şənbə günü, 28 noyabr 2026
     

Avropa Azərbaycan və Türkmənistandan cavab gözləyir

Image


Xəzərdə gərgin vəziyyət yaranır

Qərb ölkələri enerji təhlükəsizliyinin təmin olunmasında Xəzər hövzəsinə daha çox diqqət yetirməkdədirlər. Bu fonda "Transxəzər" kəmərinin çəkilməsi istiqamətində də Qərbin, o cümlədən Avropa ölkələrinin fəaliyyəti daha intensiv hala gəlməkdədir. Qərb ölkələri bir-birinin ardınca "Transxəzər"in çəkilməsinin vacibliyini qabartmaqda, bu xüsusda iştirakçı dövlətlərə bütün lazımi dəstəyi göstərməkdə hazır olduqlarını bildirirlər.
Belə bir vaxtda Birləşmiş Ştatların energetika naziri Ernest Morits bildirib ki, ABŞ Rusiyadan yan keçən "Transxəzər" qaz kəmərinin tikintisi layihəsində Avropa İttifaqını tam dəstəkləyir: "Biz Xəzər qazının alternativ yanacaq mənbəyi kimi Avropaya nəqli planlarını tam dəstəkləyirik. Avropa Komissiyası energetika sahəsində çox həssas tələblər irəli sürüb, bura Avropanın yanacaq təchizatının şaxələndirilməsi və bazar nizamlanması da daxildir". Xatırladaq ki, "Transxəzər" qaz kəməri Xəzərin dibindən keçməklə dənizin Türkmənistan və Azərbaycan sahillərini birləşdirməlidir. Bu kəmərlə nəql olunacaq türkmən qazının daha sonra TANAP kəməri ilə Türkiyə üzərindən Avropaya nəqli planlaşdırılır. Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç bu günlərdə bildirib ki, Türkmənistan və Azərbaycana "Transxəzər" qaz kəməri layihəsinə dair 2011-ci ildə imzalanmış memorandumu yeniləmək təklif edilib. Hazırda Brüssel bu təklifə cavab gözləyir: "2011-ci ildən Avropa İttifaqının "Transxəzər" qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var. Və biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baxacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var".
Qeyd edək ki, "Transxəzər"in reallaşmasına hazırda rəsmi Aşqabad xüsusi maraq göstərir. Hətta Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı belə bir məlumat yayıb ki, Türkmənistan öz qazının Avropaya ötürülməsi üçün BMT-yə Xəzərdə enerji təhlükəsizliyinin qarantı olmasını təklif edib. Qəzetin xəbərinə görə, bölgədə gedən proseslər artıq Aşqabadın xeyrinə dönməyə başlayıb: "Transxəzər" qaz kəmərinin tikintisinə Moskva və Tehran mane olur. Onlar Xəzərin statusu həll olunmayana qədər istənilən qaz kəmərinin buradan keçməsinə qarşı çıxış edirlər. "Transəfqanıstan" qaz kəmərinə gəlincə, hələlik bölgədə qeyri-stabil vəziyyət onun həyata keçməsini çətinləşdirir. Amma situasiya getdikcə Aşqabadın xeyrinə dəyişir". Qəzetə məsələni şərh edən politoloq Aleksandr Knyazev isə Türkmənistanın Xəzərə ABŞ qoşunlarını gətirmək istədiyini bildirib: "Görünür, Aşqabad BMT bayrağı altında ABŞ ordusunu Türkmənistana çağırmaq istəyir. Aydındır ki, Türkmənistan rəhbərliyi 2001-ci ildəki təcrübəni unutmayıb. O zaman regional siyasətdə əsas xarici oyunçular olan Rusiya və Çin ABŞ hərbi bazalarının Qırğızıstan və Özbəkistanda yerləşməsi ilə barışmışdılar".
Bu arada onu da xatırladaq ki, "Transxəzər" ildə 30 milyard kubmetrə yaxın türkmən qazının Avropaya nəqli üçün düşünülüb, ötən əsrin 90-cı illərinin sonlarında ABŞ tərəfindən irəli sürülüb. Bu ideya Rusiyanın bölgədə mövqelərinin zəif olduğu vaxtlarda xeyli aktual idi. Lakin Rusiyanın Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra "Transxəzər" layihəsi gündəmdən düşmüş hesab edilirdi. Azərbaycan və Türkmənistan bildirir ki, bu kəmər iki ölkənin Xəzərdəki milli sektorundan çəkiləcəyinə görə qərarı da onlar verməlidir. Lakin Rusiya Xəzərin statusunun qeyri-müəyyən olmasını, ətraf mühit problemlərini irəli sürərək buna imkan verilməyəcəyini bildirir. Buna paralel olaraq Rusiya durmadan Xəzərdəki donanmasını gücləndirir, tez-tez hərbi manevrlər keçirir və digər sahilyanı ölkələrə, regionda maraqları olan kənar dövlətlərə nümayiş etdirir ki, buradakı mövqeyindən geri çəkilmək istəmir. Lakin Rusiya mediası onu da xatırladar ki, Bakı ilə Aşqabad dənizin dibi ilə boru kəmərinin çəkilməsində razılığa gəliblər. Qeyd edilir ki, ortaq yanaşmaların tapılması tərəflərə əlavə problemlərə güc sərf etmədən birgə layihələrin reallaşmasına imkan verir. Burda əsas məsələ dənizin dibi ilə boru kəmərin çəkilməsi və beləliklə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan boru kəmərlərinin əlavə enerji mənbələri ilə təmin edilməsidir. "Nezavisimaya qazeta" yazır ki, bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca əhəmiyyətlidir: "Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün şaxələndirilmiş marşrutlara üstünlük verir. Düzdür, türkmən qazına maraqlı olan Uzaq Şərq alıcıları da var. Bununla yanaşı, Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və türkmən qazı Qərb üçün aktuallığını artırıb. Türkmən qazının Avropaya ən sərfəli çıxışı isə "Transxəzər" marşrutudur. Belə ki, Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, ordan da "Cənub Qaz Dəhlizi" ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər. Artıq rəsmi Bakı Türkmənistan və Mərkəzi Asiya qazına öz kommunikasiya vasitələrini verə biləcəyini açıqlayıb. İndi söz Qərbə qalır. Ekspertlərin fikrincə, əgər Avropa lazımi siyasi iradə göstərib Rusiya və İranın öhdəsindən gələcəksə, bu baş tuta bilər. Yəni bu işdə enerji təhlükəsi ilə qarşı-qarşıya qalan Qərb çalışmalıdır. Bakı və Aşqabad isə öz qazını satır və əlavə problem istəmirlər".
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ