çərşənbə axşamı günü, 01 sentyabr 2026
     

UNESCO missiyası ya İrəvana da gedəcək, ya da Qarabağa buraxılmayacaq...

Image


Səbuhi Hüseynov: "UNESCO bu vandalizm hərəkətlərinə göz yumduqca, Ermənistan ərazisində Azərbaycan xalqının maddi mədəni irsinə qarşı ermənilərin apardığı dövlət siyasəti daha da artmaqda və abidələrimiz məhv edilməkdədir"

İndiki Ermənistan ərazisində Azərbaycan türklərinə məxsus abidələri yer üzündən silən, silə bilmədiklərini erməniləşdirən, tarixi Azərbaycan şəhəri İrəvandakı abidələri məhv edən, qədim məhəllələri viran qoyan, bütün gücü ilə Təpəbaşı məhəlləsini inkar etməyə çalışan Ermənistan hökümətinin nümayəndələri gündə bir sərsəm açıqlama ilə gündəmi zəbt etməyə çalışır. 

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın açıqlaması da bu qəbildəndir. 

Xam xəyallara düşən erməni nazir müavini Qarabağdakı "erməni mədəni irsinin" nazirliyin gündəliyində olduğunu deyib. O bildirib ki, "bu məsələni" UNESCO-nun icra orqanlarında, aidiyyəti qurumların qarşısında qaldırırlar. "Yadınızdadırsa, 2020-ci ilin dekabrında UNESCO-nun İcraiyyə Şurası qərar vermişdi ki, vəziyyəti və mədəni irs abidələrinin vəziyyətini yerində izləmək üçün" Dağlıq Qarabağa "faktaraşdırıcı missiya göndərilməlidir", - Kostanyan bildirib.

Ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsində israrlı olduğunu iddia edən nazir müavini, nədənsə, tarixi gerçəyi unudur. 

Məlumdur ki, hələ torpaqlarımız işğal altında olduğu dövrlərdə Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edib Qarabağa missiya göndərməsini tələb edəndə, UNESCO bu çağırışlara əhəmiyyət vermədi, çünki onun üçün Azərbaycan abidələrinin taleyi maraqlı deyildi. Amma Vətən müharibəsindən sonra bir ovuc etməninin yalanlarına uyub Qarabağa missiya göndərmək istəyən UNESCO-nun müraciətinə Azərbaycanın müsbət cavab verməməsi təbiidir. İndiki Ermənistan ərazisində Azərbaycan abidələrinin hansı vəziyyətə salındığını, işğal dövründə Qarabağdakı və ətraf rayonlardakı abidələrin başına ermənilərin hansı oyunlar gətirdiyini UNESCO nəzərə almadı. Hər dəfə məsələyə birtərəfli yanaşdı.

Yeri gəlmişkən, UNESCO-nun təkcə Qarabağa deyil, bütövlükdə bölgəyə faktaraşdırıcı missiya göndərəcəyi barədə razılığı da gərək erməni nazir müavini unutmayaydı. Bu barədə 2022-ci il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videoformatda baş tutan görüşdə razılıq əldə olunmuşdu.

Təbii ki, Azərbaycan hər zaman regiona faktaraşdırıcı missiyanın təşkilində maraqlı olub. Çünki Azərbaycana məxsus mədəni irsin vəziyyətinin qiymətləndirilməsinə ciddi ehtiyac var. Amma bu gün Ermənistan Xarici işlər nazirinin müavini bütün regiona, o cümlədən də Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini tələb etmək əvəzinə deyir ki, ölkəsi Qarabağa UNESCO missiyasının göndərilməsini istəyir. 

Əlbəttə, UNESCO Ermənistana missiya göndərməsə, onun Qarabağa missiya göndərməsi qəbuledilən deyil. Elə obyektivdirsə, məsələyə erməni gözü ilə baxmasın. 

Onu da yadınıza salmaq istəyirik ki, 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirlərindən sonra BMT-nin Qarabağa göndərdiyi missiya obyektiv hesabat təqdim etdi, bu da ermənilərin və ermənipərəstlərin narazılığına səbəb oldu. Çünki BMT onların maraqlarına zidd hesabat hazırlamışdı. İndi də oturub-durub deyirlər ki, Qarabağa missiya göndərilməlidir. 

"Bu üzdən, UNESCO-nun ilk olaraq getməli olduğu ərazi Qarabağ yox, məhz Ermənistan Respublikasıdır" 

Tarixçi, tədqiqatçı, İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi, Ermənistanda Azərbaycan irsinin dağıdılması və tarixi izlərin silinməsi üzrə araşdırmanın müəllifi Səbuhi Hüseynov "Bakı xəbər"ə şərhində 

"Xatırlayırsınızsa, 05 iyul 2022-ci ildə mənim müəllifi olduğum "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə araşdırma geniş ictimaiyyətə təqdim edildi. Araşdırma göstərdi ki, Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində Azərbaycan xalqına məxsus böyük mədəni irs kompleksi məhv edilmə təhlükəsi altındadır. Bundan narahat olan Azərbaycandan olan 102 nəfər tanınmış elm və ictimai xadim UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət ünvanladı və bu müraciətdə UNESCO rəhbərinin nüfuzu və səyi ilə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, konservasiyası və s. üzrə məsuliyyəti Ermənistanın öz üzərinə götürməsinə töhfə verəcəyinə inam ifadə olunurdu. Lakin UNESCO bu müraciətə heç bir cavab vermədi. Ermənistan Respublikasının paytaxtı İrəvan şəhərində Azərbaycan mədəni irsini görməzdən gəlməyi üstün tutdu.

Daha sonra dəfələrlə, müxtəlif təşkilatlar və ictimai xadimlər tərəfindən belə müraciətlər oldu. Yenə UNESCO susqunluq nümayiş etdirdi" - deyə bildirdi. 

S.Hüseynov vurğuladı ki, 11 oktyabr 2023-cü ildə UNESCO-nun İcraiyyə Şurasının 217-ci sessiyasında UNESCO yanında Azərbaycanın daimi nümayəndəliyi bir daha xatırlatdı və bəyanat təqdim etdi. "Bəyanatda Ermənistanın Azərbaycanın mədəni irsini məhv etməsi hər bir azərbaycanlının mədəni hüquqlarının, xüsusən də mədəni irsdən istifadə etmək hüququnun pozulmasıdır – deyə bildirdi.

Sonuncu dəfə, 2023-cü il noyabr tarixində  İrəvan şəhərindəki Azərbaycan mədəni irsi ilə bağlı UNESCO-ya birbaşa Qərbi Azərbaycan İcmasının özü müraciət etdi. Çünki Qərbi Azərbaycan torpaqlarında mövcud olan bu irsin yeganə varisləri də məhz bu icmadır. Həmin müraciətdə Beynəlxalq Ədalət Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarını da xatırlatdı və bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan "Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı" tələb edir. 

Bu dəfə UNESCO susqunluğu pozaraq Qərbi Azərbaycan İcmasına cavab verdi. Çünki UNESCO-da da çox yaxşı anlayırlar ki, Ermənistan ərazisindəki bu irsin yeganə varisi Qərbi Azərbaycan İcmasında birləşən qərbi azərbaycanlılardır və onlar öz irsinin qorunmasında bu qurumdan münasibət istəyir. Bu onların hüququdur. Bu hüquqdan istifadə edən icma isə tam təfsilatı ilə UNESCO-nu məlumatlandırmışdı.

UNESCO-ya gələn cavabda Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunduğu bildirildi. Düşünürəm ki, Azərbaycan UNESCO-nu fakt qarşısında qoyduqdan sonra təşkilatın özü Ermənistana getməkdən yayınmağa başladı. Çünki Ermənistan ərazisində kütləvi çəkildə qəbiristanlıqların məhv edilməsi, İrəvanın mərkəzində Azərbaycan mədəni irs nümunələrinin məhv edilməkdə olması göz önündədir. Bunu sübut edən tədqiqatlar və araşdırmalar var.

Belə olan halda, UNESKO öz erməni təəssübkeşliyindən çıxış edərək susqunluğu ilə onlara kömək etmiş oldu. Lakin Ermənistan ərazisində hər keçən gün yeni-yeni mədəni irs nümunələri məhv edilməkdədir.

Hələ 20 noyabr 2020-ci il tarixində UNESKO-nun rəsmi yaydığı press-relizdə göstərilirdi ki, təşkilatın baş direktoru Odre Azule tərəfindən Azərbaycan və Ermənistan nümayəndələri qəbul edilərək müzakirələr aparılıb. Həmin görüşdə Odre Azule 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunu xatırladaraq, hər hansı bir xalqa məxsus mədəni dəyərlərə zərər vurmağın bütün bəşəriyyətin mədəni irsinə zərər vurmaq olduğunu xatırladırdı-deyə S.Hüseynov qeyd etdi. 

O bildirdi ki, Azule BMT-nin Təhlükəsizlik Şurasının 2347 (2017) saylı qətnaməsinə istinad edərək onu bir daha xatırlatdı. Həmin qətnamədə deyilirdi: "Silahlı münaqişə vəziyyətində, o cümlədən terror qruplaşmaları tərəfindən mədəni irsin qanunsuz məhv edilməsi, mədəni sərvətlərin talan edilməsi və qaçaqmalçılığı, habelə bu kontekstdə tarixi kökləri və mədəni müxtəlifliyi inkar etmək cəhdləri münaqişələri alovlandıra və ağırlaşdıra bilər və münaqişədən sonrakı milli barışığa mane ola bilər, bununla da təsirlənmiş dövlətlərin təhlükəsizliyini, sabitliyini, idarəetməsini və sosial-iqtisadi və mədəni inkişafını pozur".

"Təşkilat  rəhbərinin xatırlatdığı bu qətnamədən hissə birbaşa Ermənistana qarşı tətbiq edilməli idi. "Belə ki, məhz Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılan zaman, Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırının divarlarından XII əsrə aid regionda bənzəri olmayan çox unikal freskaları sökərək oğurladı və Ermənistana apardı. Məhz elə həmin dövrdə erməni silahlı qüvvələrinə verilən güzəştdən istifadə edən ermənilər Ağdam rayonunun  Şahbulaq adlı qalasında olan Azərbaycan xalqına məxsus çoxlu sayda arxeoloji artefaktları toplayaraq ərazidən apardı. 

Yuxarıda göstərilən bu hadisələr UNESCO rəhbərinin yayımladığı press relizin tarixindən bir neçə gün sonra baş vermişdi.

Bundan başqa, Odre Azule tərəfindən xatırlanan 1954-cü il Haaqa Konvensiyasının və onun iki protokolunun, daha dəqiq desək, bu Konvensiyanın 4.1-ci maddəsinin kobud şəkildə pozulmasına göz yumduğunu görürük. Bu gün Ermənistan Azərbaycanla sərhəd ərazilərində yerləşən Azərbaycan kəndlərinə məxsus qəbiristanlıqlardan hərbi istehkam məqsədi ilə istifadə edir. Haaqa Konvensiyasının 4.1-ci maddəsi mədəni irsdən və onun bilavasitə ətrafından... onu məhvə və ya silahlı münaqişə zamanı zədələməyə məruz qoya biləcək hər hansı istifadədən çəkinməyə çağırır. 

Mədəni irs abidələrinin yaxınlığında hərbi istehkam və səngərlər qazmaq beynəlxalq hüquqa ziddir və bu qanun pozuntusudur. Onu demək istəyirəm ki, UNESCO bu vandalizm hərəkətlərinə göz yumduqca, Ermənistan ərazisində Azərbaycan xalqının maddi mədəni irsinə qarşı ermənilərin apardığı dövlət siyasəti daha da artmaqda və abidələrimiz məhv edilməkdədir. Bu üzdən, UNESCO-nun ilk olaraq getməli olduğu ərazi Qarabağ yox, məhz Ermənistan Respublikasıdır" - deyə S.Hüseynov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

31.08.2026 / 22:41
Avropada Ukraynaya silah tədarük edən daha bir zavod yandırıldı – bir ayda beşinci fakt…

31.08.2026 / 22:18
Belçika dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ideyasını rədd etdi…

31.08.2026 / 22:00
Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

31.08.2026 / 21:38
Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...

31.08.2026 / 21:11
Baş nazir Babiş Bakıdan yenicə qayıdıb, Çexiyada anti-Azərbaycan erməni aksiyaları başlayır...

31.08.2026 / 20:48
Ünvanlı yardımın məbləği də, yardım alanların sayı da ilbəil azalır... Bu nəyi göstərir?

31.08.2026 / 20:11
“The Independent”, “The Guardian” və “BBC” Azərbaycanla bağlı yalan məlumat yaydı - MEDİA-dan sərt bəyanat...

31.08.2026 / 19:50
Tramp İrana yeni hücum əmri verdi… İordaniyanın qisası - “Bu gecə onları sərt vuracağıq”…

31.08.2026 / 19:27
Ağrı dağda Nuhun gəmisi tapıldı -Türkiyə mediası da ermənilərə qoşulub “Ararat” yazır...

31.08.2026 / 19:11
Putinlə Paşinyan hələ heç vaxt belə gərgin danışıq ərəfəsində olmayıblar - Bişkekdə hərarət qalxacaq...

31.08.2026 / 19:08
Trampın yeni tarifləri “Toyota” və “Honda”nı vura bilər – şirkətlər Kanadada istehsalı azaldır…

31.08.2026 / 18:53
Kinematoqrafçılar İttifaqında nə korrupsiya? - Deyilənə görə, köhnə rəhbərlikdən qisas almaq oyunu gedir...

31.08.2026 / 18:37
Tramp Moskvada Putinlə görüşdüyü deyilən MKİ şefi barədə ən populyar variantı inkar etdi...

31.08.2026 / 18:31
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - FOTO/YENİLƏNDİ

31.08.2026 / 18:25
İran ABŞ-ın Hörmüzdə qabaqlayıcı zərbə iddialarını rədd etdi – minalanma ilə əlaqəsi yoxdur…

31.08.2026 / 18:17
Azərbaycan orta gücə çevrildi - Əliyevlə bağlı 3 faktorun həlledici təsiri...

31.08.2026 / 18:01
Putinlə Paşinyanın Bişkek görüşü çox gərgin keçəcək - ortada elə ciddi problem var ki...

31.08.2026 / 17:41
İran hakimiyyəti üçün daxili təhlükə artır

31.08.2026 / 17:37
Rusiya Ermənistandan olan minlərlə əmək miqrantını qovur...

31.08.2026 / 17:24
Ermənistanın diplomat korpusu hələ açılmamış “Marqara” sərhəd məntıqəsinə gəzintiyə çıxarıldı...

31.08.2026 / 17:09
İranla müharibədə ABŞ-ın pulu tükəndi...

31.08.2026 / 17:03
Bişkekdə Prezident İlham Əliyevin Pezeşkianla görüşü olub - FOTO/YENİLƏNDİ

31.08.2026 / 16:59
Türkiyə MİT-dən qorxunc hesabat - PKK-nın bütün hərbi arsenalı yerindədir, yeni tunellər qazılır...

31.08.2026 / 16:55
Rusiyada yersiz əminlik var - TRIPP-də ABŞ, Azərbaycan, Türkiyə və İran toqquşacaq"...

31.08.2026 / 16:40
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin yeni perspektivləri açılır...

31.08.2026 / 16:36
ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

31.08.2026 / 16:20
Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verdi

31.08.2026 / 15:49
Prezident Əliyev və Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

31.08.2026 / 15:44
Əliyev və Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

31.08.2026 / 15:38
Ermənistan Zəngəzur dəhlizi intriqalarına daha iki türk dövlətini qoşmaq istəyir...

31.08.2026 / 15:16
Tramp “Xark adası yerləyeksan edildi” dedi, İrandan fərqli açıqlama gəldi…

31.08.2026 / 15:08
Prezident İlham Əliyevin Bişkekdə Tokayevlə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

31.08.2026 / 14:48
İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs yaxalandı

31.08.2026 / 14:30
Hindistan Ermənistana 500 km mənzilli "yer-yer" raketləri satır...

31.08.2026 / 14:15
Xəzərdə sərnişin qayığı qayaya çırpıldı - ölənlər var...

31.08.2026 / 14:03
Ukrayna müharibəsindən qaçan ruslara İrəvanda sığınacaq verilməsi Kremli qıcıqlandırdı...

31.08.2026 / 13:44
Ukrayna Yekaterinburqda Wildberries anbarına hücum etdi…

31.08.2026 / 13:19
İrana hücum ABŞ-da parçalanma yaratdı - ordu komandanları Trampa qarşı çıxdı…

31.08.2026 / 13:07
Bişkekdə Prezident İlham Əliyevlə Paşinyan arasında görüş keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

31.08.2026 / 13:04
Hörmüzdən keçməyə cəhd edən tanker minaya düşdü…

31.08.2026 / 12:58
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalandı

31.08.2026 / 12:47
"Heç bir xərcsiz 65 milyard barel neftin ələ keçirilməsi ABŞ üçün nə deməkdir" - Tramp belə dedi...

31.08.2026 / 12:27
Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

31.08.2026 / 12:20
Pensiyaların ARTIRILACAĞI TARİX açıqlandı

31.08.2026 / 12:06
Məhkəmədən Balakənin sabiq icra başçısı İslam Rzayevin həbs ilə bağlı yeni qərar...

31.08.2026 / 11:52
İran Hörmüz boğazında ABŞ-ın MQ-9 PUA-sını vurdu...

31.08.2026 / 11:42
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfər edib - FOTO

31.08.2026 / 11:22
Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlığı genişləndirir

31.08.2026 / 11:14
"Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur" - Prezident

31.08.2026 / 11:10
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

31.08.2026 / 11:09
Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

31.08.2026 / 11:08
Prezident İlham Əliyev Sadır Japarovu təbrik etdi

31.08.2026 / 10:53
Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələydi

31.08.2026 / 10:34
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

31.08.2026 / 10:29
Trampla Kanadanın Baş naziri arasında “Ontario qırğını” - Google Maps Ontarionu “Amerika gölü” kimi təqdim etdi

31.08.2026 / 09:50
İrandan ABŞ-a qisas hücumu - İordaniyadakı iki Amerika bazası vuruldu…

31.08.2026 / 09:23
Nepalda daşqında ölənlərin sayı 900 nəfəri ötdü

31.08.2026 / 07:55
“Bako Saakyanın Bakıda həbsdə olması milli rüsvayçılığın simvoludur”- erməni Arxiyepiskop

31.08.2026 / 07:39
ABŞ İrana qarşı həftəlik sanksiyalar hazırlayır - ilk hədəf banklardır

31.08.2026 / 07:10
Əsədin ordu komandiri məhv edilib

31.08.2026 / 06:46
Hörmüzdə yenə sükut pozuldu - ay ərzində ilk dəfə ABŞ zərbələri…

30.08.2026 / 19:12
Rusiya yeni nəsil kruiz raketləri ilə Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı - limanlara giriş-çıxışlar dayandı…

30.08.2026 / 18:17
Hörmüz boğazı ilə bağlı razılıq əldə edildi, amma bir şərt var - İran ABŞ-dan addım atmasını gözləyir...

30.08.2026 / 16:51
Ukrayna Leninqradda Rusiyanın ikinci ən böyük neft zavodunu vurdu…

30.08.2026 / 15:34
Tramp Rusiyanın NATO-nu təxribata çəkəcəyinə inanmır - onlar hücum etməyəcəklər...

30.08.2026 / 15:09
Şimali Kipr sahillərində 267 sərnişin daşıyan gəmi batdı – ölənlər və itkin düşənlər var…

30.08.2026 / 14:23
Moskvaya gizli səfər edən MKİ rəhbərindən üçtərəfli zirvə təklifi – Tramp, Putin və Zelenski bir arada…

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ