Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər İrəvanın həqiqi tarixini qəbul etdilər...

Image


Bəxtiyar Həsənov:"... artıq bu faktı dana bilmirlər" 

Uzun illərdir İrəvanı "tarixi erməni şəhəri" kimi qələmə verməkdən, hətta bu cəfəng iddianı dərsliklərə salmaqdan çəkinməyən erməni tarixçiləri artıq öz yalanlarından beziblər. Çünki bir yalan digər yalanların yaranmasına səbəb olur. 

O qədər yalan danışıb tarixi dolaşdırblar ki, indi özləri o dolaşlqda boğulurlar. İllərdir ki, İrəvanın tarixini "qədimləşdirməyə" çalışırlar, amma hara əl atırlar, oradan Azərbaycan-türk izi çıxır. Odur ki, indi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etməyi qərara alıblar. 

Belə ki, Ermənistanda orta məktəblər üçün 7-ci sinif tarix dərsliyində qədim Azərbaycan şəhəri olan İrəvanın həqiqi tarixinin yazılması ekstremist qüvvələrin qəzəbinə səbəb olub. Ermənistanın Təhsil Nazirliyinin qarşısında toplaşan Erməni Demokratik Hərəkatının üzvləri nazir Janna Andreasyanın 24 saat ərzində istefa verməsini tələb ediblər.

Trend erməni KİV-nə istinadən xəbər verir ki, Təhsil Nazirliyi nümayişçilərin iddialarını əsassız hesab edib və onların tələbinin yerinə yetirilməyəcəyini bildirib.

Aksiyaya rəhbərlik edən Vazqen Petrosyan bildirib: "Mitinqə toplaşanlar istəmirlər ki, böyüyən nəsil İrəvanın tarixini Türkiyənin sifariş etdiyi dərsliklər əsasında öyrənsin, bu nöqsana yol verən təhsil naziri istefa verməyənə qədər tələbimizdən əl çəkməyəcəyik".

Erməni mətbuatı yazır ki, tarix elmləri namizədi Smbat Ovannisyanın müəllifi olduğu həmin dərslik Ermənistanda qızğın mübahisələrə səbəb olub. Belə ki, ermənilərə görə, İrəvanın tarixi Erebunidən (guya erməni dövləti olmuş Urartunun bir qalası) başlayır və kitabda bu fakt qeyd olunmayıb. Tənqidçilər hesab edirlər ki, müəllif "türk millətçi tarixşünaslığının ənənələrindən" istifadə edib. Bundan başqa, dərslikdə ermənilərlə heç bir əlaqəsi olmayan Urartu dövləti ilə bağlı da erməni tarixçilərini qane etməyən məlumatlar var.

Ermənistanın təhsil fondunun rəhbəri Vaqram Soqomonyan isə bəyan edib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək. Digər erməni tarixçiləri həmin kitabın tədrisinin qadağan edilməsi təklifini irəli sürüblər.

"... Tarixi belə yazmaları tarixi faktlar qarşısında acizliklərindən irəli gəlir" 

AMEA-nın Abbasqçulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov "Bakı-Xəbər"ə "Təbii ki, Ermənistanda tarixçilər son zamanlar tarix yazanda ciddi tarixi faktlara əsaslanmağa çalışırlar. Çünki bizdə tarixçilərin arxiv sənədləri, mənbələr əsasında yazdığı tarix çox aydın şəkildə göstərir ki, İrəvan Azərbaycan türklərinə məxsus olan orta əsr şəhərlərindən biridir. Ona görə ermənilər də artıq bu faktı dana bilmirlər. Çünki bu mənbə əsasında təsdiqini tapır. Bu səbəbdən də erməni tarixçiləri yazanda istər-istəməz tarixi mənbələrə baxmalı olurlar. Təbii, hər bir tarixçinin borcudur ki, tarix yazanda mənbələrə müraciət etsin, mənbələr əsasında verilmiş məlumatları oxucuların diqqətinə çatdırsın.

Ola bilər ki, erməni tarixçilərin müəyyən bir qismi obyektiv davranır və gerçəyi yazır. Sözsüz ki, bu da ermənilərin qəzəbinə səbəb olur. Çünki 200 illik bir tarix var ki, bu dövrdə ermənilər özləri üçün bir "tarixi ideologiya" yaradıblar. "Böyük Ermənistan" ideologiyasına "əsaslanaraq" əsassız şəkildə bu torpaqlara iddia edirlər. Bunlar əsassız iddialardı, çünki bunların heç bir mənbəsi, heç bir əsası yoxdur. Artıq ermənilərin də bir çoxu başa düşür ki, onlar tərəfindən yazılan bu saxta tarix istər-istəməz gələcəkdə təkcə Azərbaycan tarixçiləri yox, başqa tarixçilər, xarici tarixçilər tərəfindən də ifşa ediləcək. Çünki onlar tarixi təhrif ediblər. Tarixçilər mənbələrdə gördükləri faktları dana bilməzlər, hər şey faktlar əsasında göstərilir ki, İrəvan türklərə məxsus bir şəhərdir. Ermənilərin dağıtmasına baxmayaraq, hələ də İrəvanda Azərbaycan mədəniyyətinin, tarixinin izlərinə rast gəlmək olar, orada hələ də bizim abidələrin qalıqları var. Oradakı evlər, ərazilər hamısı Azərbaycan türklərinin dədə-baba yurdlarıdır. Ona görə də ermənilər nə qədər dansalar da, təbii ki, faktlar qarşısında heç nə deyə bilməyəcəklər. Bu səbəbdən də onların bəzi tarixçiləri doğru olaraq mənbələrə əsaslanıb İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması ilə bağlı yazıblar. Erməni kilsəsi başda olmaqla, ermənilərin şovinist, revanşist kəsimi tarix boyu ərazi iddiaları irəli çıxış ediblər. Onlar hətta Qərbi Azərbaycan torpaqları ilə kifayətlənmirlər. Bildiyiniz kimi, Qərbi Azərbaycan torpaqlarının bir hissəsi XIX əsrdən sonra onların əlinə keçib. XX əsrin əvvəllərində onlara burada 9 min kvadratkilometr ərazidə bir dövlət yaradılıb. Ancaq onlar bununla kifayətlənməyiblər. Bu da onların ideologiyasından irəli gəlir. Bu ideologiyanın da başında kilsə dayanır. Keçmiş dövrdə yaradılmış Daşnaksütun partiyası, ASALA

 və başqa təşkilatlar ayrı-ayrı ölkələrdə fəaliyyət göstərirlər, bu təşkilatların tərkibində terror dəstələri də olub. Onlar XX əsrin əvvəllərindən indiyə qədər terrorla da məşğul olublar. Onlar 1988-ci ildə nə qədər insanlarımızı orada məhv etdilər, torpaqlarını, evlərini, mülklərini əllərindən aldılar,  Ermənistanı tam monoetnik bir hala gətirdilər. İndi Ermənistanda ermənilərdən başqa kimsə yaşamır, yaşamaq da istəmir. Ona görə də onların təbii ki, tarixi belə yazmaları tarixi faktlar qarşısında acizliklərindən irəli gəlir"-deyə B.Həsənov bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ