şənbə günü, 28 noyabr 2026
     

"Vertikal Qaz Dəhlizi" nədir?

Image


Azərbaycanın təbii qaz ehtiyatlarını Avropaya daşıyacaq yeni kəmərlərin inşasına start verildikdən sonra Qərbdə ölkəmizdən mavi yanacaq almaq istəyənlərin sayında artım müşahidə olunur. Bu xüsusda diqqətçəkən əsas məqamlardan biri isə Bolqarıstan, Rumıniya və Yunanıstanın iqtisadiyyat nazirliklərinin yeni vertikal qaz dəhlizinin inşası barədə imzaladıqları müqavilədir.
Həmin müqavilədən belə aydın olur ki, Bolqarıstan və Rumıniya Azərbaycan qazına getdikcə daha çox ümid bağlayırlar. Bolqarıstanın energetika naziri Жeço Stankov məsələ ilə bağlı deyib: "Biz nəhayət ki, yeni qaz mənbəyi alırıq, çünki indiyədək yalnız bir mənbəyə - Rusiyaya ümid edirdik". Güman olunur ki, yeni qaz kəmərinin inşası Bolqarıstanı Rumıniya və Yunanıstanın qaz şəbəkələri ilə əlaqələndirəcək. Qaz kəməri Azərbaycandan nəql olunan və Yunanıstandakı maye qaz terminallarından gələn "mavi yanacaqla" doldurulacaq. Bolqarıstan, Rumıniya və Yunanıstanın vertikal qaz dəhlizi TAP və TANAP layihələrindən ibarət "Cənub Qaz Dəhlizi"nə qoşulacaq. Əslində bu, Azərbaycanın 21-ci əsr layihəsi sayılan "Cənub Qaz Dəhlizi"nin dördüncü hissəsi kimi qəbul oluna bilər - "Şahdəniz", TAP, TANAP və şərti adlandırılan "Vertikal Qaz Kəməri"...
Xatırladaq ki, Bolqarıstan artıq Azərbaycanla 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr qaz tədarükü barədə müqavilə imzalayıb. TAP və TANAP-ın çəkilişi məhz bu vaxtda bitməlidir. Hazırda Bolqarıstan ildə 3 milyard kubmetr qaz tədarük edir və bu həcmin 95%-ni "Qazprom"dan alır. Lakin indi Azərbaycanın hesabına Bolqarıstan Rusiyadan olan enerji asılılığını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Özü də bütün bunlar o zaman baş verir ki, Avropa Komissiyası aprelin 22-də Rusiyanın "Qazprom" şirkətinə qarşı rəsmi ittiham irəli sürüb. Şirkət antimonopoliya qanunlarını pozmaqda günahlandırılır.
Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəsmisi Marqarit Vestager "Qazprom"un Estoniya, Latviya, Litva, Macarıstan, Bolqarıstan, Çexiya, Polşa və Slovakiyada monopoliya yaratdığını bildirib. İddia şirkətin müəyyən etdiyi neft və qaz qiymətlərinə də aiddir. Vestagerin bildirdiyinə görə, belə qərara gəliblər ki, "Qazprom" bir neçə Mərkəzi və Şərqi Avropa ölkəsində qazın sərbəst axınına süni əngəl yaradır və bununla azad rəqabət qaydalarını pozur. "Qazprom" isə dərhal Avropa Birliyinin bu ittihamını rədd edib və onun tamamilə əsassız olduğunu bəyan edib. Şirkət aprelin 22-də yaydığı bəyanatda bütün beynəlxalq normalara və fəaliyyət göstərdiyi bütün ölkələrin milli qanunvericiliyinə ciddi şəkildə əməl etdiyini bildirib.
Ekspertlər isə hesab edir ki, "Qazprom" Avropada mövqelərini qorumaq üçün müəyyən qabaqlayıcı addımlar atacaq. Xüsusən də Rusiya və Yunansıtan arasında son yaxınlaşmalardan "Qazprom" öz məqsədləri naminə istifadə etməyi düşünür. Belə görünür ki, "Qazprom" "Türk axını" qaz kəmərini mümkün qədər tez çəkməklə Avropada mövqelərini qorumağı düşünür. Şirkətin rəhbəri Aleksey Miller bildirib ki, "Türk axını" qaz kəmərinin Yunanıstan ərazisindən inşası üzrə Rusiya-Avropa konsorsiumu 2 milyard avro cəlb etmək niyyətindədir: "Heç bir şübhə yoxdur ki, Rusiya-Avropa konsorsiumu qaz kəmərinin tikintisini maliyyələşdirmək üçün zəruri olan 2 milyard avronu cəlb edə biləcək". Onun sözlərinə görə, Avropanın bir sıra şirkətləri artıq "Türk axını"na maraq göstərir. Qeyd edək ki, "Qazprom" "Türk axını" ilə Avropanın cənubuna ildə 47 milyard kubmetr qaz çıxarmağı planlaşdırır. Maraqlıdır ki, yunan hökuməti "Qazprom" təşəbbüslərinə tam dəstək verdiyini bildirir. Xatırladaq ki, "Qazprom"un "Cənub axını"nın əvəzinə ortaya atdığı "Türk axını" layihəsi də Qara dənizin dibi ilə çəkilməklə Türkiyə sahillərinə çıxarılaraq oradan Türkiyə-Yunanıstan sərhədinədək uzadılmalıdır. Bu da o deməkdir ki, TANAP-la "Türk axını" layihəsi Türkiyə-Yunanıstan sərhədinə çıxır. Elə bu fonda Rusiya "Türk axını"nın Yunanıstandan keçən hissəsinin çəkilişinə indidən nail olmağa çalışır. Bütün bu məsələlər Aleksey Miller Yunanıstanın baş naziri Aleksis Tsipras və energetika naziri Panayotis Lafazanislə görüşündə geniş müzakirə olunub. Artıq o da bəlli olub ki, Yunanıstan yaxın zamanda Rusiya ilə ölkə ərazisində "Türk axını"nı mərkəzi Avropa ilə birləşdirəcək qaz borusunun tikilməsi haqqında saziş imzalamaq niyyətindədir. Panayotis Lafazanis bu barədə bildirib: "Biz Rusiya tərəfi ilə diskussiyanı davam etdiririk və tezliklə Yunanıstan üçün, bölgədə və bütövlükdə, Avropada əməkdaşlıq üçün sərfəli qaz borusu haqqında sazişin əldə olunacağına ümid edirik. Bizim hökumət Yunanıstan-Rusiya əlaqələrinin aktiv inkişaf etməsini istəyir. Rusiya ilə xüsusilə də enerji sahəsində əməkdaşlıq bizim üçün mühüm strateji əhəmiyyət kəsb edir. Qaz borusu mövzusu bizim ölkəni çox narahat edir və bizim prioritetlər sırasındadır".
Beləliklə, Rusiya Avropaya qaz nəqlində yaranan rəqabətdə qətiyyən uduzmaq istəmir. Bu isə Kremllə rəqabətin getdikcə daha kəskin xarakter alacağını göstərir. Bu məsələdə Qərb ölkələri Azərbaycana dəstək versə də, yunan hökumətinin addımları proseslərin necə sonuclanacağını hələ dəqiq şəkildə proqnoz etməyə imkan vermir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ