ABŞ-da ermənilərin türk bayrağına hörmətsizlik etməsinə sərt reaksiya verən azərbaycanlı gənc saxlanıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, ermənilərin türk bayrağına hörmətsizlik endiyini görən azərbaycanlı gənc bayrağı onların əlindən alıb.
Hadisə Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında baş verib. Belə ki, Ağ Evin qarşısından başlayan türklərin "Barış və Həmrəylik" yürüşünə qatılan təxminən 7 min adam günorta saatlarında Türkiyə səfirliyi qarşısına gəlib.
Həmin vaxt ermənilər də qarşı tərəfdə toplanıb. Türk Bayrağına sayğısızlıq edildiyini görən azərbaycanlı gənc buna etiraz edib və bayrağı onların əlindən alıb. Sonra isə o polis tərəfindən saxlanıb.
Aksiya zamanı ermənilər iki dəfə türk bayrağını yerə ayaq altına almaq istəyib. Buna sərt reaksiya verən türk və azərbaycanlılarla ermənilər arasında gərginlik yaranıb. Səfirlik qarşısında gözləyən təhlükəsizlik işçiləri qruplar arasında yaşanan qısa müddətli qarşıdurmaların qarşısını alıb.
İçində türk bayrağı olan avtomobilə erməni qrupun qarşısından keçən bir Azərbaycan vətəndaşını ermənilər dayandıraraq bayrağı götürüblər. Bunun ardınca türklər də olaya müdaxilə ediblər.
Avtomobildən enərək ermənilərə cavab vermək istəyən azərbaycanlı isə qarşıdurma zamanı polis tərəfindən saxlanıb.