Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıda saxlanan Fransa casusu ilə bağlı qalmaqalı böyüyür - YENİ FAKTLAR...

Image


Bakıda həbs olunan casus Martin Ryan ətrafında qalmaqal yeni detalları ilə Fransa gündəmindən düşmək bilmir. Fransa mətbuatının nüfuzlu səhifələri Martin Ryanın casusluq məqsədləri üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları davamlı tənqid edir.

Trend xəbər verir ki, "Kernews.com" mətbuat-radio şəbəkəsi Martin Ryanın valideynlərindən geniş məlumat almış erməni əsilli aktivist-jurnalist Leo Nikolianın müsahibəsini təqdim edib.

Fransa xarici kəşfiyyat qurumunun rəhbərinin qeyd olunan hadisələrlə əlaqədar işindən məlum kənarlaşdırılması faktı ilə yanaşı, müsahibədə Fransa xarici işlər nazirinin də istefası və istefadan əvvəl Martin Ryanla bağlı atdığı addım, diplomatik örtüklü kəşfiyyatçılar tərəfindən Martin Ryanın biznes şəbəkə fəaliyyətindən İran, Amerika və digər ölkələrə qarşı aktiv casusluq məqsədləri üçün istifadə olunduğuna ilkin ehyamlar vurulması və bir çox daha əvvəl məlum olmayan detallara toxunulub.

Qeyd edək ki, son illər Martin Ryan qədər ikinci bir casus dünya mətbuatında bu qədər müzakirə predmeti olmamışdı. Hesab olunur ki, işin tədricən açılan məqamları yeni sürprizlər vəd edir.

İki nazirin vəzifədən uzaqlaşması ilə birbaşa bağlı olan "Martin işi" barədə ilk mənbə qismində Kernews.com-dan yayılmış məqalənin tərcüməsini tam mətndə olduğu kimi təqdim edirik:

https://www.kernews.com/leo-nicolian-martin-ryan-simple-homme-daffaires-na-aucune-immunite-diplomatique-cest-le-fusible-qui-a-saute/42776/

Leo Nikolian: "Sadə bir iş adamı olan Martin Ryanın diplomatik toxunulmazlığı yoxdur. O, yandırılmış qoruyucuya bənzəyir"

Azərbaycanda casusluğa görə saxlanılan bir fransızın inanılmaz məhkəmə işi.

Bu hekayə casusluqdan bəhs edən bir film ssenarisi olmağa layiqdir: söhbət Martin Ryan məsələsi haqqındadır. Bu fransız biznesmen yerli hakimiyyət tərəfindən casusluqda ittiham olunduğu üçün dekabrın 4-də Azərbaycanda həbs edilmişdir. Həftəlik Paris Match qəzeti bu məsələnin Fransa və Azərbaycan arasındakı diplomatik gərginliklə əlaqəsi olduğunu bildirən Martin Ryanın atasından sitat gətirir. "Onunla danışarkən o, mənə dedi ki, ondan "peşka" kimi istifadə ediblər" deyə Riçard Ryan qeyd edib və oğlunun "qovulan iki diplomata eyham vurduğunu və onların bu işdən qurtulacaqlarına inandığını" bildirib. Həqiqətən də, Azərbaycan dekabrın 26-da Parisin Ermənistana dəstəyi ilə bağlı iki ölkə arasında yaranan gərginlik fonunda iki fransız diplomatının "statuslarına uyğun gəlməyən" fəaliyyətlərinə görə ölkədən çıxarıldığını elan edib.

Erməni əsilli jurnalist, döyüş bölgələri üzrə mütəxəssis Leo Nikolyan bu işi, xüsusən də Martin Rayanın vəkili və ailəsi ilə əlaqə yaradaraq araşdırıb. O, bizə aşağıdakı həqiqəti danışdı:

Kernews: Azərbaycanda casusluğa görə saxlanılan bu Fransa vətəndaşı Martin Ryan haqqında son günlər çox danışılır. Siz onun ailəsi ilə əlaqə saxlayırsınız və bir çox elementləri toplaya bilmisiniz. Əvvəlcə bu otuz yaşlı gəncin karyera yolu haqqında məlumat verə bilərsinizmi?

Leo Nicolian: Martin həyatda uğur qazanmaq istəyən bir fransızdır. Fransada vergilər və müxtəlif standartlar ətrafında problemləri görüb başqa yerə getmək istəyib. Bəzən ot başqa yerdə daha yaşıl ola bilər... O, iqtisadi cəhətdən hər şeyin yaxşı getdiyi bir neçə ölkəni seçməkdə, xüsusən də Kanada, ABŞ, hətta Rusiya ilə yanaşı Ermənistan, Dubay və ya Qətər arasında da tərəddüd edir. O, inkişaf etməkdə olan Azərbaycan ilə də maraqlanır. Bakı Qafqazın mirvarisi, türkdilli xalqı olan Azərbaycanın paytaxtıdır. Bu, çox inkişaf etmiş və zənginləşmiş dünyəvi bir ölkədir. Beləliklə, Martin beş il əvvəl ora köçür. O, düşünür ki, burada görüləsi iş tapmaq mümkündür, çünki bu, son dərəcə müasir və zəngin bir ölkədir. Bundan əlavə, Bakı həm də tam təhlükəsizliyi təmin edən bir şəhərdir. Təcavüz, narkotik və oğurluq yoxdur... Beləliklə, bazar araşdırmasından sonra o, Azərbaycanda varlı təbəqənin olması ilə yanaşı, həm də əhəmiyyətli sayda orta təbəqənin formalaşmasını nəzərə alaraq bu ölkədə məskunlaşmaq qərarına gəlib. Bu şəhərdə restoran və kafelər Parisdəkindən daha çox göbələk kimi artır. Yemək baxımından hər şeyə sahibdirlər, lakin o, onlara Fransa istehsalı olan yüksək səviyyəli məhsulları, xüsusən də sous hazırlamaq üçün məhsullar gətirmək qərarına gəlir. O, "Merkorama" adlı biznesinə başlayır. Həyat gözəldir. O, çörəkpulu qazanır və gözəl bir qadınla nişanlanır. Lakin Fransada xeyli erməni icması olduğundan bu, Fransanın xarici siyasətinə təsir edir. Respublika prezidenti Emmanuel Makronun Ermənistan barədə öz mövqeyi var və Azərbaycan bu vəziyyətə görə sinəsini qabağa verir. Martin biznes rəhbəridir, bununla maraqlanmır, restoran biznesində işləyir.

Bəs keçən il nə baş verdi?

Fransız xüsusi xidmət orqanları Martin Ryanı ziyarətə gəliblər. Onlar Fransa səfirliyinin iki diplomatı idi. Onların diplomatik pasportu var, bilməlisiniz ki, bütün səfirliklərin bir neçə əməkdaşı olur, onların bəziləri isə diplomatik pərdə altında casuslardır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin Mossad-ı, Rusiyanın FSB-si, Fransanın DGSE-si var... DGSE-dən olan bu iki nəfər onu görməyə gedir, özlərini təqdim edir və ondan onlara işləyərək, məlumat verməsini tələb edirlər. Martin imtina edir: "Mənə maraqlı deyil, mənim artıq işim var. " Belə olan halda bu adamlar ona cavab verirlər: "Sənin seçimin yoxdur. Tez bir zamanda bir bədbəxt hadisə baş verə bilər, atanızı və ya ananızı düşünün. İntihar edənlər də olur..." Sonra onlar əlavə edirlər: "Biz sizin biznesinizi məhv edə bilərik, çünki Fransadan gələn mallarınızı gömrükdə bloklaya bilərik və sizi Bakıda didərginə çevirə bilərik". Martin ilk dəfə imtina edir. Amma təzyiq canavarın ovunun boynunu dişləməsi kimi daimi olur. Və sonda Martin könülsüz olaraq təslim olur.

Niyə bu restoran biznes rəhbəri Fransız məxfi orqanlarına faydalı ola bilərdi?

Martin Ryan Bakıda bütün restoranlar üçün qida məhsulları, souslar hazırlamaq üçün əsaslar paylayır. Bütün səfirliklər paytaxtdadır. İran restoranına diplomatlar və İran ictimaiyyəti gəlir. Amerika restoranına Amerika səfirliyinin əməkdaşları gəlir. Martinin müştəriləri olan restoran sahibləri onun xəbərçisi olurlar. Məsələn, filankəs gəldi, ofisiantın dediyinə görə stolda belə deyilirdi, ola bilər ki, stolun altında mikrofonlar gizlədilib...
Bu, hüquqi sənəddədir, Müdafiə sirridir. Bir neçə ay ərzində, yəqin ki, kimsə ağzından sirr də qaçırır. Martin Ryan Azərbaycanın xüsusi xidmət orqanlarının nəzarəti altına düşür, o, həbs edilir, mobil telefonu müsadirə edilir, axtarış aparılır və agentlər gözə çarpan şəkildə şübhəsiz dəlillərə rast gəlirlər. O, dekabrın 4-dən İstintaq təcridxanasındadır. O, passiv casusluqda ittiham olunur. Bunlar hərbi sirr deyil, diplomatik və iş dünyasıdır. Məlumat həmişə həlledici olur. Bu məsələ indiyədək gizli qalıb. Heç kimə məlumat verilməyib və mən öz mənbələrimi açıqlamayacağam. Mən əvvəlcə Martinin anası Rose ilə əlaqə saxladım, o, davam edən gizli danışıqlara görə işi açıqlamamağımı xahiş etdi. Bu gizli danışıqlar iki fransız məxfi agentinin həbsi ilə deyil, - çünki onlar toxunulmazlığı olan diplomatlardır və həbs edilə bilməzlər, - Azərbaycandan qovulması ilə başa çatır. Fransa Azərbaycanın iki diplomatının çıxarılması ilə cavab verdi. Bu tutarlı cavab oldu. Bütün bunların içində sadə bir iş adamı olan Martin Ryanın heç bir diplomatik toxunulmazlığı yoxdur. Məhz qoruyucu partladı, Fransa xarici siyasətinin qurbanı oldu.

Buna görə də, bu işlə məşğul olduğu üçün təhdid edilən və indi bunun əvəzini ödəyən bir iş adamıdır...

O, qoruyucudur. O, həbsdədir. O, casusluq ittihamı ilə saxlanılır və o, 10 ildən 20 ilədək həbs cəzası ala bilər. Sadəcə ümid edirəm ki, o, qoruyucu tədbirlə azadlığa buraxılacaq və onun pasportunu müsadirə edib, elektron qolbaq taxa bilərlər. Amma bu, Azərbaycanın məhkəmə sisteminin işidir və suveren ölkə olduğu üçün bunun bizə aidiyyatı yoxdur. Bu hekayədə məni şoka salan bu barədə danışmamaq istəyidir. Bu gün Azərbaycan mediası bu işi üzə çıxarıb, Agence France-Presse araşdırmadan sonra bu işi təsdiqləyir, mən onlara Martinin valideynlərinin əlaqə məlumatlarını verirəm, bu, dövlət işi olur. Məni qəzəbləndirən odur ki, bizim hökumət heç nə etmir. Ümid edirəm ki, yeni baş nazirimiz Qabriel Attal bu istiqamətdə hərəkət edəcək. Xarici işlər naziri Ketrin Kolonna getməzdən əvvəl sadəcə olaraq Azərbaycandan bu Fransa vətəndaşının azad edilməsini xahiş etdi, baxmayaraq ki, bu adamı öz nazirliyi və səfirliyi vasitəsilə tələyə salan da o idi! Bu vəziyyətə görə məsuliyyəti Fransa dövləti daşıyır. Fransa vətəndaşını qorxutduq, ailəsinə təzyiq etdik. Evlənmək üzrə idi və özünü burada tapmışdı. Mən onun dostları və vəkili ilə əlaqə saxlayıram. Bu, çox aktuallaşan bir məsələdir. Bütün KİV-lər bu haqda danışmağa başlayır və ümid edirəm ki, biz bununla daha çox maraqlanacağıq. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlama verərək reaksiyasını bildirib. Bu, həqiqətən də incə məsələdir. O, nəyisə etməyə məcbur edilib, başına faktiki silah dayamışlar. O, bunu öz əqidəsi ilə etməyib.

Bu şokedici hadisədir. Əgər siz xarici ölkədə fransız biznes rəhbərisinizsə və heç kəsi narahat etmədən işinizi aparırsınızsa, Fransa xüsusi xidmət orqanları sizi təhdid etməyə gəlsə, nə edərsiniz?

Şəxsən mən Azərbaycanın xüsusi xidmət orqanlarına gedib deyərdim: "Məni narahat edənlər, bunu soruşanlar var..." Məni artıq hədələyirlər. Davam edən məhkəmə proseslərim var, xüsusən də Anne Hidalqo ilə. İndi, 52 polis nəzarəti altına götürülmədən, bir neçə qətlə cəhddən və ən az bir qoldan sonra, məni öldürməyən hər şey məni daha da gücləndirir. İnsanın da öz həssaslığı var. İtirəcək heç nəyim yoxdur, ömrümün sonundayam, ona görə də itirəcək heç nəyim yoxdur. Heç kim əbədi deyil. Ryan gəncdir, qarşıda bütün həyatı, başlayacağı bir ailə var və ona bütün mallarının Fransada bloklanacağını və onun dilənçiyə çevriləcəyini deyəndə, dünya onun ayağının altından qaçır. Təslim olmaqda haqlı idi? Artıq düşdüyü vəziyyətlə bağlı sual belə yaranmır. İnanın ki, Azərbaycan məxfi xidmət həbsxanası VİP Sağlamlıq mərkəzi deyil. Bu məsələnin nəticəsini görəcəyik. Bizə xalq səfərbərliyi lazımdır. Yeganə ümid o olardı ki, Azərbaycan Prezidentinin onu əfv etmək qərarına gəlməsinə nail olunsun.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ