İki gün əvvəl terror təşkilatı İŞİD-in mart ayında hava hücumları zamanı yaralanan və artıq təşkilatı idarə edə bilmədiyi iddia edilən lideri Əbubəkr əl Bağdadinin yerinə müvəqqəti olaraq sağ əli Əbu Ala Afrinin gətirildiyi bildirilirdi.
Baki-xeber.com xəbər verir ki, İraq hökumətinin sözçüsü Hişam Haşimi iraqlı keçmiş fizika müəllimi və Mosulda yaşayan Afrinin Bağdadidən daha çox nüfuzlu olduğunu bildirir.
Afri fizika müəllimliyi və ilahiyyat təhsil almasına baxmayaraq avtobus sürücülüyü edərək pul qazanırdı. 1990-cı illərdə Telaferin ilk tekfirci və cihad ideologiyasının təlimçisi olub. Afrinin çoxu vaxt gizli bəzən də açıq şəkildə Böyük Bazar Məscidində moizə oxuduğu qeyd edilir.
ABŞ ordusunun işğalı zamanı 2004-cü ildə məmləkətindən qaçan Afri, «Əl-Qaidə»yə qoşulub. Beynəlxalq terror təşkilatının İraqdakı əsas adamlarından biri olan Afri, sələfi kimi amerikalılar tərəfindən həbs edilmişdi, ancaq müəyyən bir müddət sonra sərbəst buraxılmışdı.
Bu xəbərlərin ardından Əbubəkr əl-Bağdadinin öldürüldüyü xəbərləri yayılıb. Məlumata görə, bir neçə gün əvvəl ABŞ-ın hava hücumunda yaralanan Əbubəkr əl-Bağdadinin öldüyü təsdiqlənib. Bağdadinin ölümünü təsdiqləyən İŞİD komandirləri yeni "xəlifə" Əbu Ala Afriyə beyət etdiklərini açıqlayıblar.
Mosuldakı mənbələr də terror təşkilatı rəhbərlərinin bir neçə gün əvvəl ABŞ-ın hava hücumunda yaralanan Bağdadinin ölümünü təsdiqlədiyini deyir. Mənbə bildirir ki, Bağdadi yaralandıqtan sonra aparıldığı Suriyanın Rakka şəhərində xüsusi həkimin yanında ölüb.