şənbə günü, 28 noyabr 2026
     

Rusiya Avropanı parçaladı

Image


Şimal qonşumuza qarşı tətbiq edilən sanksiyaların təkcə Rusiya yox, Avropa iqtisadiyyatına da zərər vurması artıq Qərbdə böyük narahatlığa yol açmaqdadır. Elə bu səbəbdən Avropada Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını istəyənlərin sayı artır. Ümumiyyətlə, bu məsələnin hazırda Avropanı iki cəbhəyə parçalması müşahidə olunur.
Hətta Avropanın ən öndə gedən dövlətləri arasında belə bu xüsusda kəskin ziddiyyət hökm sürməkdədir. Məsələn, İtaliya İqtisadi İnkişaf Nazirliyinin ticarət siyasəti idarəsinin rəhbəri Federiko Eyxberg Romanın sanksiyalar əleyhinə olduğunu bildirir: "Rusiya əleyhinə sanksiyaların uzadılmasına qarşı çıxacağıq". O, Rusiyanın İtaliya üçün etibarlı tərəfdaş olduğunu bildirib: "İtaliya fevraldan bu yana açıq və dəqiq şəkildə söyləyir: Nazirlər Kabinetimiz Rusiyaya qarşı sanksiyaların uzadılması üçün səs verməyəcək. Biz Rusiyaya, firavan ölkəyə və etibarlı tərəfdaşa inanırıq".
Almaniya kansleri Angela Merkel isə, əksinə, sanksiyaların uzadılmasında maraqlı olduqlarını bildirir. O bildirib ki, Avropa Birliyinin liderləri iyul ayında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uzadılması məsələsini müzakirə edəcək: "Görünür, Minsk razılaşmalarının icrası avqust-sentyabr aylarından daha uzun müddət davam edəcək. Bu isə iyul ayında sanksiyaların uzadılması barədə məsələnin müzakirəsi və bu barədə qərar qəbul etməyimizi zəruri edir". Almaniya kansleri həmçinin xatırladıb ki, bu ilin martında Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin Minsk razılaşmalarının icrasından asılı olacağı barədə qərar verib. Polşa prezidenti Bronislav Komorovski isə etiraf edir ki, bir çox Avropa ölkəsi Rusiyaya qarşı sanksiyaları minimuma endirmək istəyir. Onun sözlərinə görə, sanksiyalar Rusiyaya yetərincə təsirini göstərib: "Sanksiya siyasəti olduqca incə bir ipdən asılıb. Bu ancaq Rusiyadan asılı deyil. Avropa Birliyi ölkələrinin böyük hissəsi Rusiyaya qarşı sanksiya siyasətini başa çatdırmaq istəyir. Lakin biz Polşa dövləti olaraq sanksiyaların davam etdirilməsinin tərəfdarıyıq. Sanksiyalar məsələsi bütün Qərb dünyasının ən çətin müzakirə olunan məsələsi olaraq qalacaq".
Çexiya prezidenti Miloş Zeman isə bildirib ki, Rusiya və Avropa Birliyinin iqtisadiyyatlarının gələcək inteqrasiyasını arzulayır: "Bir tərəfdə xammal resursları, digər tərəfdə müasir texnologiyalar. Bütün dövlətlərin inkişaf səviyyəsinə müsbət təsir edəcək iqtisadiyyatı yaratmaq lazımdır". Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Miloş Zemanın Rusiya və Avropa Birliyinin ümumi gələcəyi barədə fikirlərini dəstəkləyib. Sergey Narışkin Rusiya və Avropanın birləşməsinə başlamağı təklif edib. Spiker hesab edir ki, bunu yalnız arzu etmək azdır: "Bu barədə ucadan danışmaq və müzakirələrə başlamağın əsl vaxtıdır. Zeman Avropa Birliyinin üzvlərinin Rusiya Federasiyasının tərkibinə birləşəcəyini istisna etməyib. Ölkəmiz iki regional birləşmənin - Avrasiya İqtisadi Birliyi və Avropa Birliyinin gələcək inteqrasiyası imkanı haqqında dəfələrlə danışıb. Məsələnin bu şəkildə qoyuluşunu fantaziya hesab etmirəm". O həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qarşı çıxaraq onların hər iki tərəfə zərər verdiyini bildirib.
Belə vəziyyətdə Avropanın Rusiyaya qarşı sanksiyaları uzadacağı inandırıcı görünmür. Ancaq o da maraqlıdır ki, Rusiya bu vəziyyətdə də Ukraynadakı aqressiv fəaliyyətini dayandırmır. Moskvanın dəstəklədiyi separatçılar burada yenidən aktiv fəaliyyət keçiblər. Özü də bu, Ukrayna prezidenti Petro Poroşenkonun ölkənin NATO üzvlüyü məsələsinə dair referendum elan edəcəyini açıqlamasından sonra baş verir. Poroşenko bildirib: "Ukraynanın NATO-ya qoşulması fundamental məsələdir və mən bu məsələ barədə referendum təşkil edəcəyəm, qərarı xalq verəcək". Ukrayna prezidentinin ölkənin NATO-ya üzv olmaq niyyətindən əl çəkmədiyi və bu məsələyə dair referendum keçirməyə hazırlaşdığını elan etdiyi bir vaxtda ölkənin şərqində Rusiyameylli separatçılar ağır silahları və tankları işə salıblar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Donetskdə separatçılar iriçaplı minaatanlardan, tanklardan, özüyeriyən artilleriya qurğularından, zenit qurğularından və digər silahlardan istifadə etməklə atəşkəsin pozulmasını intensivləşdiriblər. ABŞ Dövlət Departamentinin rəsmisi Meri Harf isə bəyan edib ki, Rusiya Ukraynanın şərqində hava hücumundan müdafiə sistemlərinin sayını artırıb və separatçılara bu sistemlərdən istifadə üzrə təlimlər keçir. Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalıy bunlara cavab olaraq bildirib ki, Ukrayna Avropa Birliyi ölkələrindən silah alır.
Onun sözlərinə görə, bunun bütün detallarını aça bilməz: "Bu barədə, ümumiyyətlə, çox danışmamaq daha yaxşıdır. Biz açıqlaya bilmərik ki, hansı ölkələrdən hansı silahları alırıq. Amma deyə bilərəm ki, bu var. Kiyev istəyərdi ki, hərbi-texniki sahədə daha aktiv olsun".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Trampın kürəkəninin Putin haqda sözləri Kiyev və Avropanı ayağa qaldırdı - Kuşnerin danışıqlardakı taleyi sual altına düşdü...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ