ABŞ-ın məşhur Princeton Universitetinin alimlərinin tədqiqatları dünyanı şoka salıb. Baki-xeber.com xəbər verir ki, alimlər bəyan ediblər ki, ABŞ-da artıq demokratiya yoxdur və bu ölkə üzün illər boyu deyildiyi kimi heç də demokratik dəyərlərin icra nümunəsi sayıla bilməz.
Alimlər iddia edir ki, dövlətin siyasi qərarları daha vətəndaşların mənafeyinə xidmət etmir və bu qərarlar "iqtisadi elita” adlanan bir qrup insan üçündür: "Vətəndaşların əksəriyyəti "iqtisadi elita” adlanan qrupla eyni fikirdə olmadıqda, ümumiyyətlə itirən tərəf olurlar”.
Universitetin araşdırmasına görə sözügedən qrup ABŞ hökumətinin siyasəti üzərində böyük təsirə malikdir. Qeyd edilir ki, ABŞ dünyanın istənilən yerində konfliktlərə öz xalqının yox, məhz həmin qrupun kommersiya maraqları naminə gedir.
Araşdırmaya görə, ABŞ hökuməti xarici siyasətini sözügedən siyasi-iqtisadi elitalar və iş dairələrinin maraqları üzərində qurur.
Araşdırmanın sonunda isə bu ifadələrə yer verilir: "Siyasətin müəyyən edilməsində güclü biznes mühiti və iqtisadi elita kimi qruplar hakim olursa, ABŞ-ın demokratik cəmiyyət olma iddiasının ciddi mənada təhdid altında olduğunu söyləyə bilərik”.