şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Con Kerri ABŞ-da təşkil olunmuş anti-Azərbaycan kampaniyasının əsas fiquru kimi...
Tarix: 29.04.2015 / 04:37
Bölmə: Siyasət
Üstü açılmış bu planı Azərbaycanda dövlət çevrilişi taktikası da saymaq olar
I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində bildirib ki, "belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". Bu ilin yanvarında Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, "Bakı-2015" Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin, Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər".
Patrik Hikkinin də fikrindən görünür ki, Azərbaycan həm qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb. Ən azından, buna görə I Avropa Oyunlarını qəbul etməyə, oyunların yüksək səviyyədə keçirilməsi üçün genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi. Bu, ümumilikdə Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir.
APA Analitik Mərkəzinin bununla bağlı apardığı araşdırmaya görə, çox təəssüf ki, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq niyyətini açıq şəkildə ortaya qoyub. Təsadüfi deyil ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, I Avropa Oyunlarını "boykot" çağırışları edilir, möhtəşəm idman yarışlarının "əhəmiyyətsizliyi", Avropanın diqqətindən "kənarda qaldığı" rəyinin formalaşdırılmasına cəhdlər olunur. Belə demək mümkünsə, I Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı həyata keçirilir. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur. Çünki yaxın keçmişdə MDB məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil olunmuş belə kampaniyalara məruz qalıb. Bu fəaliyyətin əsl motivləri bəlli olsa da, həmin dairələr onu ciddi-cəhdlə gizlətməyə, qondarma iddialarla öz niyyətlərini ört-basdır etməyə çalışır. Konkret olaraq Azərbaycana gəldikdə, əsas motiv kimi uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət halları törətmələrinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb olunmuş "5-ci kolonu"n üzvlərini müdafiə etmək məqsədi dayanır. Agentliyin bir neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyi sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan verib. Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olacağını nəzərə alaraq, həmin sənədlərin təfsilatını açıqlamağı məqsədəuyğun hesab etdik.
ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, "Azərbaycana öz davranışlarına görə yerini göstərməyin zamanı gəlib". Bu ayın əvvəlində Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla, bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla, 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində "milli şura" adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alsaq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə olaraq, ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir.
"İnsan hüquqları naminə idman" kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar" layihəsinin icrasına başlanıb. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda I Avropa Oyunları, parlament seçkiləri, "Formula 1" yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.
Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın İnternational Media Support, həmçinin Platform London, Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak edib. Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi ifadə edilib.
Görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu ilin iyununda Bakıda I Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, kommunikasiya, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib.
Sənəddə qeyd olunub ki, kampaniyanın məqsədi - "hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir". Təkliflərə əsasən, sənəddə "siyasi məhbus" kimi təqdim olunan şəxslərin həyat hekayələrinin təbliği, Azərbaycanın mənfi imicinin yaradılması, hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma kampaniyasının təşkili, Azərbaycanın müasir mənzərəsinin təhrif olunması, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli və qeyri-obyektiv məlumatların dövriyyəyə buraxılması, ölkəmizin iqtisadi, regional inkişafının təkzib edilməsi və alternativ mənfi xarakterli məlumatların ictimailəşdirilməsi, idman obyektlərinin müasir standartlara cavab verməməsi, I Avropa Oyunlarına çəkilən xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə çatdırılması ilə bağlı qərəzli məlumatların yayılması və digər tədbirlər daxil edilib. Məsələn, hazırda Praqada olan "Azad İqtisadiyyata Yardım" İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub. İnternetdə isə kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi təmin edilməlidir. Məsələn, karikaturaların hazırlanması Emin adlı şəxsə tapşırılır, Atilla adlı digər şəxs isə məhbusların həyat hekayəsini yazmalıdır. İnfoqrafikanı Zöhrab İsmayıl, Anar, Melodi və Emin adlı şəxslər həyata keçirir, layihə əlaqələndiricisi Domi Gulya isə işə cəlb olunacaq jurnalistlərin siyahısının hazırlanmasına rəhbərlik edir. Beynəlxalq səviyyədə aparıcı idman təşkilatlarına müraciətlərin göndərilməsi, beynəlxalq medianın diqqətinin idman yarışlarından ayrılaraq başqa istiqamətə yönəldilməsi, Avropa Oyunlarında iştirak edən ölkələrdə aksiyalar təşkil edilməsi, xüsusi sənədli filmlərin hazırlanması, onların BBC və Al-Жazeera telekanalları vasitəsilə yayılması, Avropa siyasətçilərinə təzyiq məqsədilə mesajlar göndərilməsi, tanınmış idmançıların Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsi planlaşdırılır. Həmçinin bu işləri həyata keçirəcək məsul şəxslərin siyahısı tərtib olunur.
İlkin müzakirələrdən bir ay sonra, yəni fevralın 15-də "İnsan hüquqları naminə idman" kampaniyası layihəsi tam hazırlanaraq maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib. Məlumata görə, bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub və onun icrasına küllimiqdarda vəsait ayrılıb. Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq, layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər. Kampaniyaya İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcək. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata keçirir. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub. R.Vinsent vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb, sonra isə Article XlX təşkilatının koordinatoru olub. Bu vəzifədə o, Azərbaycanla bağlı xüsusi yaradılmış və 10-dan artıq təşkilatın qoşulduğu Beynəlxalq Müşahidə Qrupunun fəaliyyətini əlaqələndirib.
Həyat yoldaşı Azərbaycandakı xarici neft şirkətlərindən birində çalışdığına görə R.Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib və Emin Hüseynov, Rəsul Cəfərovla birlikdə dövlətə qarşı müxtəlif kampaniyalar təşkil edib. Məsələn, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı bu trio "Demokratiya naminə oxu" kampaniyasını reallaşdırıb. Daha sonra isə "Demokratiya naminə incəsənət" kampaniyasına start verilib. Bundan başqa, R.Vinsent davamlı şəkildə xarici mediada Azərbaycan haqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallarla çıxış edib. Yəqin ki, bu "xidmətlərin" müqabilində R.Vinsent yeni anti-Azərbaycan kampaniyasının əsas fiqurlarından biri seçilib.
Layihənin preambulasında bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin) çağırışlarına biganə yanaşdığına görə "cəzalandırılmalıdır", ona qarşı koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə edilməlidir. I Avropa Oyunları həmin kampaniyanın pik zirvəsi kimi müəyyən edilib. Yaxınmüddətli perspektivdə məqsəd Azərbaycanı insan hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirilmək, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və "siyasi məhbus" kimi təqdim edilən "5-ci kolon" nümayəndələrinin azadlığa çıxmasına nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını fəallaşdırmaq və ictimai qınağı stimullaşdırmaq, Avropa institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı yönəltməkdir. Uzunmüddətli perspektivdə isə cəmiyyətdə "5-ci kolon" stereotipini dağıtmaq, Azərbaycan ictimaiyyətinin biganəliyini və passivliyini aradan qaldırmaq, vətəndaşlarda ölkədə baş verən müsbət dəyişikliklərin imitasiya xarakterli olduğu, əslində isə vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaq, QHT-lərin, medianın hökumət əleyhinə fəallığını təmin etmək və son nəticədə "cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və səfərbər etmək" məqsədi güdülür. Beləliklə, layihə sonda Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanlarını bərpa etməklə ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət dəyişikliyi ssenarisini reallaşdırmasına hesablanıb.
Göründüyü kimi, sənəddə əks olunmuş, Azərbaycanda, Avropada və internetdə həyata keçiriləcək tədbirlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz:
Hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması;
Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;
Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması:
ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması;
İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması;
Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla, kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;
Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi;
Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi;
İdmançıların bu kampaniyanın "xoşməramlı səfiri" olmağa cəlb edilməsi;
Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi;
Xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin təşkili;
Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi;
Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması;
Жurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla işbirliyinin qurulması və s.
Bütün bunların həyata keçirilməsi ilə paralel olaraq müxtəlif müraciətlər, bəyanatlar, on-line ərizələr, multi-media vasitələri və internetdə infoqrafika, parodiya xarakterli cizgi filmləri, satira və karikaturalar, dezinformasiya xarakterli məlumatlar yayılacaq, Twitter sosial şəbəkəsində gulaggames haştaqı ilə bağlı kampaniya aparılacaq, Trip Advisor da daxil olmaqla, nüfuzlu turizm saytlarının imkanlarından istifadə ediləcək və s.
Onu da əlavə etmək zəruridir ki, kampaniya çərçivəsində 2015-ci ilin sonuna kimi, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub.
Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu kampaniyalar bir çətir altında birləşdirilir və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar mövcuddur. Təsadüfi deyil ki, bu kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı start verilib. Daha sonra onun əsas hərəkətverici qüvvəsi olan İMS təşkilatının mərkəzi ofisinin yerləşdiyi Kopenhagendə geniş təqdimat nəzərdə tutulsa da, sonradan həmin tədbirin Article XlX-un təşkilatçılığı ilə dünən - aprelin 28-də Londonda keçirilməsi qərara alınıb. Həmçinin, əlavə sənədlərə əsasən demək olar ki, Azərbaycanla bağlı tədbirlər əsasən Gürcüstan vasitəsilə reasllaşdırılacaq və Tiflisin Azərbaycana qarşı qarayaxma kampaniyasında plasdarm rolu bir az da genişləndiriləcək.
Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyətimiz ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana və I Avropa Oyunlarına qarşı həyata keçirdiyi geniş kampaniya ilə üz-üzədir. Bu kampaniyanın uzunmüddətli xarakter daşıdığı, ölkəmizin dünyada mənfi imicinin formalaşdırılmasına və daxildə ictimai-siyasi sabitliyin pozulmasına yönəldiyi şübhəsizdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ