şənbə günü, 28 noyabr 2026
     

BAMF sədri BMT tribunasında Qarabağ problemini qaldırdı

Image


Bəzi etirazlar sessiya iştirakçılarının çoxluğu tərəfindən rədd edildi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsin Ekspertlərinin 14-cü sessiyasında iştirak etmək üçün ABŞ Nyu-York şəhərində səfərdədir.
20-24 aprel tarixləri ərzində BMT-nin Nyu-York şəhərindəki baş qərargahında baş tutan sessiya çərçivəsində BAMF sədri Umud Mirzəyev , BAMF-ın Nyu York təmsilçisi Sergey Matsko və «Ümid» Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov bir sıra rəsmilərlə görüşlər keçirib.
İlk görüş Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyində olub. BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin rolunu yüksək qiymətləndirərək, xüsusilə BMT-də birgə fəaliyyətin zəruriliyindən söz açıb. Bu tipli yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti haqqında danışılan görüşdə gələcək əməkdaşlığın imkanları da müzakirə olunub .
Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin Demokratiya Fondunda, o cümlədən nüfuzlu Kolumbiya Universitetində BMT-nin vacib agentlikləri olan BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı (UNHCR) və Avropa İttifaqının təmsilçilərinin də qatıldığı Ukraynadakı humanitar böhranla bağlı dinləmələrə də qatılıblar.
Daha bir görüş isə BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə baş tutub. BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olan BAMF-ın ən yüksək statuslu üzvlərin birgə şəbəkəsinin yaradılması ilə bağlı təklifi müsbət qiymətləndirən cənab Padova bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib. BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvlərinin Bakı və ya Nyu Yorkda toplantısının baş tutması isə bütün üzvlərə ciddi faydalar gətirə bilər , şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar aça bilər. Sonda cənab Padovaya BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində təlim keçən minadan zərərçəkən qadınlar tərəfindən toxunmuş nəfis xalça hədiyyə olunub.
Aprelin 23-ü isə BAMF sədri əsas müzakirə mövzusu «»Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli»ğ olan sessiyaya qatılıb. Bu tədbirdə BMT-yə üzv olan 193 ölkədən ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və rəsmilər iştirak edir . Xatırladaq ki, bu il BMT üçün xüsusi bir ildir. Çünki Minilliyin İnkişaf Məqsədləri artıq başa çatır və 2015-ci ildən sonrakı Dayanıqlı İnkişaf Məqsədləri müəyyənləşdirilir. Dayanıqlı İnkişaf Məqsədlərinə növbəti 15 il ərzində nail olunması hədəf kimi götürülür.
Məhz bu mövzuya uyğun sessiyada çıxış edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri çərçivəsində 15 il ərzində qazanmış olduğu uğurları xüsusilə vurğulayıb. Bunlar elektron hökumətin qurulması istiqamətində görülmüş işlər, ASAN xidmətin işə düşməsi və digər uğurlardır. Cənab Mirzəyev qeyd edib ki, dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı hökumət artıq zəruri işlərə başlayıb. Belə ki, hökumət dayanıqlı inkişaf məqsədlərinin bir çox aspektlərini əks etdirən və ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası hazırlayıb və bu konsepsiyanın dövlət proqramları vasitəsilə hədəf ilinə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra cənab Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF, vətəndaş cəmiyyəti təşkilatı olaraq, artıq bir neçə ildir 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF-ın müharibədən zərərçəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu tendensiya olub.
Bununla yanaşı, dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşması və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyi də BAMF sədrinin çıxışında xüsusi vurğulanıb.
«Bu gün dünyamız konfliktlər məngənəsində yaşayır. Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir. Qlobal kataklizmlərin geniş dağıdıcı təsiri nəinki davamlı inkişaf, eləcə də bəşəri sülhün qorunması üçün ciddi təhlükəyə çevrilib. Belə bir həssas məqamda dövlətlərarası etimadın formalaşdırılması və gücləndirilməsi üçün beynəlxalq hüququn prinsiplərinə, sülhün bərqərar olması üçün qəbul edilmiş BMT qətnamələrinə ciddi hörmət edilməli, qərarların icra mexanizmlərinin tapılması istiqamətində qəti addımlar atılmalıdır. Artıq uzun illərdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri ilə, ərazilərinin işğalı, bir milyondan çox məcburi köçkün faktoru ilə üz-üzədir. Konfliktin nizamlanması üçün hələ 90-cı illərin əvvəllərində qəbul edilmiş 4 BMT qətnaməsinin prinsiplərinə riayət olunmaması, regionda sülhün qorunması, davamlı stabil dayanıqlı inkişafın təmin edilməsinə ciddi təhlükə yaratmaqdadır» - deyə BAMF sədri sessiya iştirakçılarına müraciət edib.
Bu baxımdan da münaqişələrin dayanıqlı inkişafa maneə olmasını əsas hesab edən BAMF sədri sülh quruculuğunun və sülhməramlı fəaliyyətlərin, eləcə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırlması üçün dayanıqlı inkşaf gündəliyində ayrıca prioritet sahələrin müəyyənləşdirlməsinin mühüm əhəmiyyət kəsb etdiyini xatırladıb.
Bundan başqa, cənab Mirzəyev hökumətlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sosial etimadın formalaşdırılması istiqamətində beynəlxalq təşəbbüslərinin dəyərləndirilməsi, konflikt bölgələrində vətəndaş cəmiyyəti təşkilatlarının işinin daha da gücləndirilməsi və dəstəklənməsi, xalqların sülh şəraitində yaşamasını özündə ehtiva edən ayrıca bir məqsədin yeni inkişaf gündəliyində yer almasını təklif edib.
«Biz BAMF olaraq düşünürük ki, Yeni İnkişaf Gündəliyi hökumətləri qarşılıqlı etimad və əməkdaşlıq imkanlarının genişləndirilməsinə səsləməli, insan kapitalına daha çox vəsait qoyulmasını stimullaşdırmalı, sülh və ədalətin qorunmasına töhfə verən daha çox məqsədin yer almasına çalışmalıdır».
«Bizim istədiyimiz dünyanın qurulmasında bütün maraqlı tərəflərin öz vədlərinə sadiq qalmasını arzu edirik» - deyə çıxışını yekunlaşdıran cənab Umud Mirzəyev, bütün sessiya iştirakçılarına üz tutaraq növbəti 15 ildə dayanıqlığın bütün sahələrdə əldə olmasını diləyib .
Cənab Mirzəyevin çıxışı sessiyada çox yüksək qiymətləndirilib. Sessiyada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını təmsil edən, İngiltərənin ən müxtəlif hökumət strukturlarında mühüm postlarda çalışan xanım Marqaret Saner Umud Mirzəyevin çıxışına müsbət yanaşsa da, dövlətlərarası münasibətlərdə mövcud münaqişələrin hazırda ekspertlər şurasının gündəmində olmadığını iddia etməyə çalışıb. Tədbirdəki digər iştirakçı Florida Beynəlxalq Universitetinin Dövlət İdarəetməsi və İcma Xidməti İnstitutunun direktorudur, dövlət idarəetməsi üzrə müəllim Allan Rosenbaum xanım Marqaret Sanerin bu yanaşmasının düzgün olmadığını əsas gətirərək, Umud Mirzəyevin kifayət qədər ciddi məsələyə toxunduğunu bildirib və Azərbaycan təmsilçisinin mövqeyini açıq şəkildə dəstəkləyib. Tədbirdə çıxış edən «Ümid» Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov isə İctimai İştirakçılıq və QHT menecmentinin tədris olunması ilə bağlı maraqlı təkliflərlə çıxış edib.
Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasına qatılması Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ