Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan bütün köhnə simvollarından imtina edir...

Image


Ermənistanın himni dəyişdirilməlidir. Bunu ölkə parlamentinin sədri Alen Simonyan bəyan edib. O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır.

Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb. Parlament sədri, həmçinin qeyd edib ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır: "Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, o, erməni mahiyyətli olmalıdır, dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır və himnin ifa qaydalarına uyğun olmalıdır. Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ən azından Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi. "Facebook"dakı gülüş işarəsi olan şir də gerbdə ola bilməz. Ermənistanı qoruyan qılınc zəncirlənib". Erməni mediası isə artıq bu bəyanatdan fəal şəkildə narahatdır.  Media yazır ki, Simonyan gerbdən Ağrı dağının təsvirinin çıxarılmasının zəruriliyinə işarə edir. Qeyd olunur k, Türkiyə və Azərbaycanın tələb etdiyi də məhz budur. Bu yerdə xatırladaq ki, Ermənistanın gerbi 1992-ci il aprelin 19-da bu ölkənin Ali Şurası tərəfindən qəbul edilib və 15 iyun 2006-cı il tarixli qanunla dəqiqləşdirilib. Bildirək ki, Ermənistanın gerbində qalxan təsvir olunub, onun mərkəzində "erməni millətinin simvolu" olan Ağrı dağı var. Təəccüblüdür ki, "erməni milləti"nin simvolu Türkiyədə yerləşən dağdır. Türkiyə və Azərbaycanın gerbində Ermənistan ərazisində yerləşəcək heç bir şey yoxdur. Bəs niyə Ermənistan Respublikasının gerbində Türkiyədə yerləşən dağın təsviri ola bilir? Bu fonda Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması sadəcə ağılsızlıqdır. Bütün bunlar olarkən İrəvanla Ankara arasında münasibətlərin bərpa olunmasını necə iddia etmək olar? Cavab göz qabağındadır - heç bir şəkildə. Ermənistan Konstitusiyasında və Milli Təhlükəsizlik Doktrinasında nəzərdə tutulmuş Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları şəraitində Bakı ilə İrəvan arasında münasibətlərin qurulması mümkün olmadığı kimi. Bunlar fonunda Ermənistanın "Past" nəşri yazır: "Hələ 2019-cu ildə Nikol Paşinyan deyib: "Ölkədə konstitusiyanın tez-tez dəyişdirilməsini düzgün hesab etmirəm". Paşinyan bundan sonra, hətta bundan əvvəl də zaman-zaman yalnız konstitusiya dəyişikliklərindən danışır, idarəçilik sisteminin dəyişdirilməsinə ehtiyac olmadığını vurğulayırdı. Bu yaxınlarda o, yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb. Çoxları hesab edir ki, bununla o, Azərbaycan və Türkiyənin, xüsusilə müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı tələbini yerinə yetirir. Erməni Apostol Kilsəsinin xüsusi statusu ilə bağlı müddəanın konstitusiyadan çıxarılacağı ehtimal edilir. Məlumata görə, bütün bunlarla yanaşı, Paşinyan növbədənkənar seçkilərdən yayınmaq üçün konstitusiya referendumu keçirməyə çalışacaq. Məsələ ondadır ki, diplomatik mənbələrimizə görə, Qərb Paşinyanın seçkilərə getməsini və sülh müqaviləsini imzalamaq üçün tam legitimlik əldə etməsini istəyir. Üstəlik, növbədənkənar seçkilərin mayda, fors-major hallarda isə sentyabrda keçirilməsi məqsədəuyğun hesab edilir. Lakin Nikol Paşinyan əmindir ki, hətta inzibati rıçaqlarla belə səs çoxluğu əldə etmək mümkün deyil. Buna görə də o, bir növ etimad testi kimi referendum keçirmək istəyir".

Erməni hərbi ekspert Hayk Nahapetyan isə bildirir ki, konstitusiyanın dəyişdirilməsi təkcə Azərbaycan və Türkiyənin istəyi ilə bağlı deyil: "Başımıza gələn fəlakətin səbəbkarı Paşinyan və komandasının diletant idarəçiliyi, səriştəsizliyi və satqınlığıdır". Onun sözlərinə görə, Paşinyanın biabırçı şəkildə yanlış, xain siyasəti Ermənistan üçün fəlakət gətirib və fəlakət gətirməkdə davam edir: "İndi o, məğlubiyyətə görə təhlükəsizlik sistemini günahkar hesab edir? Paşinyanın çıxışının bu epizodu həm də onunla diqqət çəkir ki, o, Ermənistanın təhlükəsizlik siyasi vektorunun dəyişdirilməsi və Qərbə üz tutması barədə yüksək səslə danışır". Nahapetyan bildirib ki, KTMT-dən çıxmaq, 102-ci hərbi bazanı çıxarmaq üçün konstitusiyaya dəyişiklik edirlər. Konstitusiya məsələləri üzrə erməni ekspert Qohar Meloyan isə bildirir: "Diqqətəlayiqdir ki, trayektoriya dəyişdi və bu siyasi qüvvənin hakimiyyətə gəldiyi, gündəmində konstitusiya dəyişiklikləri olduğu hər kəsə məlumdur". Onun sözlərinə görə, bunu keçmişdə ləğv edilmiş komissiya və hazırda fəaliyyət göstərən konstitusiya islahatları komissiyası sübut edir: "Lakin yeni konstitusiyanın qəbulu heç vaxt müzakirə olunmayıb və gündəmdə olmayıb. Baş verən iki əsas konstitusiya dəyişikliyi əslində zamanın çağırışlarının nəticəsi idi və iki dəyişiklik arasında 10 illik fasilə yarandı". Meloyan bildirib ki, yeni konstitusiyanın qəbulu məsələsini gündəmə gətirən hakim qüvvə əsas qanunun dəyişməz müddəalarında və preambulasında dəyişikliklər etməyə meyllidir. Digər ekspert Vardan Poğosyan isə bildirir ki, Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı bəzi çətinliklərin qarşısını almaq üçün öz kapitulyasiyasını yeni konstitusiyada təsbit etməyə çalışır. Onun sözlərinə görə, Paşinyan yeni konstitusiya vasitəsilə elə bir vəziyyət yaratmağa çalışır ki, artıq üçüncü Ermənistan Respublikası müstəqillik bəyannaməsinə əsaslanan Ermənistan Respublikası olmasın: "Ermənistanın yeni konstitusiya və ya konstitusiyaya dəyişikliklə bağlı problemi yoxdur. Ermənistanın təhlükəsizlik problemi var və bu gün Ermənistanın təhlükəsizliyi Nikol Paşinyanın səyləri ilə pozulur. Sadəcə olaraq, Paşinyan yeni konstitusiyanın qəbuluna nail olsa, artıq müstəqil Ermənistan olmayacaq, yarımmüstəmləkə vəziyyətində olan, real hakimiyyətin erməni xalqı tərəfindən həyata keçirilməyəcəyi ərazi olacaq".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ