Cümə axşamı günü, 05 noyabr 2026
     

“Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar”

Image


Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanın uğurlarından sonsuz fəxarət hiss ilə bəhs edirik. Son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı potensiala malik olduğunu, torpaq, Vətən sevgisini nümayiş etdirdi.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin suverenliyimizin tam təmin olunmasının dünyaya təqdimatlarından olan Xankəndi şəhərində ötən ilin 8 noyabr tarixində, Zəfərimizin üçünçü ildönümü münasibətilə  keçirilən hərbi paradda söylədiyi "Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir" fikirləri özündə bütün məqamları ehtiva edir. 

Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi bu çağırışın təsdiqidir: "Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır". Bu kimi çağırışlar sırasında belə bir mühüm məqam da qeyd edilirdi ki, gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi yaxşı bilməli, inkişaf etdirməli, onların əsl təbliğatçısına çevrilməlidirlər. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilməsi bütün dövrlərin əsas hədəfləri sırasında olub. Gənclərə diqqət və qayğı Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin əsasını təşkil edib. Hələ hakimiyyətinin birinci mərhələsində ölkəmizin müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərini keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Bu, gənclərin yüksək təhsil əldə etmələri ilə yanaşı, Azərbaycanın varlığının, onun tarixinin, milli-mənəvi dəyərlərinin, elminin təbliğində öz sözünü dedi.  Hərbi kadrların yetişdirilməsi məqsədilə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan respublikasında hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Gənclər dövlətimizin onlara   göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sahələrində fəallıqlarını daha da artırdılar. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". 

Ümummilli Liderin Fərmanı əsasında 2 fevral Gənclər Gününün təsis edilməsi, ölkə Prezidenti İlham Əliyevin sərəncamları əsasında 2007-ci ilin "Gənclər İli", 2020-ci ilin "Könüllülər İli" elan edilməsi gənclərə böyük etimadın göstəricsidir. Gənclərimizin potensialından səmərəli istifadə, həmçinin onların inkişafını təmin etmək, ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırmaq məqsədilə mühüm Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, gənclərimiz ölkəmizdə keçirilən bütün seçki proseslərində xüsusi fəallıqları ilə diqqətdə olurlar. Hazırda bu fəallıq, ab-hava özünü daha aydın şəkildə büruzə verir. Azərbaycana zəfərlər qazandıran, gənclərin öz potensial imkanlarını səfərbər etmələri üçün geniş meydan açan, onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas hədəf kimi qarşıya qoyan siyasətin uğurlu nəticələri göz önündədir. Cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu çağırışı etmişdir: "Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq". Bu gün gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması  əsas çağırış kimi qarşıya qoyulub. Yeni Azərbaycan Partiyasının tərkibində Veteranlar Şurasının yaradılmasını önəmli addım kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışı etdi ki, gənc nəslin nümayəndələri ilə görüşlər keçirilməli, onlara Azərbaycan həqiqətləri barədə məlumatlar verilməlidir. Gənc nəsil bilməlidir ki, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. 

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ölkə gənclərinin böyük əksəriyyəti gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a bağlayaraq bu siyasi təşkilatda potensiallarını nümayiş etdirmək üçün böyük meydan görürlər. Bugünkü gənclər bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər. Dövlət quruculuğu işlərində gənclərə daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq bu gün Azərbaycan gənclərinin yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə göstərdiyi maraq diqqətdən kənarda qalmır. Heç də təsadüfi deyil ki, Azərbaycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınır. Azərbaycan brendi kimi dünyaya səs salan, yeniliyin təqdimatı olan "ASAN xidmət", DOST mərkəzlərindən çalışanların böyük əksəriyyəti gənclərdir. Gənclərimizin könüllülər hərəkatı "ASAN xidmət"dən başlanıldı. Onlar burada əldə etdikləri təcrübədən bəhrələnərək digər sahələrdəki fəaliyyətlərində bu yenilikləri geniş tətbiq edirlər. Müasir dünyagörüşünə, biliyə malik olan gənclik öz ideyaları ilə gələcək inkişafa böyük töhfə verməyə səy göstərir. Bu, Azərbaycan gənclərinin dövlət başçısı İlham Əliyevin "Biz daim irəli baxmalıyıq" çağırışını əməli fəaliyyətləri ilə təsdiqləmələrinin göstəricisidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondu misilsiz töhfələr verir. Belə ki, Fond Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir. Məqsəd gənclərin hərtərəfli yetişdirilməsi, onların Azərbaycanın gələcək inkişafına öz potensial imkanlarından istifadə etməklə töhfələr vermələridir. Prezident İlham Əliyevin "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" fikirləri gənclərimizdə özünəgüvən hissini daha da artırır, onlar dövlətimizin başçısının ətrafında daha sıx birləşərək gələcəyə böyük inamla, yeni-yeni hədəflərlə irəliləyirlər. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Biz haqlı olaraq gənclərimizlə fəxr edirik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ