Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycana qərəzli AŞPA Ermənistanda baş verənləri “görmür”...

Image


Bu günlərdə İrəvan Ağsaqqallar Şurasının üzvü, "Ana Ermənistan" müxalifət fraksiyasının üzvü Narine Ayrapetyan Rusiyadan siyasi sığınacaq istəyib. Qeyd edək ki, Ağsaqqallar Şurası Ermənistanda Bələdiyyə Şurasının funksiyalarını həyata keçirir. Amma sadəcə, adı fərqlidir.

Narine Ayrapetyan iddia edir ki, Ermənistanda siyasi rəqiblərə və hakim partiyanın nümayəndələrinə qarşı siyasi təqiblər davam edir. Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana və "Hayastan" blokunun üzvü Andranik Tevanyana qarşı yalan ifadə verməyə məcbur edilir. Hakimiyyət bunu təkzib edir. Lakin Paşinyana müxalif olanlar indi diqqəti olna yönəldir ki, baş verənlərə beynəlxalq reaksiya lazımdır. Amma belə reaksiya yoxdur. Azərbaycanı demokratiya məsələlərində ittiham etməyə çalışan Avropa Şurası, onun Parlament Assambleyası bu məsələdə susur. Elə bu da ikili standartların daha bir təzahürüdür. Özü də Ermənistanda siyasi təqiblər son vaxtlarda daha geniş miqyas alıb. Qeyd edilən xüsusda "armenianreport" portalı yazır: "İstənilən Avropa ölkəsində bu cür xəbərlər, hətta söhbət Şərqi Avropa dövlətlərindən getsə belə, hökumətin mümkün istefası ilə çox ciddi daxili siyasi böhrana səbəb olardı. Ermənistanda biz belə bir şey görmürük. Baxmayaraq ki, İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasının üzvü Narine Ayrapetyan Rusiyadan siyasi sığınacaq istədiyini bildirib. O əlavə edib ki, Ermənistanda ona və hakim partiyanın nümayəndələrinə qarşı siyasi təqiblər davam edir. Bu sadəcə səs-küylü ittiham deyil. Bu qalmaqaldır! Bu, daha geniş əhatə dairəsinə toxunur, çünki deyilənlərin hamısı doğrudur. İndiki hakimiyyət faktiki olaraq opponentlərə qarşı ən sərt repressiyalara keçib. Əgər əvvəllər yalnız Ermənistanın ikinci və üçüncü prezidentlərinin yaxın ətrafı təqib olunurdusa, indi onlara qarşı yalan ifadə verməyə məcbur edilənlərə keçiblər. Belə ki, Narine Ayrapetyanın sözlərinə görə, o, Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana və "Ermənistan" blokunun rəhbəri Andranik Tevanyana qarşı yalan ifadə verməyə məcbur olub. Təbii ki, mövcud hakimiyyət bütün bunları təkzib edir. Onun hansı arqumentlər gətirəcəyini indidən təsəvvür etmək olar. Deyirlər ki, bütün bunlar əvvəlcədən hazırlanmış şoudur, respublikanın keçmiş rəhbərləri köhnə günlərə qayıtmaq arzusundadır, bu səbəbdən də şou yaradırlar. Üstəlik, Ermənistanda hakimiyyət dəyişikliyi arzusunda olan Rusiyanın bütün bunlarda əli olması ilə bağlı iddialardan da istifadə olunacağı istisna edilmir. Və burada etiraf etməliyik ki, Rusiya Federasiyasının imici indi elədir ki, oradan siyasi sığınacaq istəyən hər kəs komik görünür. Axı Rusiyada bütün müxalifət çoxdan "tualetdə isladılıb", seçkilər yoxdur, lakin prezident Vladimir Putinin yeni müddətə yenidən seçilməsi prosesi gedir.

Bundan əlavə, Narine Ayrapetyan bəyan edib ki, "Nikol Paşinyan ölkəni qoruyub saxlamaq istəyən, Rusiyaya düşmən münasibət bəsləmək, Sorosun və Qərbin Ermənistanı idarə etməsini istəməyən bütün şəxs və qüvvələrin təqibinə başlayıb". Bunlar Rusiyanın federal kanallarında tez-tez səslənən "arqumentlər"dir. Bu barədə Marqarita Simonyan və əri Tiqran Keosayan bir neçə dəfə danışıblar. Ümumiyyətlə, başqa şəraitdə bütün bu əməliyyatın Rusiya və onun ölkəmizdəki "beşinci kolon"u tərəfindən işlənib hazırlanması versiyasını qəbul etmək tamamilə mümkün olardı. Amma fakt odur ki, biz respublikaçı Armen Aşotyanın açıq təqibini görürük. Bundan başqa, danılmaz həqiqət budur ki, Paşinyan və onun təhlükəsizlik qüvvələri Ermənistanı da satırlar. Bəli, o bizə açıq deyir ki, Konstitusiyaya dəhşətli dəyişikliklər hazırlayır. Azərbaycanın təkid etdiyi budur. Bu da xalqımızın tabutuna mismar olacaq. Onu keçmişindən, indisindən və gələcəyindən məhrum etməyi planlaşdırırlar. Paşinyan isə planlarının xalq tərəfindən puça çıxa biləcəyindən çox qorxur. Özü də xalqın əvvəlki hakimiyyətdən narazılığı ilə oynayaraq hakimiyyətə gəldi. İndi o, iqtidardır və xalqın ondan narazılığı sadəcə olaraq planlardan kənardır. Beləliklə, Paşinyan Ermənistana, erməni xalqına edilən bütün xəyanətlərdən sonra siyasi cəhətdən sağ qalmağa çalışır. Onun nəzərində əsas məqsədə çatmaq üçün istənilən vasitə yaxşıdır. Hər hansı bir məlumatı qiymətləndirərkən bunu anlamaq bizim üçün vacibdir. Üstəlik, bəzi məlumatlara görə (hüquqşünaslar təkzib etsə də), "Exoil Group" holdinqinin əsas sahibi, Ermənistanda rəsmi səlahiyyətlərdən istifadə edərək çirkli pulların yuyulması faktı ilə bağlı axtarışa verilmiş Karen Vanetsyan Moskva mərkəzində saxlanılıb. Bildiyiniz kimi, bizdə Vanetsyan barəsində həbs qətimkan tədbiri seçilib. Bu isə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda siyasi xadim olan əmisi oğlu Artur Vanetsyana qeyd-şərtsiz təzyiq üsulu idi. Nəticədə ortaya çıxan konfiqurasiya qəribədir. Artur Vanetsyan Rusiya xüsusi xidmət orqanlarının ölkəmizdəki oyuncağıdır. İndi də onun Ermənistanda axtarışda olan əmisi oğlu Moskvada təqib olunur. Bütün bunlar Narine Ayrapetyandan indiki hakimiyyətə təzyiq vasitəsi kimi istifadə olunması versiyasına nədənsə uyğun gəlmir. Ona görə də od olmayan yerdən tüstü çıxmaz. Və çox yaxın gələcəkdə bu "od" mütləq alovlanacaq. Xalqı aldadaraq, ölkəni uçurumun kənarına çıxararaq hakimiyyətə gələnlər isə onun odunda yanmalı olacaq". Bütün bunlara Avropa Şurası Parlament Assambleyası nədənsə seyrçi qalır. Ölkəmizə qarşı bu cür qərəzli yanaşma Avropanın diplomatik nüfuzuna xələl gətirir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ