Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan iqtisadiyyatı üzüaşağı tənəzzülə yenidən qayıtdı...

Image


Ermənistan iqtisadiyyatı hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacaq. Bu barədə Ermənistanın reytinqini "BB-" səviyyəsində təsdiqləyən "Fitch" agentliyinin məlumatında deyilir.

Qeyd olunub ki, Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır. "Fitch" hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir. Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya ilə Ermənistan arasında ticarətin kəskin artdığını da bildirirlər. Bank sektorunda Ermənistan Rusiya müəssisələrinə qarşı Qərb sanksiyalarının tətbiqinə davam edir. Bununla belə, 2021-ci ildən bəri Ermənistandan Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin doqquz ayında ixracın 51 faizi, idxalın isə 30 faizi Rusiyanın payına düşüb. Ermənistan hökumətinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb. Eyni zamanda, ikitərəfli ticarət mübadiləsi 40 faizdən çox artaraq 6,3 milyard dollara çatıb. Bütün bunlara səbəb Rusiyanın Qərb sanksiyalarından yan keçməsi üçün Ermənistandan istifadə etməsidir. Elə bu da Ermənistanda iqtisadi böyüməni təmin edir. Amma reallıqda ənənəvi iqtisadi sahələrdə əslində, hansısa artım yoxdur.  Əksinə, bu sahələr tənəzzüldədir. Ermənistan Hesablama Palatasının sədri, iqtisadçı ekspert Nairi Sarkisyan artıq qeyd edilən xüsisda həyəcan təbili çalır. O bildirir ki, Ermənistanın sənayesi tənəzzüldədir: "Dağ-mədən sənayesi də tənəzzüldədir. Qida sənayesi 6 faiz azalıb. Son 5 ildə Ermənistanda ət məhsullarının istehsalı xeyli aşağı düşüb. Bu dövlət siyasətinə görə kəndlinin heyvandarlıqla məşğul olması sərfəli deyil: "Bütün bunlar Ermənistanın istehsal potensialının olmaması deməkdir. Deməli, planlaşdırılan büdcəni doldurmaq üçün indiki hökumət ya vergiləri artırmalı olacaq, ya da inflyasiya baş verəcək. Ola bilsin ki, bir neçə aydan sonra işıq, su və qaz tariflərində artımın şahidi olaq. Ermənistanda yoxsulluğa gəlincə, ölkə əhalisinin təxminən üçdə biri yoxsul sayılır. Son məlumatlara görə, yoxsulluğun aşağı həddi 53 min dram (131 dollar), yuxarı həddi 63 min dram (156 dollar) hesab olunur. Ayda orta hesabla 57-58 min dram (141-142 dollar) qazanan şəxs yoxsulluq həddinin üstündə yaşayır. Təbii ki, vətəndaşlarımız bizdən yaxşı bilir və hamısı mağazaya girir, xərcləyir və görür ki, artıq qazancları çatmır. Bu, cəmiyyətin təxminən üçdə birinə təsir edir. Bu hakimiyyət ölkəni elə vəziyyətə gətirib ki, sıfırdayıq. Hakimiyyət ölkəni məhv edib, dağıdılanları bərpa etmək hətta 50-60 il çəkəcək". bütün bunlar bird aha təsdiq edi rki, Ermənistan iqtisadiyyatının sürətli inkişafı haqqında yaradılan miflərin heç bir əsası yoxdur. Bu ölkənin iqtisadiyyatında son dövrlərdə qeydə alınanartım, ilk növbədə xarici ticarət dövriyyəsinin sürətlə artması nəticəsində baş verib. ABŞ başda olmaqla, Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən hərbi sənaye üçün lazım olan elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb.  Bu fonda Ermənistan iki ilə yaxındır ki, Rusiyaya lazım olan həmin məhsulları xaricdən öz ölkəsinə idxal edib, sonradan onları müxtəlif məhsul adları altında Rusiyaya ixrac etməklə məşğuldur. Bu proses dayanan kimi Ermənistan iqtisadiyyatında çökmələr başlanacaq.

Rusiya-Ermənistan münasibətlərindəki neqativ tendensiya son günlər daha aktiv fazaya qədəm qoyub. Ermənistanın Respublika İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan da bir çox sahələrdə tənəzzülü istisna etmir: "İrəvanda tikinti aktivliyi 2024-cü ildə azala bilər. Tikinti sektorunda aktivlik azalarsa, o zaman tikinti materiallarının istehsalı və satışında da azalma baş verəcək. Yeniliklər tətbiq olunmayınca və yeni məhsul növləri meydana çıxmayınca konserv sənayesində də tənəzzül olacaq. Bu məhsulların ixracı daha çox Yuxarı Lars keçid məntəqəsindən keçmək problemi ilə məhdudlaşan Rusiyaya gedir. Bundan əlavə, bərə xidmətləri fəaliyyətə başlamadı. Buna qiymət seqmentində rəqabət baxımından problemlər yarada bilən Rusiyaya tədarük quran Türkiyə amili də əlavə olunur". Onun sözlərinə görə, konyak istehsalı sektorunda da azalma baş verə bilər və bu, Rusiyaya gətirilən konyakın bahalı içki olması və Ukraynada baş verən hadisələr fonunda rusların sosial vəziyyətinin pisləşməsi ilə bağlıdır: "Turizm sektoruna gəlincə, bu, Ukraynada baş verən hadisələrdən asılıdır: münaqişənin necə başa çatacağı, Rusiyaya qarşı sanksiyaların ləğv edilib-edilməyəcəyi və sair. Ermənistanda xidmətlərin bahalaşması nəzərə alınmaqla, çox şey rusların ödəmə qabiliyyətindən asılıdır. Məsələn, Gürcüstanda restoran, kafe və otellərdə qiymətlər nisbətən aşağıdır". O xatırladıb ki, kiçik biznes məhz turizm sektorunun artımı ilə inkişaf edir, çünki xidmətlər əsasən turistlərə yönəldiyi üçün kiçik biznesdə də aktivlik azala bilər: "Ümumiyyətlə, kiçik biznesin imkanları böyük bizneslə bağlıdır, ona görə də sonuncunun inkişafı bu baxımdan vacibdir. Böyük biznesə modernləşdirmə və investisiya qoyuluşu kiçik biznesdə fəallığa təkan verir ki, iri biznes adətən ondan xidmət və məhsul alır. Lakin məhdud daxili tələbat şəraitində kiçik müəssisələr turizm sektorunda tənəzzül və ya iri biznesdən gələn sifarişlərin azalması halında problemlərlə üzləşə bilər". O, Ermənistan iqtisadiyyatının alkoqollu içkilər, mədənçıxarma, konservlər və tekstil istehsalına əsaslanan dəyişməz struktur probleminə işarə edib: "Əsasən, yalnız bu sahələr sənaye istehsalının həcmini, eləcə də ixracın həcmini təmin edir, digər sahələrdə isə heç bir dəyişiklik yoxdur. Mövcud problemlərin həlli üçün satış bazarlarının şaxələndirilməsi üzərində işləmək də vacibdir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ