Almaniya COP29 çərçivəsində Azərbaycanla işləməyə hazırdır. Bunu Almaniya Federal Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cennifer Morqan bildirib.
"COP konfranslarının uğuru onların inklüzivliyidir. Bu tədbirlərdə qeyri-hökumət təşkilatları (QHT), vətəndaş cəmiyyəti fəal iştirak etməlidir. Bu konfrans çərçivəsində özəl sektorun iştirakı da böyük əhəmiyyət kəsb edir", - deyə Morqan vurğulayıb.
ZÜMRÜD