Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ və Avropa İttifaqı Ermənistandakı siyasi təqiblərə inadla susur...

Image


"Erməni demokratiyasının gücləndirilməsində maraqlı olan beynəlxalq tərəfdaşlar ölkə hakimiyyətinə təzyiq göstərməli və baş nazir Nikol Paşinyana qarşı zorakılığa çağırışda ittiham olunan vəkil Muşeq Şuşanyanın azadlığa buraxılmasına nail olmalıdırlar. 

Ermənistanın müxalifət nümayəndələri bunu bildiriblər". Qeyd edilən fikirlər "Kavkazskiy Uzel" nəşrində yer alıb.

Nəşrin yazdığına görə, "Milli Demokratik Qütb" siyasi blokunun tərəfdarı, vəkil Muşeq Şuşanyan ötən il sentyabrın 29-da Nikol Paşinyana qarşı fiziki zorakılığa çağırış etdiyinə görə həbs edilib. Şuşanyanın silahdaşları onun həbsini siyasi təqib kimi qiymətləndiriblər. İstintaqın məlumatına görə, 2023-cü ilin mayında PDP adlı "YouTube" kanalında "Nikolun fiziki məhv edilməsi açıq-aydın doğrudur. Muşeq Şuşanyan" başlığı ilə video yayımlanıb. Həmçinin sentyabrın 22-də özünün "Facebook səhifəsində" Şuşanyan qeyd edib ki, "erməni oyanışı yalnız bir şərtlə başlaya bilər, o halda ki, Nikol və Vətəni satanların bütün qrupu edam edilsin". Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 3 ilədək həbsi nəzərdə tutan 330-cu maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. "Milli Demokratik Qütb"ün gənclər qanadı ABŞ, Fransa və Avropa İttifaqını vəkil Muşeq Şuşanyanı azad etmək üçün Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çağırıb. "Kavkazskiy Uzel" yazır ki, onlar Fransa və ABŞ səfirliklərinə, eləcə də Avropa İttifaqının nümayəndəliyinə belə çağırışlarla məktublar göndəriblər. Fəalların məktublarında xüsusilə qeyd olunur ki, Qarabağ müharibəsi veteranı, döyüşlər zamanı yaralanmış hüquqşünas Muşeq Şuşanyan hakimiyyəti kəskin tənqid etdiyinə görə həbsdədir. "Məhkəmə dilin təhqiramizliyindən asılı olmayaraq, xüsusən də tənqid siyasi xarakter daşıdığından, Şuşanyanın söz azadlığı hüququnu qorumalı idi. Amma məhkəmə hakim qüvvəyə rəvac verərək, Şuşanyan  barədə əsassız və qanunsuz həbs qərarı çıxarıb. Məhkəmə söz azadlığının boğulmasına şərik oldu, istənilən tənqidi boğdu və Şuşanyanın siyasi təqibinə görə bilavasitə məsuliyyət daşıyır", - məktubda qeyd edilir. Müxalifətçilər demokratiyanın möhkəmləndirilməsində maraqlı olan beynəlxalq tərəfdaşları Şuşanyanın azadlığa buraxılmasına nail olmağa çağırıblar.

Muşeq Şuşanyanın vəkili Arayik Papikyan qeyd edib ki, müvəkkilinin işi noyabrda məhkəməyə göndərilib, lakin o vaxtdan bəri həbs müddətinin uzadılması ilə bağlı yalnız iki iclas təyin edilib: "Məhkəmə həbs müddətini martın 28-dək uzadıb. İşdə heç bir şahid və ya ekspert rəyi yoxdur – yalnız Şuşanyanın ifadəsi və "Facebook"da dərc etdiyi yazıların skrinşotlarıdır. Hakim bunları araşdırmalı, sonra müşavirə otağına çəkilməli və hökm elan etməlidir. Bu cür işə 10 dəqiqəyə baxıla bilər, amma məhkəmə süni şəkildə yubadılır. Eyni zamanda Şuşanyan öz sözlərindən dönmür, Paşinyanın xain olduğunu bəyan edir". Müdafiəçi vurğulayıb ki, Şuşanyanın işi açıq-aşkar siyasi xarakter daşıyır: "Müdafiə tərəfi hakim qüvvənin nümayəndələri tərəfindən səslənən hədə və ya zorakılıq çağırışları faktlarını təqdim edib. Xüsusən, hakim partiyanın deputatlarından biri rəqibinə silah götürüb intihar etməyi təklif edib, digəri isə rəqibinin dilini və qulaqlarını kəsməklə hədələyib. Bütün bunlar canlı yayımda deyilib. Amma onların açıqlamasını istintaq zorakılığa çağırış kimi qiymətləndirmir və Şuşanyan "Paşinyan intihar etsə, yaxşı olardı" ifadəsi ilə zorakılığa çağırışda ittiham olunur". Vəkil bildirib ki, ötən ilin sentyabrında Qarabağda mövcud olmuş separataçı rejimin  təslim olmasına qarşı keçirilən etiraz aksiyalarından sonra 8 nəfər zorakılığa çağırışda ittiham olunub: "Kimsə zaminə buraxılıb, kiminsə həbsi ev dustaqlığı ilə əvəzlənib, bir müddət sonra isə götürülüb, amma Şuşanyan artıq 4 aydır ki, həbsdədir. Məhkəmə onun qaça biləcəyinə qərar verib, amma bu, absurd bəyanatdır. Nə vaxt ki, təhlükəsizlik qüvvələri onu həbs etməyə gəliblər, Şuşanyanın qeydiyyatda olduğu, lakin yaşamadığı ünvana gəliblər, ona zəng ediblər və o, təhlükəsizlik qüvvələrinin onu hansı ünvanda axtarmalı olduğunu bildirib. Onun ədalətdən qaçacağı iddiaları gülüncdür.  O nə üçün ədalətdən qaçsın ki?". Arayik Papikyanın sözlərinə görə, 2020-2023-cü illərdə məhkəmələrə 38 analoji iş daxil olub, onlardan 36-sı Paşinyan və onun qohumlarına aiddir: "Sosial şəbəkələrin monitorinqi departamenti" adı altında bütöv bir idarə yaradılıb, o, baş naziri kəskin tənqid edən yazıların axtarışı və müəyyənləşdirilməsi ilə məşğuldur".  Papikyan əlavə edib ki, Muşeq Şuşanyanın saxlanma şəraitindən şikayəti yoxdur, istintaq təcridxanasında vəkil kimi işlərlə bağlı fəaliyyətini davam etdirir: "Həbsdə o, dolayısı ilə mənim vasitəmlə də daxil olmaqla biznes fəaliyyətini davam etdirir. Məhkəmənin hökmü olmadan Şuşanyanın səlahiyyətləri dayandırıla bilməz". 

Ermənistanın Helsinki Assosiasiyasının rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyants Muşeq Şuşanyanın həbsinin uzadılmasını qəbuledilməz hesab edir:  "Həbs heç bir şəkildə əsaslandırılmır: Şuşanyan artıq "cinayət"ini törədib, nəşri dəyişmək mümkün deyil, işdə onun təsir edə biləcəyi şahidlər yoxdur. Onun işində həbs cəza üsulu deyil". Hüquq müdafiəçisi vurğulayıb ki, siyasətçilər sərt tənqidə öyrəşməlidirlər:  "Amma hakim qüvvənin nümayəndələri hər bir xırda məsələyə görə iddia ilə məhkəməyə müraciət edir və ya cinayət işinin başlanmasını tələb edirlər". Muşeq Şuşanyanın tərəfdarlarını narazı  salan məqamlardan biri isə Qərb ölkələrinin bu prosesə laqeyd münasibətidir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ