Cümə axşamı günü, 05 noyabr 2026
     

Korsikalılara 254 illik fransız zülmü yeni mərhələyə keçdi - "Nazione" fəalları həbs edilir

Image


Azər Həsrət: "Dünyanın bütün mütərəqqi kəsimi Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxmalıdır"

Korsikanın yeni müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvü və tərəfdarı yanvarın 30-da Korsikanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, onun iki fəalının polis tərəfindən həbs edilməsinə qarşı çıxıb. Bu barədə "Corse Matin" nəşri yazıb.

Etirazlara Bastia bələdiyyəsinin üzvləri, o cümlədən bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də qatılıb.

Bundan əvvəl yanvarın 28-də yaradılan "Nazione" hərəkatı "Corse Matin"ə göndərdiyi press-relizdə həbs edilmiş iki üzvünə dəstək verdiyini açıqlayıb və Bastia polis idarəsi qarşısında aksiyaya çağırıb.

"Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq: qapılar sındırılıb, evlər dağıdılıb, atalar uşaqlarının gözü qarşısında yerə yıxılaraq saxlanılıblar", - press-relizdə deyiir.

"Patriotti"nin Facebook səhifəsində polisin fəallardan birinin evinə vəhşicəsinə daxil olaraq qapıları sındırdığını nümayiş etdirən fotolar yerləşdirilib.

"Bu səhər "Nazione" hərəkatımızın Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. "Nazione" təxribatlara cavab verəcək!", – nəşr yazır.

Qeyd edək ki, Bastia kommunasındakı etiraz aksiyası zamanı nümayişçilər yeni hərəkata qarşı aqressiv həbs və repressiya üsullarını pisləyiblər.

Aksiyada iştirak edən "Nazione" hərəkatının ərazi şurasının üzvü Jozefa Cakometti Piredda fəalların həbsini qınayıb.

"Təhdid və təxribatlar qəbuledilməzdir. Lakin onlar öz məqsədlərinə nail ola bilmədilər. Biz sakit və qərarlıyıq", - Piredda bildirib.

Öz növbəsində, Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi - STC) da "Nazione" hərəkatını dəstəklədiyini bəyan edib: "Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı ab-havanı zəiflətmək istəyir. Ölkəmizdə davamlı sülhün bərqərar olması üçün bu çirkin manipulyasiyalara dərhal son qoyulmalıdır".

"Fransanın dinc şəkildə azadlıq tələb edən insanları həbs etməsi..."

Hadisəyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, Fransa kimi bir dövlətin XXI yüzildə belə müstəmləkəçilik siyasətindən imtina etməməsi ona başucalığı gətirmir: "Yəni insanlıq, bəşəriyyət elə bir mərhələyə gəlib çatıb ki, bu mərhələdə insan insanın üzərində ağalıq etməməlidir, heç bir dövlət başqa bir ərazi üzərində haqqı olmadan ağalıq etməməlidir, heç bir xalq başqa xalqı ikinci dərəcəli hesab edib onun başı üzərində ağalıq etməməlidir. Amma bunlara baxmayaraq, təəssüflər olsun ki, Fransa dövləti hələ də müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir. Bu isə fransız mədəniyyəti deyilən bir məsələ ilə  daban-dabana ziddir. Yəni dünyada fransız mədəniyyəti kimi təbliğatlar aparılır, bunun üstün mədəniyyət olduğu fikri bütün dünyaya aşılanır. Belə mədəni bir xalq, dövlət nə üçün hələ də müstəmləkəçilik siyasətindən imtina edə bilmir? Burada nəsə yerində deyil. Ya onların iddia etdikləri kimi mədəni olmadıqlarını deyə bilərik, ya da mədənidirlər, amma bunu tam olaraq dərk edə bilmirlər. Ona görə də dünyanın bütün mütərəqqi kəsimi Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxmalıdır. Fransız zülmündən xilas olmaq istəyən xalqlara hər kəs dəstək olmalıdır".

A.Həsrət qeyd etdi ki, Fransa zülmündən xilas olmaq istəyən xalqlara bütün dünya arxa-dayaq olmalıdır. Hər kəsin onların doğrudan da azad dünyanın insanları kimi yaşamasına öz töhfəsini verməli olduğunu deyən A.Həsrət hesab edir ki, fransız polisinin   Korsikanın yeni müstəqillik hərəkatı olan "Nazione"nin üzvlərini həbs etməsi bu dövlətin həyata keçirdiyi müstəmləkəçilik siyasəti ilə bağlıdır. "Fransanın dinc şəkildə azadlıq tələb edən insanları həbs etməsi onun özünün bəyan etdiyi demokratiya və azadlıq prinsiplərinə daban-dabana ziddir. Bilirsiz ki, Fransa dövləti qardaşlıq, bərabərlik, azadlıq şüarlarına söykənir. Əgər qardaşlıqdan, bərabərlikdən  söhbət gedirsə,  azadlıq tələb edən insanları həbs etmək artıq özünün siyasi mövqeyinə xəyanət etmək deməkdir. O baxımdan, fikrimcə, Fransa bu fəalları həbs etməklə bir daha göstərmiş olur ki, bəyan etdiyi prinsiplər sadəcə olaraq gözə kül üfürmək üçündür. Yəni onlar Fransanın söykəndiyi dəyərlər deyil. Sadəcə olaraq, Fransa dövləti bu dəyərlərin arxasında gizlənib, hətta öz nəzarəti altında olan insalara zülm etməklə məşğuldur. Əlbəttə, bu da diqqətə alınmalıdır, digər tərəfdən də Fransanın bu cür davranışlarını nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündəki yeri sorğulanmalıdır. Artıq elə bir məqam yetişib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmalıdır. Belə bir dövlət BMT Təhlükəsizlik Şurasında daimi üzv ola və dünyanın taleyinə hökm verə bilməz" - deyə A.Həsrət bildirdi.      

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ