Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda Ukrayna rəhbəri Pyotr Poroşenkonun prezident müşaviri olmaq təklifini qəbul edib. APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Mikulaş Dzurinda "Qromadske TV” telekanalının efirində bildirib.
"...Ümid edirəm ki, mənim təcrübəm sizin ölkə üçün faydalı olacaq. Ölkələrimiz arasında fərqlər olsa da, islahatlarda xeyli oxşarlıq var”, deyə Dzurinda bildirib və Ukraynada hakimiyyətin və pul axınının mərkəzləşdirilməsi istiqamətində addımların atılmasının vacib olduğunu vurğulayıb.
Dzurinda həmçinin sərmayəçilərin ölkəyə cəlb olunması üçün lazımi qanunların qəbul edilməsinin vacib addım olduğunu qeyd edib.