New York Times qəzetinin iddiasına görə, Ağ Evin kompüter sisteminə hücum etmiş rusiyalı hakerlər Barak Obamanın elektron poçtunun məxfiləşdirilməmiş hissəsini yararaq elektron məktublarını ələ keçirə biliblər.
Ağ Ev rəsmilərinin təbirincə, hakerlərin ələ keçirdiyi Obamanın elektron məktublarından heç bir məxfi informasiya daşımayıb, lakin onların əldə etdiyi elektron poçtda Obamanın iş cədvəli, onun diplomatlarla yazışması, təyinatlar, qanun layihələri və siyasət mövzusunda müzakirələr ola bilərdi.
Qəzetin yazdığına görə, ABŞ administrasiyasının yüksək rütbəli məmurlarının kabinetində adətən iki kompüter olur - biri məxfi yazışma üçün, ikincisi isə gündəlik adi qeyri-məxfi yazışmalar üçün.