Cümə axşamı günü, 05 noyabr 2026
     

ATƏT AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyini alt-üst etdi

Image


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli mövqeyi beynəlxalq qurumlarda, o cümlədən ATƏT-də də rədd edilir. Belə ki, ATƏT Azərbaycandakı seçki müşahidəçi missiyası üzvlərinin və seçki müşahidəçilərinin təsir, manipulyasiya və ya qərəzdən uzaq olduğunu bəyan edib.

Xatırladaq ki, ötən həftə Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe iddia edib ki, ATƏT-in Azərbaycanda prezident seçkilərilə bağlı hesabatı tənqidi olmayacaq. Şvabe onu da iddia edib ki, hazırda ATƏT Azərbaycan tərəfindən güclü təzyiq altındadır: "İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq. Azərbaycanda hesab edirlər ki, ATƏT-i dəvət etmək, Avropa Şurasını isə kənarda saxlamaq daha yaxşıdır". Şvabe fikrini onunla əsaslandırıb ki, bu ilin oktyabrında ATƏT-in gələcəyi ilə bağlı müzakirələr zamanı bütün ölkələrin, o cümlədən Azərbaycanın dəstəyinə ehtiyacları olacaq, ona görə də bəzi ölkələr tərəfindən, xüsusilə də Azərbaycan tərəfindən ciddi təzyiqə məruz qalırlar: "ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Ya biz birlikdə çağırılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm". Ancaq ATƏT bu ittihamları qəbul etməyib. Təşkilatın sözçüsü Katya Andrusz bununla bağlı bildirib: "Seçkidən bir gün sonra təqdim etdiyimiz nəticələr dərc olunmazdan əvvəl seçkini keçirən dövlətlərlə müzakirə edilmir və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin işi Müşahidəçinin Davranış Kodeksinin tələb etdiyi kimi hər hansı təsir, manipulyasiya və ya qərəzdən uzaqdır". Qurum onu da bildirib ki, uzun illər ərzində 400-dən çox seçkini müşahidə edib və seçki metodologiyası hərtərəfli, sistemli və müstəqildir. ATƏT-in sözçüsü Katya Andrusz onu da açıqlayıb ki, ATƏT və Avropa Şurası yaxından əməkdaşlıq etsə də, o cümlədən seçkiləri müşahidə etməkdə, ATƏT və Avropa Şurası iki tamamən fərqli təşkilatdır, onların strukturları və mandatları da fərqlidir: "Öz mandatına əsasən, Demokratik Təsisatlar və İnsan Haqları Ofisi ATƏT üzvü olan 57 ölkəyə digər dövlətlərdən seçki müşahidəçilərini bir araya gətirməkdə kömək edir. ATƏT Azərbaycan hakimiyyətindən dəvət alıb və 2023-cü ilin dekabrında həyata keçirilmiş qiymətləndirmədən sonra biz Bakıya qarşıdan gələn prezident seçkiləri üçün müşahidə missiyası göndərmişik. Müşahidə komandası işinə sentyabrın 27-də başlayıb və Bakıda fevralın 17-nə kimi qalacaq".

Bütün bunlar AŞPA-da Azərbaycana qarşı iddiaları alt-üst edir. Xatırladaq ki, yanvarın 17-də Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyəti bir il müddətinə dondurulub. AŞPA etimadnamələri təsdiq etməyib, bu barədə səsə qoyulmuş qətnamə qəbul edilib. Bu barədə təklifi irəli sürən Frank Şvabe Azərbaycanda insan haqları vəziyyətilə yanaşı, həmçinin Azərbaycanın seçkiləri müşahidə etməyə yalnız ATƏT-i dəvət etməsindən və üzvü olduğu Avropa Şurasına dəvət göndərməməsindən narazılıq ifadə edib. ATƏT isə bildirib ki, uzun illər ərzində qazandığı seçki təcrübəsi ona öz yanaşmasını təkmilləşdirməyə imkan verib və seçki proseslərinin qiymətləndirilməsində misilsiz təcrübə qazandırıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası hazırda Bakıda olan 11 beynəlxalq ekspert komandasından ibarətdir, onları qurumun oz təcrübələri və beynəlxalq təcrübələrinə əsaslanaraq işə cəlb edilib. Bu fonda ATƏT-dən aşağıdakıları da bildiriblər: "Bizim, həmçinin, 26 uzunmüddətli müşahidəçimiz ölkənin müxtəlif yerlərində işləyir, 220-yə yaxın qısamüddətli müşahidəçi isə seçki gününə bir neçə gün qalmış gəlməlidir. Onlar ATƏT regionu boyunca 29 ölkədən gəlirlər". Bunlar fonunda görünən odur ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməklə özü üçün biabırçı bir səhifə açdı. Bu təşkilat fəaliyyətini demokratiya, insan haqları və qanunun aliliyi prinsipləri üzərində qurmalı olduğu halda, özünün təməl prinsiplərinin icrasında acizliyini nümayiş etdirdi. Belə ki, verdiyi qərarlarla AŞPA özünün təməl prinsiplərini müdafiə edən təşkilat yox, bəzi dövlətlərin sifarişlərinin icraçısı olduğunu sübuta yetirdi. Bu baxımdan Fransanın sifarişi ilə hazırlanan və qəbul olunan Azərbaycanla bağlı qərara səs verən avropalı parlamentarilər reallıqdan uzaq, ədalətsiz və riyakar olduqlarını göstərdilər. Məsələnin bu tərəfinə toxunan Milli Məclisin deputatı Azər Badamov bildirir: "Avropa Şurasına üzv dövlətlərin dini mənsubiyyətlərinə baxsaq görərik ki, təşkilatda Türkiyə və Azərbaycandan başqa İslam dininin daşıyıcıları yoxdur. Amma son vaxtlar Türkiyənin və Azərbaycanın yürütdükləri müstəqil siyasətlə dünyada nümayiş etdirdikləri cəsarətli mövqe digər dövlətlərin maraqlarına cavab vermir. Ona görə də AŞPA-da təmsil olunan xristian birliyi ədaləti və beynəlxalq hüququ yaddan çıxardaraq islamofob, türkofob, azərbaycanofob məqsədlərini reallaşdırmağa çalışır. Avropalı parlamentarilər utanmadan yalan, böhtan və iftira dolu çıxışları ilə Azərbaycanın etimadnaməsini təsdiq etməyəcəklərini bildirdilər. Əslində, AŞPA bu rəzil addımı atmaqla Azərbaycan kimi tərəfdaşını özündən uzaqlaşdırdı… Sual oluna bilər ki, Azərbaycanın AŞPA-da iştirak etməməsindən kim nə qazanır və kim nə itirir? Birincisi, qeyd etmək istəyirəm ki, AŞPA Azərbaycanın ümidlərini doğrultmadı və bu illərdə ancaq insan haqları adı altında ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhdlərlə yadda qaldı. Bütün bu ikiüzlülüklərinə baxmayaraq, Azərbaycan AŞPA-nı, sadəcə, dialoq üçün bir platforma kimi qəbul edərək orada təmsil olunurdu".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ