Q.Hüseynli bildirib ki, C.Kerri ermənipərəstdir, amma onun üçün ABŞ-ın mənafeyi hər şeydən üstün olmalıdır: "ABŞ-ın mənafeyi isə Cənubi Qafqazda ən inkişaf etmiş ölkə olan Azərbaycanla əlaqələrin inkişaf etdirilməsini tələb edir, çünki dünyanın əsas enerji mənbələrindən, enerji dəhlizlərindən biri Azərbaycandır. Bu enerji mənbəyi, enerji dəhlizi funksiyasını həyata keçirən Azərbaycanla münasibətlərin inkişafı ABŞ, Qərb üçün çox böyük əhəmiyyətə malikdir”.
Politoloqun sözlərinə görə, ABŞ-ın bir çox tanınmış mətbuat orqanlarında dəfələrlə Azərbaycanın strateji əhəmiyyəti haqqında məqalələr dərc edilib. O bildirib ki, bu məqalələrdə ABŞ Prezident Administrasiyasına Azərbaycanla strateji əməkdaşlıq tellərini daha da inkişaf etdirmək tövsiyə edilib: "Belə olan halda Con Kerri anti-Azərbaycan kampaniyasında iştirak edirsə, bu, dövlət katibi kimi yüksək vəzifə tutan adama yaraşmır”.