Ukrayna prezidenti Petro Poroşenkonu sahibi olduğu "Roshen" şirkətinin dünyanın bir çox yerində satılan şokoladlarının taleyi Rusiyada sual altına düşüb. Rusiya hakimiyyəti Poroşenkoya məxsus konfet fabrikinin aktivlərini müsadirə edib.
Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident seçilmədən əvvəl milyardlarla dollarlıq sərvətini şokolad istehsalından əldə edən Poroşenkonun "Roshen" fabrikində bir müddət əvvəl Rusiya hakimiyyəti tərəfindən aparılan yoxlamalar zamanı qanunsuzluq aşkarlanıb. Reyddən sonra verilən rəsmi açıqlamada Lipetsk bölgəsindəki fabrikdə 180 milyon rubl (təxminən 3.5 milyon dollar) vergidən yayındırıldığı açıqlanıb.
Poroşenko seçkidən əvvəl "Roshen” şirkətini satacağını vəd etmişdi. "Roshen” şirkəti isə aprelin 28-də bəyan edib ki, rusiyalı məmurlar şirkətin Rusiyada səhmlərini satmasının qarşısını almaq üçün qəsdən bütün mümkün tədbirlərə əl atırlar.
"Kommersant” yazır ki, Moskvadakı bir məhkəmə bu borcun az qala 10 qatına bərabər - fabrikin 2 milyard rubl (təxminən 38 milyon dollar) aktivlərinə həbs qoyulması barədə qərar çıxarıb.
"Roshen” aktivlərinin müsadirə edilməsindən şikayət verəcəyini bildirir. Lipetskdəki fabrikin direktor müavini Oleq Kazakov isə bildirib ki, səhmlərin müsadirə edilməsinə baxmayaraq istehsal davam etdiriləcək.