Azərbaycan Avropa İttifaqının (Aİ) strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının tərəfdaşlıq proqramında prioritet təşkil edir.