Cümə axşamı günü, 05 noyabr 2026
     

Voskanyan özünü öldürsə də, İrəvan türk qalasıdır...

Image


Faiq İsmayılov: "Voskanyanın iddialarına baxdım, o heç bir sübut göstərə bilmir, çünki bu qala türk abidəsidir" 

Uzun illərdir antiazərbaycan kampaniyasının əsas iştirakçılarından biri kimi tanınan və saxtakarlığı ilə dünyada bənzəri olmayan iranşünas Vardan Voskanyan yenə də öz çirkin əməllərindən qalmır. İrəvan qalasının tarixi türk qalası olduğunu bilə-bilə onu "erməni abidəsi" kimi qələmə verməkdən çəkinmir. 

2006-cı ildə Bakıda nəşr edilən  "Qərbi Azərbaycan abidələri" kitabında İrəvan qalasının türk qalası olaraq qeyd edilməsi onu elə yandırıb ki, çaşqınlıqdan ağzına gələni danışıb.  

O, Telegram kanalında kitabda əks olunan fotonu və oradakı "Qədim türk qalası olan Erebuni (çox təəssüf ki, bizim tərtibçi İrəvan qalasını belə adlandırıb-İ.S) xarabalıqlarının bir görnüşü (e.ə VIII yüzil) qeydi paylaşaraq yazıb ki, guya bu qala onların "paytaxtının başlanğıcıdır və Azərbaycan tərəfindən məqsədli şəkildə saxtalaşdırılıb". Abidənin türk qalası olaraq göstərilməsini Voskanyan öz milli xislətinə uyğun şərh edib və Azərbaycanı "ərazi iddiasında" ittiham edib.

Yeri gəlmişkən, Voskanyan nə qədər atılıb-düşsə də gerçəklik yerindədir. Uzağa getməyək, elə bu günlərdə erməni mediasının özü yazmışdı ki, VII sinif tarix dərsliyində İrəvan tarixi Azərbaycan şəhəri kimi təqdim edilib, bu isə bütün Ermənistanı qarışdırıb. Bu gün erməni dərslik müəllifləri özləri etiraf edirlər ki, İrəvan türk şəhəridir, bu halda Voskanyana söz düşmür.   

Bütün dünya bilir ki, Azərbaycanın indiki Ermənistan ərazinə qarşı heç bir iddiası yoxdur, amma o torpağın və oradakı abidələrin Azərbaycan türklərinə aid olduğu faktını bəyan etməkdən də əl çəkən deyil. Çünki ora da tarixi Azərbaycan torpağıdır və vaxtilə silah, zor gücünə oradan deportasiya edilən azərbaycanlıların geri qayıtmaq, öz yurdunda yaşamaq hüququ var. Azərbaycan türkləri o əraziyə qayıtmalıdır və Ermənistan da onların təhlükəsiz qayıdışını, yaşayışını təmin etməlidir. Bu tamamilə beynəlxalq hüququn prinsiplərinə uyğundur. 

"...O qalanın ermənilərlə heç bir əlaqəsi yoxdur" 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Voskanyanı, eləcə də digər tədqiqatçıların, jurnalistlərin yazdıqları tamamilə əssasızdır və bu, Ermənistanın tutduğu ziyanlı siyasi xəttin ifadəsidir. "Erməni alimlərinin, tədqiqatçılarının, jurnalistlərinin heç birinin özünün müstəqil düşüncəsi, fikri olmayıb. Onlar həmişə ziyanlı dövlət siyasətlərinə uyğun olaraq saxtakarlıqla məşğul olublar, indi də o yoldadırlar.  

 "Bu abidə mənimdir" deyənlərin əlində sübutları olmalıdır. O abidənin memarlıq quruluşu, üzərində olan elementlər, yazı nümunələri ilə onun hansı əsrdə tikildiyini, kimə aid olduğunu müəyyənləşdirmək mümkündür. İkinci bir tərəfdən, bütövlükdə daşınmaz tarix memarlıq abidələrinin meydana gəldiyi dövrlərdə onu tikən tayfa, xalq ora öz milli memarlıq elementlərini həkk edirdi, öz mədəniyyətinə uyğun ona quruluş verirdi. Bu gün ermənilərin müasir memarlığı da milli deyil, bir qismi Avropadan, bir qismi də Şərqdən oğurlanmış nümunələrdir ki, ona da "bizimkidir" deyirlər. Xaçları kimi. 

Voskanyanın iddialarına baxdım, o heç bir sübut göstərə bilmir, çünki bu qala türk abidəsidir"-deyə F.İsmayılov vurğuladı.

Mütəxəssis dedi ki, Qafqaz Albaniyası dövründə Albaniya dövlətinin tərkibində mövcud olan 26 tayfanın  böyük əksəriyyətini türklər təşkil edib və bu səbəbdən də bu memarlığın yaranmasında türklərin böyük rolu olub. "Hətta həmin dövrə aid xaç daşlarında belə türk elementləri vardır. Bunu görməmək üçün kor olmaq lazımdır. Ermənilər nəyə görə türk elementləri olan xaç daşlarını dəyişib özlərinə kustar üsullarla yeni xaç daşları hazırlayıb o ərazilərdə basdırırlar? Köhnələri götürüb niyə basdırmırlar? Binaların üzərindəki o elementləri  niyə silirlər? Əgər bu abidə onlarındısa niyə onu dəyişdirirlər? Bu "qədim erməni irsinin, mədəniyyətinin nümunəsidirsə" onda onu qorumalıdırlar. Amma biz şahid oluruq ki, onlar bu abidələri dəyişdirirlər. Həm azad edilən ərazilərimizdə, həm də indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində çox geniş şəkildə həmin abidələrin ya formalarını, ya da üst elementlərini dəyişdiriblər, o abidələri qədim xaç daşlarından belə məhrum ediblər. 

Bu baxımdan Voskanyanın dedikləri dezinformasiyadır. Həmin "mütəxəssis" ermənilərə aid olduğunu iddia etdiyi o qalanın memarlıq qurluşunu təsvir etsin və göstərsin ki, bu doğrudan da "erməni abidəsidir". Biz də inanaq. O bunu heç cür edə bilməz, çünki o qalanın ermənilərlə heç bir əlaqəsi yoxdur"-deyə F.İsmayılov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ