şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Kerrinin planları Azərbaycanda geniş anti-Amerika ovqatı yaradıb
Tarix: 30.04.2015 / 04:59
Bölmə: Siyasət
«Bütün bu variantların iflasa uğrayacağını hiss edərək artıq daha «qlobal faza»ya keçilir və...»
Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi bir sıra dairələri bərk narahat edir. O üzdən, ölkəyə qarşı müxtəlif qarayaxma kampaniyaları aparırlar. Yarışma ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də Azərbaycana qarşı «qara piar» kampaniyasında fəallaşıblar.
Bu kontekstdə Birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar diqqət çəkir. Bu çağırışların yayımlandığı media qurumlarına, eləcə də bəyanatların məzmununa nəzər saldıqda görünür ki, kampaniyanın arxasında Qərbdəki islamofob, ermənipərəst dairələr durur. Aparılan araşdırmalara görə, Azərbaycana qarşı bu «qara piar» kampaniyası «National Endowment for Democracy» (NED) təşkilatına həvalə edilib.
Ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Göründüyü kimi, «qara piar» və təzyiq kampaniyasının episentrində məhz ermənipərəst ABŞ dövlət katibinin xidmətləri və direktivləri dayanır. Əlbəttə, bu müəyyən mənada təəccüblü görünmür. Çünki Con Kerri öz ermənipərəst və islamofob mövqeyini daha öncə dəfələrlə aşkar şəkildə nümayiş etdirib. ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətinin kökü hələ 90-cı illərə gedib çıxır.
Anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması Azərbaycan ictimaiyyətində ciddi tənqidə səbəb olub.
Sözügedən məsələni dəyərləndirən siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, əlbəttə, burada əsas məqsəd qarşıdurma salmaq, ictimaiyyət arasında gərginlik yaratmaqdır: «Bütün bu variantların iflasa uğrayacağını hiss edərək artıq daha «qlobal faza»ya keçilir və məsələ ABŞ dövlət katibi səviyyəsinə çatdırılır. İlk öncə müxtəlif fondlar adından danışılsa da, artıq bu məsələlərin arxasında xüsusi xidmət orqanlarının maliyyə dəstəyi hiss olunur. Məlumdur ki, bu gün Azərbaycan dövlətinin müstəqil siyasəti çoxlarını razı salmır.
Onların düşüncəsinə görə, necə ola bilər ki, müsəlman dövləti ərəb ölkələrinə bənzəmir, əksinə olaraq İlk Avropa Oyunlarına ev sahibliyi edirğ
A.Nağıyevin fikrincə, bütün bunlar təsadüfi ola bilməz: «Bu maliyyə dəstəyi isə maraqlı dövlətlərin rəsmilərinin icazəsi və marağı olmadan edilə bilməz. Məhz buna görə də Con Kerri və bu çəkili dövlət məmurlarını irəli verib öz maraqlarını güdürlər.
Bu işlərdə hədəf kimi də bəzi yerli QHT-lərin arzuları özlərinə diqqət yetirmək, bunu dünya səviyyəsində yaymaq, etdiklərinin müqabilində siyasi dividend və müəyyən maliyyə dəstəyi almaqdır. Düşünürəm ki, bu yollarla dövlətin nüfuzuna xələl gətirə biləcək heç bir hadisə baş verməyəcək. Buna həm ictimaiyyət, həm də dövlətin özü tam hazırdır».
Deputatların hamısı təxminən eyni ünvanı göstərdi
«Azərbaycana qarşı kampaniyanın arxasında erməni lobbisi dayanır»
«Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində ölkəmizə qarşı bu cür kampaniyanın aparılacağı gözlənilən idi». Bunu «Trend»ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.
S.Novruzov bildirib ki, məlumatda adları çəkilən təşkilatlar daim Azərbaycana qarşı belə kampaniyalar aparıblar: «İstər «Freedom House», istərsə də digər təşkilatlar həmişə antiazərbaycan mövqeyində olublar və bütün bəyanatlarında, bütün rəylərində əsaslanmamış faktlar əsasında erməni lobbisinin, ermənipərəst qüvvələrin mövqeyindən çıxış edərək belə rəylər, fikirlər formalaşdırıblar».
S.Novruzov vurğulayıb ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində də bunların sakit duracaqları gözlənilməməlidir: «Bunlar bu məsələlərdə sakit durmayacaqlar. Çünki bu təşkilatların əksəriyyətinin maliyyə dəstəyi məhz erməni lobbisi tərəfindən təmin edilir».
YAP rəsmisi əlavə edib ki, Azərbaycanın artan nüfuzu, iqtisadi inkişafı, ölkədə olan ictimai-siyasi sabitlik və digər məsələlər, o cümlədən Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi, təbii ki, bizi istəməyən qüvvələri narahat edir: «Azərbaycan bu gün dünyada və Avropada kifayət qədər möhkəm mövqeyə malikdir, Avropanın enerji təhlükəsizliyində iştirak edir, Avropa İttifaqı ilə böyük layihələr həyata keçirir. Bunlar da hesab edirlər ki, bu məsələlər bəzi dövlətlərlə razılaşdırılmalıdır. Biz özümüzə «böyük qardaş» axtarmalıyıq və bunların hamısını «böyük qardaş»ın vasitəsilə həyata keçirməliyik. Amma Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, hər bir dövlətlə, hər bir təşkilatla bərabər şəkildə münasibət saxlanılmalıdır».
S.Novruzov bildirib ki, bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müstəqil xarici siyasətidir, bu gün də bu siyasət çox uğurla davam etdirilir və bu da bəzi dövlətlərin xoşuna gəlmir.
«Azərbaycana qarşı səlib yürüşünün yeni dalğası başlayıb. Bu cür addımlar birinci dəfə deyil. Azərbaycan müstəqillik qazanandan bəri, xüsusilə də Heydər Əliyevin hakimiyyətə qayıdıb dövləti gücləndirmək yönündə işlərə başlamasından sonra vaxtaşırı ölkəmizi zəiflətmək, təzyiqlər altında saxlamaq naminə hücumlar olur». Bunu isə «Trend»ə millət vəkili, politoloq Aydın Mirzəzadə anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib. A.Mirzəzadə deyib ki, Azərbaycan müxtəlif zamanlarda etmədiyi işlərə görə ittiham olunur, az qala ölkəmizi izolyasiyaya salmaq cəhdləri göstərilir: «Burada bir səbəb var. Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi müəyyən dairələri ciddi narahat edir. Müəyyən güclər Azərbaycanı özünün forpostuna çevirməyə çalışır. Bəzi iri şirkətlərin Azərbaycanda arzuladıqları çoxmilyardlıq gəlirləri əldən çıxdığına görə ölkəmizdən qisas almağa çalışırlar. Ölkədə neftdən gələn gəlirlərin iqtisadi və sosial problemlərin həll edilməsinə, güclü dövlət yaradılmasına yönəldilməsi onları razı salmır. Bu gün Azərbaycanın Liviya və Suriya ilə eyni vəziyyətdə olması onlara daha çox sərf edərdi. Bu, bir sıra dairələrə ona görə lazımdır ki, Azərbaycanı öz təsirləri altında saxlasınlar və davamlı şəkildə öz istəklərini həyata keçirsinlər, istənilən vaxt müdaxilə imkanına malik olsunlar. Lakin bu onlarda alınmır».
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt heç kimin forpostu olmayıb, heç bir xarici gücün siyasi sifarişlərini icra etməyib: «Buna görə də, gah rəngli inqilablar, gah «Azərbaycan baharı» reallaşdırmaq, gah da Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün cəhdlər göstərilir. Con Kerri ilə bağlı açıqlanan plan isə yeni mərhələdir. Amma onlar yaxşı başa düşürlər ki, bu plan heç vaxt həyata keçməyəcək. Birincisi, Azərbaycanda ciddi sosial problemlər yoxdur. İkincisi isə, o dariələrin Azərbaycanda güclü sosial bazası yoxdur. Buna görə, ölkədə «beşinci kolon» yaratmaq uğrunda mübarizə aparırlar. Planın adı öz mahiyyətini göstərir: «Azərbaycanı öz yerinə oturtmaq lazımdır». Məqsəd Azərbaycanı 1993-cü il iyunun 15-dən əvvəlki vəziyyətə qaytarmaq, ölkəni problemlərlə boğmaqdır. Plan iki illikdir. Lakin irəlidə ABŞ-da prezident seçkiləri və hakimiyyət dəyişikliyi baş verəcək. Sadəcə, müəyyən şəxslər bu kampaniyadan siyasi dividendlər götürməyə çalışır. Həm də «demokratiya naminə» ayrılan pulları asanlıqla silə biləcəklər. Nəticə olaraq bu plan uğursuzluğa məhkumdur».
«Azərbaycanda sürətli inkişaf davam etdikcə, onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkrli kampaniyalar aparmağa başlayıblar».
Milli Məclisin üzvü Rauf Əliyev anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri agentliyə şərh edərkən belə deyib.
R.Əliyev qeyd edib ki, I Avropa Oyunlarının başlanmasına az vaxt qaldıqca bu təzyiq və iftiralar daha da güclənir: «ABŞ-ın dövlət katibi Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir. ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş məşhur 907 saylı qətnamənin müəllifi kimi o həmişə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb».
Onun sözlərinə görə, maraqlısı odur ki, daim insan hüquq və azadlıqlarının müdafiəsindən danışan C.Kerrinin öz ölkəsində amerikalı qaradərili vətəndaşların hüquqları elə dövlətin asayiş keşikçiləri - polislər tərəfindən mütəmadi olaraq kobud şəkildə pozulur: «Baltimorda son ölüm hadisəsindən sonra baş vermiş kütləvi iğtişaşlar səngimək bilmir. Artıq şəhərdə komendant saatı elan edilib. Bütün bunları görməzdən gələrək digər ölkələrə demokratiya dərsi verən ABŞ-ın üzdəniraq ideoloqlarının siyasəti iflasa uğrayır».
Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı yönəlmiş bu riyakar, çirkin kampaniyalara baxmayaraq, Azərbaycan öz seçdiyi müstəqillik yolundan dönməyəcək, ölkəmiz daha da güclənəcək.
«ABŞ-ın bəzi hakimiyyət dairələri, o cümlədən Con Kerri həmişə ermənipərəst mövqe tutub, erməniləri müdafiə edib. Belə olmasaydı, ATƏT-in Minsk Qrupunun həmsədri kimi həqiqəti açıqlayardılar». Milli Məclisin deputatı Tahir Rzayev anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən qeyd edib ki, bu dairələr doğrudan da insan hüquqlarını qoruyursa, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinin tərəfdarıdırlarsa, Azərbaycanın haqq səsini müdafiə etməlidirlər, Azərbaycanda gedən bu inkişafa, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərə real qiymət verməlidirlər: «Son dövrlərdə Azərbaycanda çoxlu sayda dünya əhəmiyyətli tədbir keçirilib ki, heç bir ölkədə belə tədbirlər olmayıb. Bu görülən işləri müsbət qiymətləndirmək əvəzinə, daim anti-Azərbaycan təbliğatı aparırlar. Çox təəssüflər olsun ki, ölkə daxilində olan bəzi adamlar da bunların sözünü deyir, bunların əlaltılarına çevrilib. Belə olanda görünür ki, deməli, haradasa bu kampaniya bir mərkəzdən idarə olunur və eyni maliyyə ilə nizamlanır».
Millət vəkili vurğulayıb ki, hələ İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunanda bu dairələr «Azərbaycan buna hazır ola bilməz», «Azərbaycanda bunun üçün imkan yoxdur» və sair şayiələr yaydılar: «Ancaq nəticələr göstərdi ki, qısa müddət ərzində lazımi idman qurğuları tikilib istifadəyə verildi və Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi üçün heç bir çətinlik yoxdur. Onlar bunu Azərbaycanı gözdən salmaq üçün edirlər, müəyyən məsələləri şişirtməklə bundan bir təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. Onlar Azərbaycana öz sözlərini diqtə etmək istəyirlər, amma bu mümkün deyil. Azərbaycanın özünün düşünülmüş daxili və xarici siyasəti var və heç bir ölkə bizə diqtə edə bilməz. Azərbaycan bütün ölkələrlə yalnız qarşılıqlı əməkdaşlıq, sağlam münasibətlər əsasında münasibət qurur, kiminsə diqtəsi ilə yox».
ABŞ səfirliyi Birləşmiş Ştatların Azərbaycanda çevriliş hazırlamaq xəbərlərinə cavab verdi
«Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, «Əsrin müqaviləsi»ni dəstəkləmək də daxil olmaqla, Azərbaycanın suverenliyinin və uğurunun təminatına yönələn fəaliyyət göstərib». Bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan bəyanatda yer alır. Bəyanatda daha sonra deyilir:
«Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənib. Amerika Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxtda Azərbaycanla sıx şəkildə işləyib. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana, humanitar yardım da daxil olmaqla, dəyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərib. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlib və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım, Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıq dayanır. Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət katibi Kerri prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Şübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir».
Bəyanatda o da qeyd olunur ki, «ABŞ səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır»: «Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddialar tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır».
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ