmən" adlandırdı, lakin sonar, əvvəlki açıqlamalarına baxmayaraq, Avropa bürokratları ilə birgə hərəkət etdi. Digər tərəfdən, solçu qüvvələr öz nüfuzlarını saxlamaqda davam edir. Bir çox fransızlar əhalinin qocalması fonunda pensiya islahatlarının zəruri olduğunu bilsələr də, seçicilərin bir hissəsi Beşinci Respublikada daha erkən pensiyaya çıxan güclü pensiya sisteminin qorunub saxlanması ideyasından təsirlənir. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov bu xüsusda bildirir: "Ümumiyyətlə, sosialistlərin reytinqlərinin artması onların nailiyyətləri ilə deyil, daha çox makronçuların zəifliyi ilə bağlıdır. Makron artıq gənc və naşı siyasətçi hesab edilmir və onun daxili siyasi məsələlərdə reytinqini artırmaq üçün resurslar əsasən tükənib. Hökumətin təşəbbüsləri parlamentdə müqavimətlə üzləşir. Həmçinin, gənc Qabriel Attalın baş nazir təyin edilməsi ilə kabinet az dəyişdi. Makron üçün təhdidlərdən biri "Milli Birlik" partiyasının Avropa Parlamentinə seçkilərdə uğur qazanacağı təqdirdə növbədənkənar parlament seçkilərinə start veriləcəyidir. Ona görə də o, indi seçicilərin qəlbində əks-səda doğuran fikirlərini xatırlamağa çalışır. Makron Avropanı ABŞ-dan asılı olmayan bir güc kimi yaratmağa çağırmağa çalışır. Bu, xarici auditoriyadan daha çox daxili auditoriya üçün bir oyundur. Polşa və ya Baltikyanı ölkələrin ona dəstək verəcəyi ehtimalı azdır. Əksər Avropa ölkələri hələ də ABŞ-a, hətta sağçı qüvvələrə də diqqət yetirir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ