Cümə axşamı günü, 05 noyabr 2026
     

İran-İsrail gərginliyində ən doğru mövqeni Azərbaycan tutur...

Image


İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-dan əlavə silah istəyib. "Bloomberg" agentliyi bildirir ki, İsrail Vaşinqtondan daha çox tank mərmisi və hərbi maşın verməsini xahiş edib. Agentlik qeyd edib ki, yəhudi dövləti Qəzza zolağında müharibə və İranla artan gərginlik fonunda ehtiyatlarını artırmağa ümid edir.

Xatırladaq ki, bu günlərdə Dəməşqdə iranlı generalların öldürülməsinə cavab olaraq Tehran 365 raket və dronla İsraili vurdu. Əvəzində İsrail İran ərazisində yerləşən obyektlərə məhdud cavab hücumu həyata keçirib. İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda, "The Washington Post" qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu hücumu həyata keçirdiyini təsdiqləyib. Bu fonda İranın dövlət telekanalı "Press TV" hərbi ekspertlərə istinadən məlumat yayıb ki, İran İsrailin hücumu halında Dimonadakı nüvə tədqiqat mərkəzini vura bilər. Bunlar fonunda təhlilçilər narahatdır ki, İran-İsrail münaqişəsi qızışsa, miqyası böyüsə, region ölkələri, o cümlədən də Azərbaycan bu qarşıdurmanın bir hissəsinə çevrilə bilər. Ölkəmiz üçün bir tərəfdə uzaq dost ölkə İsrail, bir tərəfdə də yaxın qonşu İran var. İsrail kəşfiyyatı olan "Mossad"ın keçmiş direktoru Efraim Halevi bu fonda qeyd edir: "Düşünmürəm ki, İsrail, İranla aramızda müharibə olarsa, buna Azərbaycanın qoşulmasını istəyəcək. Biz Azərbaycanı hərbi əməliyyatlara cəlb edib çətin vəziyyətə salmaq istəmirik. Bizim istədiyimiz Bakıdan mənəvi dəstək almaqdır. Azərbaycandan istədiyimiz odur ki, İranın davranışları ilə bağlı, İranla bağlı baxışlarını ifadə etsin. İstəyirik, Azərbaycan aydın şəkildə bildirsin ki, İranın yalnız İsraillə bağlı yox, bütün qonşuları ilə bağlı yürütdüyü siyasət haqda nə düşünür. Məncə, Azərbaycanın da marağındadır ki, bunu qəbul etsin". Xatırladaq ki, İranın aprelin 13-də İsrailə dron hücumundan sonra bir çox Qərb dövlətləri Tehranı pisləyən, İsraili açıq dəstəkləyən bəyanatlar versələr də, Azərbaycan Xarici İşlər Nazirliyi hər iki tərəfi təmkinli olmağa çağıran bəyanat verib: "Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq". Efraim Halevi "Azadlıq" radiosuna deyib ki, Azərbaycanın özünün nəzərə aldığı məqamlar var və bir israilli kimi Azərbaycanın xarici siyasətinə qarışmaq istəməzdi.

Bəzi İran media orqanları, məsələn, mühafizəkarlara yaxın "khabarlar.online" iddia edir ki, İsrail Azərbaycan ərazisindəki hərbi bazasından İrana dron göndərib. Halbuki, bunun heç bir əsası yoxdur. "Mossad"ın keçmiş direktoru bu barədə belə deyir: "Düşünmürəm ki, Azərbaycan ərazisi İsrailə xidmət edir. Azərbaycanla münasibətimiz var, turist səfərləri edirik, gedib-gəlirik, bizim İranı daha yaxından izləmək kimi imkanımız yaranır. Məncə, bu bir üstünlükdür. Biz bundan hərbi mənada istifadə etmirik, bizim İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək kimi niyyətimiz yoxdur. Odur ki, Azərbaycan bizimlə münasibətdə tam rahat ola bilər". Qeyd edək ki, ötən dövrdə Azərbaycan-İsrail münasibətləri bir az da sıxlaşıb. Bakı uzun illərdən sonra, 2023-cü ildə bu ölkədə səfirliyini açıb. İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun – SIPRI-nin məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının silah idxalının 70 faizə qədərini verib. Bu, həmin dönəmdə İsrailin silah ixracının 17 faizi demək idi. Keçən ilin payızında "Forbes" jurnalı yazırdı ki, hazırda Azərbaycan İsrailin neft tələbatının təqribən 40 faizini təmin edir, avtomobil və təyyarələri enerji ilə təmin edən mühüm ölkədir. Beynəlxalq Böhran Qrupunun İran layihəsinin baş məsləhətçisi Əli Vaezi hesab edir ki, bütün bu tarixçəni, coğrafi amilləri nəzərə alanda Azərbaycanın durumu doğrudan da risqlidir: "Yaxın Şərqdəki gərginlik qızışarsa, bu asanlıqla Azərbaycana da keçə bilər. Münaqişə Azərbaycana keçsə, İrana rəğbəti olan şiə qruplar radikallaşa bilər. Bu isə, hətta İran və Türkiyə arasında inamsızlığı və gərginliyi artıra bilər". Əli Vaezi deyir ki, Azərbaycan və İran gərək bir-birindən sui-istifadə edilməsinə heç bir halda imkan verməsinlər. İran mətbuatını izləyən Yaxın Şərq İnstitutunun şərhçisi Ümid Şükrü deyir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə, yəni İranın İsrailə hücumu ərəfəsində İran mətbuatında Azərbaycanın israilyönümlü olması ilə bağlı ittihamlara rast gəlinmir. Bununla belə, məsələn, İran parlamentinin deputatı Raşidi Koçi X hesabında İsrailin Bakıdakı səfirliyini vurmağı təklif edib.  Bir çox İran mediası bu tviti tirajlayıb. İsrailin İranın Dəməşqdəki konsulluğunu vurması barədə xəbər yayılanda İranda bir qrup insan İsrailin Bakıdakı səfirliyinin vurulması barədə çağırış etdi. Bu da onu göstərir ki, İran daxilində Azərbaycanın münaqişənin parçası olmasını istəyənlər var. Odur ki, Azərbaycan üçün ən mühüm olan neytral qalmaq və İsraillə münasibətlərini genişləndirməkdir. Əslində, bənzər cəhdlər əvvəllər də olub. Məsələn, keçən ilin iyulunda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Bakıda üçüncü ölkənin səfirliyinə hücum planlaşdırmaq şübhəsi ilə 23 yaşlı Əfqanıstan vətəndaşı saxlanıb. Bəyanatda şübhəlinin İsrail səfirliyini hədəf aldığı yazılmayıb. Amma İsrailin Xarici İşlər naziri Eli Koen deyib ki, Azərbaycandakı İsrail səfirliyinə baş tutmayan hücuma görə İran məsuliyyət daşıyır. Bakıda da bu mövzunu həssas mövzu hesab edirlər. Xüsusilə İran azərbaycanlılarına görə bu həssas mövzudur. Bu mövzu Azərbaycanın xarici siyasətinin də əsas məsələlərindən biridir. İran çox yaxın qonşu ölkədir, həm də orada 40 milyondan çox soydaşımız yaşayır. Bundan əlavə, qonşu ölkədə bəzi dairələr, orada nə baş verirsə-versin, Azərbaycanı bununla əlaqələndirməyə çalışır və təəssüf ki, İran ictimai rəyini manipulyasiya etmək istəyirlər. Amma Azərbaycanın İsraillə münasibətləri onun suveren haqqıdır. Ekspertlər hesab edir ki, Azərbaycanın indiki neytral mövqeyi ən yaxşı mövqedir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ