şənbə günü, 28 noyabr 2026
     

Konqres İranın nüvə proqramının hərb yolu ilə həllini istəyir

Image


İranın nüvə proqramı ilə bağlı yaranan ziddiyyətin çözümü üçün aparılan danışıqlar ABŞ-a görə yenə ciddi təhdid altına düşməkdədir. Proseslərin gedişi göstərir ki, əslində, cari ilin iyulunda yekun razılığın imzalanması ciddi sual altındadır. Əksinə, ABŞ Konqresinin mövqeyi üzündən tərəflər arasında ziddiyyətin daha da kəskinləşməsi belə istisna edilmir.
Düzdür, ABŞ administrasiyası vəziyyətin yaxşı olduğunu nümayiş etdirməyə çalışır. Hətta İran-ABŞ əlaqələrinin inkişafının nümunəsi olaraq ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cavad Zəriflə Tehranın BMT-dəki səfirinin iqamətgahında bir saatlıq görüş keçirib. Diplomatik protokola görə, İranın əmlakı hesab edilən iqamətgahda onu İran rəsmiləri qarşılayıb. Xatırladaq ki, 1979-cu ildən bütün diplomatik münasibətləri kəsilən iki ölkə arasında yalnız son zamanlar İranın nüvə proqramına dair danışıqlara başlanıb. Görüş zamanı Con Kerri İranla müzakirələri yüksək qiymətləndirərək bildirib ki, ağır işlər geridə qalıb. Lakin o, bəzi mühüm məqamlarda hələ də fikir ayrılıqlarının mövcud olduğunu etiraf edib. ABŞ dövlət katibi tərəflərin indi heç vaxt olmadığı kimi əhatəli razılığa yaxınlaşdıqlarını vurğulayıb. İranın rəhbərlik etdiyi və 120 ölkənin üzv olduğu qoşulmama hərəkatı adından danışan Zərif hər bir ölkənin nüvə yanacağı istehsalına haqqı olduğunu deyib.
Lakin İranın addımlarına rəğmən, ABŞ Konqresi fərqli siyasət yürüdülməsinə üstünlük verir. Belə ki, ABŞ Senatı İranla nüvə proqramı üzrə hazırlanmaqda olan razılaşmanın beynəlxalq sənəd statusu almasını təmin edəcək düzəlişi rədd edib. Düzəliş qəbul olunacağı təqdirdə İranla razılaşma səslərin üçdə ikisi ilə ratifikasiya edilməli idi. Səsvermə gedişində 57 senator düzəlişə qarşı çıxış edib. Xatırladaq ki, Konqresin Tehranla razılaşmanı nəzərdən keçirməsi qaydasını təmin edən qanun layihəsinin hazırlanması işi ilə respublikaçı Robert Corker məşğul olur. Corkerin həmkarları, düzəlişi ləğv etməkdən əlavə, qanun layihəsinə daha bir sıra dəyişikliklər edilməsini təklif edib. Bura, xüsusilə İrandan İsraili müstəqil dövlət kimi tanımağı tələb etmək daxildir. Ağ Ev vurğulayır ki, Tehranla razılaşma müstəsna olaraq İranın nüvə dosyesinə aiddir. Bütün bunlar İranla razılığı ciddi sual altına alır. ABŞ Konqresi bu məsələdə mütləq mənada İsrailin mövqeyinin nəzərə alınmasını vacib sayır.
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman məsələ ilə bağlı yəhudi sosial ədalət qrupuna deyib ki, razılaşmada Tehrana nüvə silahı istehsalı üçün lazım olan vaxtdan daha uzun müddət verildiyindən, İsrail yeni səviyyədə müdafiə olunur. Vendi Şerman Birləşmiş Ştatların İsrailə dəstəyindən geri çəkilməyəcəyinə söz verib. O deyib ki, Tehran nüvə razılaşmasının şərtlərini pozsa, ABŞ bunun qarşısını almaq üçün bütün variantlara malik olacaq. Bura İranın nüvə obyektlərinə aviazərbələr endirilməsi də daxildir. Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlar və dünya qüdrətlərinin İranla əldə etdiyi razılaşmanı kəskin tənqid edərək, bunun Tehranı yəhudi dövlətinin mövcudluğuna təhlükə yaradan atom silahı istehsalından çəkindirməyəcəyini bildirib. Qeyd edək ki, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya müzakirəçilərinin iştirakı ilə İranın nüvə proqramının məhdudlaşdırılmasına dair ilkin razılıq aprel ayının 2-də əldə edilib. Tərəflər iyun ayının 30-dək yekun saziş əldə ediləcəyinə ümid bəsləyir. Lakin indiki vəziyyət razılaşmanı sual altına alır.
Əslində, bu vəziyyət İranı da narahat edir və razılıq olmayacağı təqdirdə Tehran ABŞ və İsrail tərəfindən mümkün hərbi müdaxilələrə qarşı ciddi hazırlıq görür. İranın S-300 zenit-raket komplekslərini Rusiyadan mümkün qədər tez almaq niyyəti də bununla izah olunur. Artıq ABŞ bundan narazılığın ifadə edib. Ağ Evin rəsmisi Coş Ernest bildirib ki, Rusiyanın təşəbbüsü İrana qarşı beynəlxalq sanksiyaların tədricən yumşaldılması prosesinə zərbə vura və beynəlxalq ictimaiyyətin birliyini poza bilər. İsrail rəsmiləri də İrana qarşı S-300 embarqosunun ləğvindən məmnun deyillər. İsrailin kəşfiyyat işləri üzrə naziri Yuval Ştaynits deyib ki, İran Lozannada əldə edilmiş nüvə sövdələşməsinin bəhrələrini görür. ABŞ-ın Xarici Əlaqələr Şurasından hərbi analitik Elliot Abrams deyir ki, S-300 raketləri bütün regionda hərbi eskalasiyaya gətirib çıxaracaq. Sanksiyaların yumşaldılması nəticəsində İrana kapital axını başlayacaq və Tehran bundan hərbi mövqelərini gücləndirmək üçün istifadə edəcək. Ekspert hesab edir ki, S-300 raketləri hələ son deyil. Rusiya sanksiyaların yumşaldılmasından İranı digər güclü silah sistemləri ilə təchiz etmək üçün də istifadə edəcək. Bu da Yaxın Şərqdə sünni-şiə qarşıdurmasının getdikcə böyüdüyü vaxtda Rusiyanın İranı gücləndirmək siyasətini göstərir.
İranın Rusiyadan S-300 PMU-Favorit zenit-raket sistemləri almasına dair müqavilə 2007-ci ildə bağlanmışdı. Müqavilənin dəyəri 800 milyon dollar idi. Lakin İsrail və ABŞ bu sövdələşmədən xəbər tutan kimi Rusiyanı raketləri İrana verməkdən çəkindirməyə çalışdı. 2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedyev komplekslərin İrana verilməsinə dair müqavilənin yerinə yetirilməsini qadağan edən fərman verdi. Lakin Qərblə münasibətlərinin pisləşməsi fonunda Vladimir Putin İrana bu raketlərin satılmasını qadağa edən fərmanı ləğv edib.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ