Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ İrana qarşı hərbi əməliyyatlar hazırlığına başladı - dünyada yeni münaqişə alovlanır...

Image


İordaniyada ABŞ-ın üç hərbçisinin ölümü ilə bağlı cavabdehlik İranın dəstəklədiyi qrupların üzərindədir. 

Belə bir açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib: "İordaniyanın şimal-şərqində - Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində üç ABŞ əsgəri həlak olub, çoxlu sayda hərbçi yaralanıb. Bu hücumla bağlı kəşfiyyat məlumatları toplanır. Bunu İranın radikal silahlıları tərəfindən həyata keçirildiyini bilirik".

Qeyd edək ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücum olub. Amma İordaniyanın rabitə naziri, hökumət rəsmisi Muhannad əl-Mubeydin Baydenin Amerika qüvvələrinin Krallıq ərazisinə hücum edildiyi barədə açıqlamasını təkzib edib. Nazir bildirib ki, hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir: "Suriyanın Əl-Tanf şəhərində, İordaniyanın sərhədi yaxınlığında yerləşən ABŞ hərbi bazası hücuma məruz qalıb". Tehranın BMT-dəki daimi nümayəndəsi də bildirib ki, İranın İordaniya-Suriya sərhədindəki pilotsuz uçan aparatlarının ABŞ hərbi bazasına zərbə ilə heç bir əlaqəsi yoxdur.  Amma Pentaqon rəhbəri Lloyd Austin ilk növbədə İranın dəstəklədiyi silahlı qruplaşmalara doğru zamanda, lazımi yerdə cavab verəcəyini vəd edib. "Bloomberg" agentliyi isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir. Qeyd olunur ki, üç amerikalı əsgərin həyatına son qoyan hücum Vaşinqtondan daha qətiyyətli reaksiyaya səbəb olacaq və bu, Qəzza zolağında qarşıdurma başlayandan bəri miqyasına görə üstün olacaq. Agentlik mümkün addımlar arasında ABŞ-ın İrana zərbə endirəcəyini bildirir: "ABŞ cavab üçün bir neçə variantı nəzərdən keçirir. Onlardan biri Vaşinqtonun İrana zərbə endirəcəyi gizli əməliyyatdır. Bu halda ABŞ məsuliyyəti öz üzərinə götürməyəcək, Tehrana aydın siqnal göndərəcək. İkinci variantda hədəf 2020-ci ilin yanvarında general Qasım Süleymaniyə sui-qəsd əməliyyatına göstəriş verən keçmiş ABŞ prezidenti Donald Trampın dövründə olduğu kimi İran rəsmiləri olacaq. Birləşmiş Ştatların nə seçməsindən asılı olmayaraq, Baydenin qərarı onun prezidentliyi dövründə ən vacib qərarlardan biri olacaq. O, bazaya hücuma görə məsuliyyət daşıyanları cəzalandırmaq və İranı cilovlamaq istəyir, lakin bu, Tehranla birbaşa qarşıdurmaya səbəb ola bilər. Gərginlik ABŞ-ın İsrail və Qəzza zolağı arasında atəşkəsə nail olmaq səylərini sarsıda bilər və Vaşinqton "daha çox iqtisadi qarışıqlıq" ehtimalını nəzərdən keçirməlidir. Pentaqon isə bildirib ki, "ABŞ-ı, qoşunlarımızı və maraqlarımızı qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyik". Nəşrin yazdığına görə, Amerika hərbçilərinin həlak olmasından sonra İrana qarşı hərbi əməliyyata genişmiqyaslı hazırlıq işləri aparır: "Getdikcə daha çox ABŞ konqresmeni İrana cavab zərbələri endirməyə çağırır".

Suriya-İordaniya sərhədində ABŞ hərbi bazasına hücumu şərh edən senator Lindsey Qraham qeyd edib ki, Birləşmiş Ştatlar Amerika qoşunlarına qarşı hücumlara cavab olaraq İran daxilindəki hədəfləri vurmalıdır: "ABŞ prezidenti Co Bayden administrasiyası etmə dedikcə, iranlılar bunu edir. Bayden administrasiyasının ritorikası İranda rezonans doğurmur. Onun İranı cilovlamaq siyasəti monumental uğursuzluq olub. ABŞ əsgərlərinə regionda 100-dən çox hücum olub. İran sakitləşməyib.  Mən Bayden administrasiyasını təkcə hərbçilərimizin öldürülməsinə cavab olaraq deyil, həm də gələcək təcavüzün qarşısını almaq üçün çəkindirici vasitə kimi İran daxilində həssas hədəflərə zərbələr endirməyə çağırıram. İran rejiminin anladığı tək şey gücdür. Onlar bunun əvəzini öz infrastrukturu və qoşunları ilə ödəməyənə qədər Amerika hərbçilərinə hücumlar davam edəcək". O qeyd edib ki, İranın qarşısını almaq üçün Baydenin milli təhlükəsizlik komandasına inamını çoxdan itirib:  "İranı indi vurun. Onları bütün gücünüzlə vurun". Senator ilk dəfə deyil ki, icra hakimiyyətini İslam Respublikasına qarşı silahdan istifadə etməyə çağırır. Keçən dekabr ayında Qraham Tehranın Yəməndəki husi üsyançılarına dəstək verdiyi iddiası ilə İrandakı hədəfləri bombalamağı təklif etmişdi. Artıq o da bəlli olub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı altı KC-135 hava tankeri Cənubi Kaliforniyadakı hava bazalarından havaya qalxıb və ABŞ-ın şimal-şərqinə doğru hərəkət edərək Atlantik okeanından Böyük Britaniya və Avropaya, daha sonra isə Yaxın Şərqə keçməyə hazırlaşır. ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro isə qeyd edir ki, ABŞ üsyançı husi hərəkatının mövqelərinə zərbələr endirməyə davam edəcək, əməliyyatın vaxtı husilərə yardım göstərən İranın hərəkətlərindən asılıdır: "Yəqin ki, İrandan əməliyyatın nə qədər davam edəcəyini soruşmalıyıq. Onlar husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər. Ümid edirəm və gözləyirəm ki, bu, sonsuza qədər davam etməyəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ