Cümə axşamı günü, 05 noyabr 2026
     

Faşistlərin yürüşü, ardınca "Leninqrad uşaqlarının" təhqiri - İrəvanda faşizm dirçəlir...

Image


Şakir Ağayev: "Bütün region dövlətləri, o cümlədən də dünya birliyi Ermənistanda çiçəklənən faşizm ideologiyasının qarşısının alınması üçün səsini qaldırmalıdır"

Son illər Ermənistanda çox qabarıq şəkildə faşizm meyllərinin dirçəlişini izləyirik. Erməni cəmiyyəti artıq faşzim, revanşizm təmayülündə özünü  göstərir. 

Məlum olduğu kimi, bir neçə gün əvvəl İrəvanda ermənilər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı dediyi sözlərə görə "intiqam almaq" yolunu Rusiya bayrağını tapdamaqda və Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir etməkdə görüblər. Bu barədə sosial şəbəkələrdə videolar yayıblar. Onlar İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib, abidənin önünə qoyulmuş gül çələnglərini yıxıb, Rusiya bayrağını tapdalayıblar. Bu da Ermənistandakı "Rus evi"nin qəzəbinə səbəb olub. "Rus evi"  Leninqradın İkinci Dünya müharibəsi zamanı blokadası dövründə yaşamış uşaqların xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Rusiya mediası xəbər verir ki, İrəvandakı "Rus evi"nin rəhbəri Vadim Fetilov abidənin təhqir olunması barədə Ermənistan Baş Prokurorluğuna məktub ünvanlayıb.

Xatırladaq ki, yanvarın 30-da "Tik-Tok" sosial şəbəkəsində video paylaşan Samvel Şirinyan adlı şəxs Rusiya bayrağının rəmzi olan lentləri nümayişkaranə şəkildə qıraraq, abidənin qarşısındakı əklilləri kənara atıb, təhqiredici sözlər səsləndirib.

Digər bir məlumata görə, Rusiya Federasiyasının İstintaq Komitəsi İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına görə cinayət işi açacaq.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin artıq olayla bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bu barədə erməni mediası TASS-a istinadən məlumat verib. Qeyd olunur ki, sosial şəbəkələrdə bir nəfərin abidəyə yaxınlaşaraq çələngləri yıxaraq Rusiya bayrağının rənglərində olan lenti tapdaladığını əks etdirən kadrlar yayılıb. Hücum edən şəxs bütün hərəkətlərini birinci şəxslə lentə alıb. "Rusiya İstintaq Komitəsinin sədri A.İ.Bastrıkin idarənin mərkəzi aparatına bu faktla bağlı cinayət işinin başlanmasını və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə birlikdə baş verənlərin bütün hallarının müəyyən edilməsini tapşırıb. ", - İstintaq Komitəsi vurğulayıb.

Departamentin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Ermənistan Baş Prokurorluğuna Ermənistandakı Rus Evinin (Rossotrudniçestvo) rəhbəri Vadim Fetilovdan İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni ləkələyən şəxsin cəzalandırılmasını tələb edən məktub daxil olub. "Baş Prokurorluğa Rusiya Evinin rəhbəri tərəfindən Ermənistanın Baş Prokurorluğuna ünvanlanmış məktub daxil olub", - mətbuat xidməti qeyd edib.

"Ermənistanın  faşist düşüncəli, faşist ideologiyalı bir dövlət olması çoxdan hamıya məlumdur" 

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə şərhində qeyd etdi ki, İrəvanda baş verənlər Ermənistanda faşizmin yüksək həddə çatdığını göstərir. "İravanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi, İstintaq Komitəsi məsələ qaldırıb, Ermənistanın baş prokurorluğuna rəsmi məktub göndərilib. Təbii ki, bu yolverilməz və qəbuledilməzdir. Amma rəsmi İravan və ermənilər üçün bu az əhəmiyyət kəsb edir. Ermənistanın  faşist düşüncəli, faşist ideologiyalı bir dövlət olması çoxdan hamıya məlumdur. Bu ilk növbədə özünü Ermənistanın faşist Njdeyə abidə qoymasında və nasist əlaltılarının xatirəsini əbədiləşdirməsində göstərdi. Faşist Njdenin abidəsi dövlət xadimləri səviyyəsində ziyarət edilirsə, bu, ölkə hakimiyyətinin faşist düşüncəsində olduğunu, hələ bu düşüncədən azad olmadığını bir daha sübut edir. Hesab edirəm ki, Njdenin heykəli qoyulanda Ermənistana bu ittihamlar irəli sürülməli idi. Yadınızdadırsa, bu məsələni haqlı olaraq  Azərbaycan Prezidenti İlham Əliyev  Orta Asiyada MDB ölkələrinin tədbirlərindən birində qaldırmışdı, Njdenin heykəlinin faşist ideologiyasına xidmət etdiyini deyib, onun yığışdırılmasını tələb etmişdi.  Vaxtında bu barədə tədbir görüləməməsi indi  mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə nəticələnib. Biz ermənilərin faşist ideologiyasına xidmət etdiyini, faşist düşüncəsi ilə yaşadığını 30 il torpaqlarımızın işğalda olduğu dövrdə də görmüşük. Torpaqlarımızı işğaldan azad edəndən sonra onların orada faşistlərdən də daha betər əməllər törətdiyinin şahidi olmuşuq"-deyə Ş.Ağayev bildirdi. 

Ş.Ağayev hesab edir ki, ermənilərin faşist ruhunun bu gün özünü İrəvanda büruzə verməsi bizim üçün yenilik deyil, biz bunu yaxşı bilirik. "Bu gün Ermənistanda faşist ideologiyası yaşayır və o çox təhlükəli bir ideologiyadır. Ilk növbədə region, qonşular üçün, ikinci növbədə isə dünya üçün təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, Ermənistanda mövcud olan faşist ideologiyasının qarşısı alınmalıdır. Bu təkcə Rusiyanın Xarici İşlər Nazirliyi və İstintaq Komitəsinin işi olmalı deyil. Bütün region dövlətləri, o cümlədən də dünya birliyi Ermənistanda çiçəklənən faşizm ideologiyasının qarşısının alınması üçün səsini qaldırmalıdır. Buna qarşı tədbir görülməsə, gələcəkdə çox acı nəticələrə səbəb olacaq"-deyə Ş.Ağayev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ