şənbə günü, 28 noyabr 2026
     

Azərbaycanda Kerriyə qarşı etirazlar başlayıb

Image


"ABŞ dövlət katibi Con Kerri öz dövlətinin mənafeyinin ziddinə gedərək ermənilərin maraqlarına xidmət edirsə və antiazərbaycan şəbəkəsi formalaşdırırsa, bu onun çox qüsurlu adam olmasına dəlalət edir". Bu barədə "Trend"ə politoloq Qabil Hüseynli Con Kerrinin antiazərbaycan kampaniyasına rəhbərlik etməsi barədə məlumata münasibət bildirərkən deyib.
Q.Hüseynli bildirib ki, C.Kerri ermənipərəstdir, amma onun üçün ABŞ-ın mənafeyi hər şeydən üstün olmalıdır: "ABŞ-ın mənafeyi isə Cənubi Qafqazda ən inkişaf etmiş ölkə olan Azərbaycanla əlaqələrin inkişaf etdirilməsini tələb edir, çünki dünyanın əsas enerji mənbələrindən, enerji dəhlizlərindən biri Azərbaycandır. Bu enerji mənbəyi, enerji dəhlizi funksiyasını həyata keçirən Azərbaycanla münasibətlərin inkişafı ABŞ, Qərb üçün çox böyük əhəmiyyətə malikdir".
Politoloqun sözlərinə görə, ABŞ-ın bir çox tanınmış mətbuat orqanlarında dəfələrlə Azərbaycanın strateji əhəmiyyəti haqqında məqalələr dərc edilib. O bildirib ki, bu məqalələrdə ABŞ Prezident Administrasiyasına Azərbaycanla strateji əməkdaşlıq tellərini daha da inkişaf etdirmək tövsiyə edilib: "Belə olan halda Con Kerri antiazərbaycan kampaniyasında iştirak edirsə, bu, dövlət katibi kimi yüksək vəzifə tutan adama yaraşmır".
Bu kampaniyanın, xüsusilə İlk Avropa Oyunları ərəfəsində genişlənməsinə münasibət bildirən Q.Hüseynli deyib ki, bunun heç bir faydası olmayacaq: "Onlar sevinsinlər ki, Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edir. Hansı ölkə Oyunları bu səviyyədə keçirəcəkdi? Azərbaycanda müasir olimpiya kompleksləri tikilib, Olimpiya növünə aid bir çox yarışların keçirilməsi üçün ideal səviyyədə idman bazaları təmir edilib. İlk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycanda İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Kimsə bunu qiymətləndirə bilmirsə, ya siyasi cəhətdən kordur, ya da Avropaya qarşı təxribat hərəkətləri törətmək istəyir. Amma bunların hamısı əbəsdir. Avropa ölkələri İlk Avropa Oyunlarında iştirak edəcəklərini, yüksək səviyyəli idman komandaları göndərəcəklərini bildiriblər. Mən İlk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə şübhə etmirəm. Kerri antiazərbaycan kampaniyasında iştirak edirsə, bu, dövlət katibi kimi yüksək vəzifə tutan adama başucalığı gətirmir. İlk Avropa Oyunlarını siyasiləşdirməklə onlar heç nə qazanmayacaqlar".
"ABŞ dövlət katibi Con Kerrinin antiazərbaycan mövqeyi hələ 90-cı illərin əvvəllərindən məlumdur. O zaman Qorbaçova məktub ünvanlayaraq erməniləri müdafiə edib Azərbaycana qoşun yeridilməsinə çağıran məktubun müəlliflərindən biri məhz Con Kerridir". Bunu millət vəkili Fəzail Ağamalı son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının C.Kerrinin konqresdəki ofisindən idarə olunmasına münasibət bildirərkən deyib. F.Ağamalı qeyd edib ki, C.Kerri erməni diasporunun pulu ilə yaşayan, ayaqda dayanan bir insandır: "Bütün mənalarda Con Kerri hər zaman antiazərbaycan mövqeyi sərgiləyib və bu gün də Azərbaycana qarşı aparılan kampaniyaların hamısı həm də Con Kerrinin birbaşa fəaliyyətinin nəticəsidir".
Millət vəkili hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət C.Kerrinin əlində qalıbsa və özünün siyasətini C.Kerri vasitəsilə reallaşdırırsa, bu artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir: "Çox təəssüf olsun ki, bu gün ABŞ-ın xarici siyasətində məhz Con Kerrinin rəhbərliyi altında bir erməni barmağı dayanır. Nə qədər ki, ABŞ-ın xarici siyasətində Con Kerri aparıcı mövqedə dayanır, ABŞ-ın bu və ya digər səviyyədə antiazərbaycan siyasəti davam edəcək. Ona görə də biz faktlara, arqumentlərə söykənərək Con Kerrinin ifşa olunmasında iradəmizi ortaya qoymalıyıq". Onun sözlərinə görə, hazırda bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda bu cür fəaliyyətin məqsədi Azərbaycanın uğurlarına kölgə salmaq, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına maneçilik törətmək və ölkəmizin yüksəlməkdə olan nüfuzuna xələr gətirməkdir: "Bunların heç biri alınmayacaq. Artıq Azərbaycan ilk Avropa Oyunlarının məşəlini yandırıb, bütün Avropa dövlətləri də bu Oyunları yüksək qiymətləndirir. Heç bir şübhə yoxdur ki, bu Oyunlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək".
"Antiazərbaycan kampaniyasının aparılması, əslində, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdan irəli gəlmir". Bunu hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov son araşdırmalar nəticəsində məlum olan məsələyə - antazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün onun yaxın gələcəkdə insan hüquqlarının daha çox pozulduğu ölkələrin xəritəsində yerinin möhkəmləndirilməsi üçün işlərin aparılacağı və bunun üçün yerli QHT-lərdən istifadə ediləcəyinə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycana qarşı belə kampaniyalar dövlətlər, onların hakimiyyət orqanları tərəfindən təşkil edilir: "Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər də birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb fəaliyyət göstərən və sifarişlərini həyata keçirən təşkilatlardır".
S.Məmmədov əlavə edib ki, antiazərbaycan kampaniyasının qarşısının alınması üçün yalnız yerli mətbuatda etirazedici yazılar yazmaqla kifayətlənmək lazım deyil: "Azərbaycanla bağlı faktları, reallıqları olduğu kimi təqdim etmək üçün bu hallara qarşı sistemli şəkildə iş aparılmalıdır. Bu iş Azərbaycana qarşı yönələn fikirləri rədd etməkdən ibarət olmalı deyil. Sistemli şəkildə işləmək lazımdır". Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanın dünyanın aparıcı dillərində ölkədə insan hüquqlarının qorunması ilə bağlı real vəziyyəti, kütləvi informasiya vasitələrinə dəstəyi əks etdirən resursları artırılmalıdır: "Biz əks işimizi yaxşı qurmalıyıq və Azərbaycanın mövcud strateji vəziyyətini, ölkənin islam dünyasında dünyəvi modelə sahib bir ölkə olduğunu göstərməliyik. Biz belə şeylərə hazır olmalıyıq. Eyni zamanda, vətəndaş cəmiyyəti elə inkişaf etməlidir ki, belə hallar yarandıqda üçüncü sektor mövqeyini bildirsin".






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ