Rusiya prezidenti Vladimir Putin dövlət kanalı "Rossiya 1"də "Prezident" adlı xüsusi proqramda milli təhlükəsizlikdən "pensiya planlarına" qədər maraqlı mövzulara toxunub. Baki-xeber.com xəbər verir ki, "Prezident" adlı film Putinin hakimiyyətdə keçən 15 ilinə həsr olunub.
Putinin açıqlamalarından qısa xülasələr:
Putin CIA-nın (ABŞ kəşfiyyatı) açıqlamadığı bir tarixdə (açıqlamadan bunun Buşun prezidentlik dövründə olduğu aydın görünür) Şimali Qafqazda Rusiyaya qarşı müharibə aparan qüvvələrlə Azərbaycan torpaqlarında birbaşa təmas qurduğunu, hətta onları avtomobillərlə təmin etdiyini bildirib. Rusiya prezidenti bunu dövrün ABŞ prezidentinə söylədiyini, həmsöhbətinin isə "Mən onları..." deyə pis ifadələr işlətdiyini bildirib.
Putin prezidentlik həyatının ən çətin günlərinin Beslanda məktəb, Moskvada teatra terrorçuların hücumu zamanı çox sayda insanın ölməsi ilə nəticələnən hadisələrin olduğu iki günün olduğunu deyib.
2018-dəki prezident seçkisinə gəlincə, Putin özünü prezident xaricində həyata da hazır gördüyünü bildirib: "Əgər insan yalnız sarayların mühitində qalmadan sıradan bir həyata dönüb yaşamağa davam edə bilərsə o zaman xarici dünya ilə əlaqələrini qoparmayıb deməkdir".
Putin 1999-cu ildə baş nazir olan vaxt bir oliqarxın otağına gəlib, Yeltsin üzərindəki təsirini nəzərdə tutaraq "Burada prezident heç bir zaman olmayacaq" dediyini, özünün də "Gözləyib görərik" dediyini bildirib.
Rus lider oliqarxları necə zərərsizləşdirdiyinə dair suala isə çox qısa cavab verir: "Fərqli yollarla. Fərqli üsullarla".