Cümə axşamı günü, 05 noyabr 2026
     

Senat Ağ Evə təzyiqlərə başladı - İranla müharibəni başlayın

Image


Ən azı üç ABŞ hərbçisinin ölümü və bir çoxunun yaralanması ilə nəticələnən İrana bağlı qrupun pilotsuz təyyarəsinin hücumuna cavab olaraq, ABŞ-da İrana qarşı hərbi əməliyyatların aparılmasına dair çağırışlar artır. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında İsrail-Qəzza müharibəsi başlayandan bəri Yaxın Şərqdəki bazalara edilən hücumlarda onlarla ABŞ əsgəri yaralansa da, amerikalıların ilk dəfə öldürülməsi qeydə alınıb.

Beləliklə, İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən ABŞ qoşunlarının mövqelərinə dron hücumu zamanı üç amerikalı hərbçinin həlak olmasının ardınca Respublikaçılar prezident Co Baydeni Amerika əsgərlərini Yaxın Şərqdə asan hədəfə çevirməkdə ittiham edirlər. Onların fikrincə, ABŞ bazalarına belə hücum gözlənilirdi və zərbə yanvarın 29-da sübh çağı endirilib. Respublikaçılar israr edirlər ki, indi Bayden bu hücuma mütləq cavab verməlidir. Respublikaçı senator Tom Koton bu barədə deyib: "O bizim qoşunlarımızı asan yemə çevirib. Bu hücumların yeganə cavabı İranın həm öz ərazisindəki, həm də Yaxın Şərq boyunca qüvvələrinə dağıdıcı hərbi zərbə endirilməsidir". ABŞ Konqresində silahlı qüvvələrə nəzarət komitəsinin Respublikaçı rəhbəri Mayk Rocers də İrana qarşı hərəkətə çağırıb: "Baydenin nəhayət, İranın terrorçu rejimindən və onun əlaltılarından onların bu hücumları üçün haqq-hesab tələb etməsinin vaxtı çoxdan çatıb". Qarşıdan gələn seçkidə Baydenə rəqib olmağa ümid bəsləyən keçmiş prezident Donald Tramp deyib ki, bu hücum Baydenin zəifliyinin və təslimçiliyinin nəticəsidir. Bayden administrasiyası isə israr edir ki, dünya boyunca ABŞ hərbçilərinin müdafiəsi üçün bütün lazımi tədbirləri görür. Amma Demokratları təmsil edən konqresmenlərdən biri açıq şəkildə bəyanan edib ki, Baydenin İsrail-HƏMAS münaqişəsini Qəzzada cilovlamaq strategiyası uğursuzluğa düçar olub. Demokrat Barbara Li bu fonda qeyd edir: "Biz indi görürük ki, vəziyyət nəzarətdən çıxır. Bu, regional müharibənin başlanğıcıdır və təəssüf ki, bunun ziyanını Birləşmiş Ştatlar və qoşunlarımız çəkir". İraq müharibəsində dörd müddət dəniz piyadası kimi xidmət etmiş demokrat konqresmen Set Multon isə Respublikaçıların müharibə çağırışlarına qarşı çıxıb. Multon deyib ki, çəkindirmə çətindir, amma müharibə bundan da pisdir: "Qırğı cücələri İranla müharibəyə çağırırlar. Siz düşmənin əlinə oynayırsınız. Görək, sizlər oğul və qızlarınızı döyüşə göndərməyə hazırsınızmı? Biz öz şərtlərimizlə və öz zamanında effektli, strateji cavab verməliyik". Cənubi Karolinadan olan senator Lindsey Qraham da daxil olmaqla bir sıra tanınmış ABŞ siyasətçisi də İranı vurmağa çağırıb. Qraham özü bu xüsusda qeyd edib: "İranı indi vurun. Onları sərt şəkildə vurun". O əlavə edib ki, Ağ Evin ABŞ qüvvələrinə qarşı təcavüzün qarşısını almaq səyləri uğursuzluqla nəticələnib: "Mən Baydenin milli təhlükəsizlik komandasına İranı çəkindirmək üçün inamımı çoxdan itirmişəm. Əgər onlar indi siyasətlərini dəyişməsələr, bunun əvəzini bölgədəki daha çox Amerika hərbçisi ödəyəcək. İran rejiminin anladığı yeganə şey gücdür. Onlar öz infrastrukturu və şəxsi heyəti ilə əvəzini ödəməyənə qədər ABŞ əsgərlərinə hücumlar davam edəcək". Senator Tim Skott isə qeyd edib:  "İranın sakitləşməsinə son qoyulmalıdır. Aydın və qətiyyətli addım atmağın vaxtıdır və İran öz etibarlı şəxslərinin bədxah fəaliyyətlərinə görə cavabdeh olmalıdır". Senator Con Korni də məsələyə lakonik münasibət sərgiləyib: "Tehranı hədəfə alın".

"Reuters" yazır ki, bəzi ekspertlərin fikrincə, İran qüvvələrinə İranın öz ərazisində zərbələr endirilməsi Tehranı sərt cavaba sövq edə, vəziyyəti gərginləşdirə, Birləşmiş Ştatları Yaxın Şərqdə birbaşa müharibəyə çəkə bilər. "New American Security" mərkəzinin direktoru Conatan Lord deyib ki, İran ərazisinin vurulması dərhal Tehran rejimi üçün ölüm-qalım məsələsini ortaya çıxaracaq. Vaşinqtonda mənzillənmiş Yaxın Şərq İnstitutundan Çarlz Lister  isə bildirib ki, ABŞ böyük bir ehtimalla İranın Suriya və İraqda dəstəklədiyi yüksək əhəmiyyətli qruplaşmaları hədəfləyəcək: "Baş verənlər son iki-üç ayda proksilərin etdiklərindən tamamilə fərqlənir, amma İranla nə isə etmək çağırışlarına baxmayaraq, administrasiya buna getməyəcək". "Reuters" agentliyinə adının çəkilməməsi şərtilə danışan ABŞ müdafiə rəsmisi deyib: "ABŞ-ın tammiqyaslı müharibəyə hazır olmadan İrana hücum etməsi bizim üçün hansı nəticələrə gətirib çıxara bilər?". Bundan əvvəl İranın xaricindəki İran hədəflərinə ABŞ zərbələr endirib.  Listerin fikrincə, təcrübə göstərir ki, hədəfin çox yüksək və qiymətli olduğu vaxtlarda İran həmişə birinci olaraq gözünü qırpıb. Bəzi müşahidəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsindən narahatlıq bildiriblər. NATO baş katibi Yens Stoltenberq İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İranın məsuliyyət daşıdığını bildirib: "İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir". Rus ekspert Andrey Çupriqin məsələ ilə bağlı bildirib: "Düşünürəm ki, amerikalılar bu hücumu həyata keçirən qrupa qarşı xüsusi əməliyyat növlərindən birini keçirəcəklər. Məhv etməyə yönəlmiş xüsusi əməliyyatdan söhbət gedir. Yaxın Şərqdə hazırkı vəziyyət elədir ki, amerikalılar bu hadisəyə qətiyyətlə reaksiya verməməyi özünə rəva bilmir. Böyük müharibə heç kimə lazım deyil, bunun heç bir faydası yoxdur. Defolt olaraq hamı barmağını İrana yönəldir, lakin bunun belə olması fakt deyil. İndi amerikalılar qərar qəbul etmək üçün kəşfiyyatı təhlil edirlər".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ