Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıda Fransız Liseyinin bağlanması hələ başlanğıcdır - Fransaya lazımı dərs verilməlidir...

Image


Məhərrəm Zülfüqarlı: "Vəziyyətin bu şəkil alması Makron hökumətinin yürütdüyü düşmənçilik siyasətinin nəticəsidir"

Azərbaycana qeyri-dost münasibəti sərgiləyən və davranışları ilə bütün sahələrdəki əlaqələrimizə zərbə vuran, indiyə qədər görülən xoşməramlı işlərin üsütndən xətt çəkməyi hədəfləyən Fransa hökuməti təhsil sahəsindəki birgə işlərə də kölgə salmaqdadır. 

Bilirik ki, Azərbaycanda Fransaya bağlı təhsil müəssisələri var. Bu təhsil müəssisələrinin ziyanla işləməsinə baxmayaraq, Azərbaycan dövləti humanistlik edərək bu müəssisələrin fəaliyyətinin  irəliləməsinə dəstək olub. Fransa isə bunun tamamilə əksini edib.

Yayılan məlumata görə, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsinə əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır. Bu barədə Bakı Fransız Liseyindən KİV-ə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi (ABTM) təsisçisi olduğu liseyin ləğv olunması haqqında qərar qəbul edib.

Məlumata görə, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb, 200 nəfərlik baryeri (60 faiz) keçə bilməyib, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərib və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirilməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb. "Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilib. BFL-də tədris ilinin iyulun 1-də başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız iyulun 1-dən qüvvəyə minəcək", - deyə məlumatda bildirilib.

"Azərbaycan Fransanın qərəzli siyasətinə daha sərt formalarda reaksiya verə bilər" 

Məsələyə şərh verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əsas istiqamət Qərbə inteqrasiya yolu idi. O qeyd etdi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi məhz demokratik yolu tutmalı idi, bu yolu da tutdu, ona görə də biz Avropa Şurasına da, ATƏT-ə də daxil olduq. M.Zülfüqarlı vurğuladı ki, ATƏT-in Minsk qrupu 27 il Qarabağ problemini dinc yolla həll edəcəyinə söz versə də, heç bir nəticə əldə olunmadı. "Qaldı Azərbaycan-Fransa münasibətlərinə, əvvəlki hakimiyyət illərində, Sarkozi hakimiyyəti dövründə müsbət irəliləyişlər vardı, bu barədə də çoxlu faktlar var. Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi Makron rejiminin qatı ermənipərəst mövqe tutmasından sonra başladı. Erməni amilindən həmişə Avropa ölkələri qardaş Türkiyəyə, Osmanlı imperiyasına, Azərbaycana  qarşı bir vasitə kimi istifadə edir. Müasir zamanda da Makron həmin prosesi çox ifrat dərəcədə həyata keçirməyə başladı. Buna qədər isə Azərbaycan-Fransa münasibətləri normal olub. O dövrdə isə Bakıda Fransız Liseyi açıldı, hətta  Azərbaycan Fransa Universiteti yaradıldı. Bu onun göstəricisi idi ki, Azərbaycan başqa Qərb ölkələri ilə yanaşı Fransa ilə də  münasibətləri normal qurmaq niyyətində olub. Azərbaycanda indiki dövrdə Avropa Azərbaycan məktəbi də var. Bu özəl məktəblərin fəaliyyəti digər Qərb ölkələri ilə münasibətdə özünü göstərir. Amma Fransanın indiki rəhbərliyinin yeritdiyi düşmənçilik siyasəti məhz ona gətirib çıxardı ki, artıq Fransa bu münasibətini gizlətmədi, öz səfirini Azərbaycandan geri çağırdı. Azərbaycan da buna uyğun addımlar atmağa başladı. Demək istəyirəm ki, münasibətlərin bu cür gərginləşməsinin günahkarı Fransanın indiki hökumətidir"-deyə M.Zülfüqarlı bildirdi.

M.Zülfüqarlı qeyd etdi ki, Bakı Fransız Liseyinin bağlanmasının da məsuliyyətini Makron hökuməti daşıyır. "Bir müəllim kimi, əlbəttə, hansısa bir məktəbin bağlanmasını istəməzdim, orada Azərbaycan uşaqları təhsil alır. Bizə münasibəti yaxşı olmayan ölkənin tarixini, mədəniyyətini, dilini daha yaxşı öyrənməyimiz lazımdır ki, bizim gələcəkdə onlara cavab verəcək kadrlarımız olsun. 

Məsələ burasındadır ki, vəziyyətin bu şəkil alması Makron hökumətinin yürütdüyü düşmənçilik siyasətinin nəticəsidir. Azərbaycan hər zaman öz humanist addımları ilə problemin həllinə çalışıb, amma Fransa hökuməti tamamilə başqa mövqe tutub". 

M.Zülfüqarlı hesab edir ki, bu gün Makron hökumətinin qərəzli, düşmən siyasətinə cavab olaraq bu lisey fəaliyyətini dayandırır, amma sabah ola bilsin, Fransada hakimiyyətə Azərbaycanla normal münasibət qurmaq istəyən hökumət gəlsin, onda bu liseyin fəaliyyətinin bərpa edilməsi yenidən nəzərdən keçiriləcək. "Bu hadisənin günahı Makrondadır. Bu liseyin şagirdləri də, onların valideynləri də bilməlidirlər ki, bizə düşmən mövqeyi tutan bir hakimiyyətin təmsil etdiyi ölkənin məktəbinin, təhsil müəssisəsinin olması bizdə müsbət əhval yaratmır. Bu müsbət ab-havanın olmamasının da təqsirkarı yenə Makrondur. Əlbəttə, Azərbaycan Fransanın qərəzli siyasətinə daha sərt formalarda reksiya verə bilər".

M.Zülfüqarlı ümid edir ki, Fransada hakimiyyət dəyişdikdən, normal şəxslər hakimiyyətə gəldikdən sonra təhsil sahəsinə də yenidən baxılacaq, amma Makronun hakimiyyətdə olduğu dövrlərdə münasibətlərdə müsbət heç nə gözlənilmir. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ