şənbə günü, 28 noyabr 2026
     

Anadoluda ermənilərin qətl etdikləri türklərin yatdığı 10 kütləvi məzarlıq tapılıb

Image


YAP uydurma erməni soyqırımından əsl Xocalı soyqırımına qədərki yolu müzakirəyə çıxardı
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda konfrans keçirilib.
"Trend"in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, millət vəkilləri, Azərbaycandan və Türkiyədən olan ziyalılar, fəal gənclər və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan M.Qurbanlı bildirib ki, ermənilər tarixdən ibrət götürmürlər: "Ümummilli lider Heydər Əliyevin verdiyi fərmana əsasən ölkəmizdə erməni yalanları ilə əlaqədar mütəmadi tədbirlər keçirilir. Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyə, həm də Azərbaycan tərəfindən xeyli iş görülüb. Lakin ermənilər tarixi təhrif edərək həqiqəti qəbul etmək istəmirlər. Biz bu konfransda bu mövzular ətrafında geniş müzakirələr aparacağıq".
Tədbirdə çıxış edən S.Novruzov isə belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu tədbirlər yalnız silsilə xarakter daşımalıdır. S.Novruzov diaspor təşkilatlarının da bu istiqamətdə daha fəal iş aparmasının əhəmiyyətindən danışıb. O bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin seçkili orqanlarının fəaliyyətində daha fəal iştirak etməli, reallıqları onların diqqətinə çatdırmalıdırlar.
Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri B.Muradova isə ermənilərin qondarma "soyqırım"ı tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bir sıra Avropa dövlələri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmir və bunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar: "Ermənilər qondarma "soyqırım"ın tanıdılması istiqamətində fəal iş aparırlar. Bizim sakit dayanmağa haqqımız yoxdur. Biz heç də arxayınlaşmamalıyıq ki, bu tanıdılma heç də hüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, amma biz birgə və daha güclü mübarizəmizi davam etdirməliyik".
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İ.A.Coşqun isə qeyd edib ki, Avropa dövlətləri tarixi siyasi alət kimi istifadə etməyə çalışırlar. O bildirib ki, 24 aprel Türkiyəyə qarşı bir qarayaxma günüdür. Səfir vurğulayıb ki, Avropa Parlamentinin və Avstriya Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı türk dünyasına meydan oxumaq kimi başa düşülə bilər:
"Əgər 1915-ci ildə baş verən hadisələri incələmək istəyiriksə, ermənilərin iddialarının nə dərəcədə real olduğunu bilmək istəyiriksə, daha dərinə getməliyik, tarixi araşdırmalıyıq. Lakin biz görürük onların məqsədi bu deyil, onlar tarixi siyasi yolda alət edirlər. Ümid edirik ki, tarixi siyasi alətə çevirmək cəhdləri baş tutmayacaq".
Səfir həmçinin bildirib ki, Dağlıq Qarabağda və Xocalıda baş verən hadisələrin də araşdırılması və bundan da nəticə çıxarılması vacibdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da erməni yalanlarından danışıb.
Dünyanın müxtəlif ölkələrinin parlamentləri saxta "erməni soyqırımı" ilə bağlı qərarlar qəbul edir və bundan Türkiyəyə qarşı təzyiq kimi istifadə edirlər. "Trend" xəbər verir ki, bunu Türkiyə Atatürk Tədqiqatlar Mərkəzinin rəhbəri Məhmət Əli Beyhan dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Bakıda "Uydurma "1915-ci il erməni soyqırımından" Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda keçirilən konfransda bildirib.
M.Ə.Beyhan qeyd edib ki, tarixdə ermənilərə qarşı heç bir soyqırım aktı baş verməyib: "Arxiv sənədlərini araşdırdıqda soyqırımla bağlı hər hansı bir ifadəyə rast gəlinməyib. Ermənilərin Şərqi Anadoluya köçürülməsi məsələsi olub. Ruslar isə erməniləri silahlandıraraq müsəlmanlara qarşı qaldırıblar. Bu gün Şərqi Anadoluda 10-a yaxın toplu məzarlar aşkar edilib. Bunlar türk məzarlarıdır. Amma dünya bundan heç danışırmı? Amma bizə qarşı "soyqırım" iddiası irəli sürülür və Türkiyəni çətin vəziyyətdə qoymağa çalışırlar. Bu gün Əlcəzairdə törədilənləri heç kim Fransadan soruşmur. Bu gün Fələstində müsəlmanların evləri dağıdılır. Amma sonra arsızca həmin evlərin bərpası üçün "filan qədər tikinti materialı yardım etdik" deyirlər. Müasir dövrümüzdə Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən minlərlə azərbaycanlı qətl edilib, amma dünya bunu sadəcə kənardan müşahidə edir".
Onun sözlərinə görə, 1878-ci il Berlin konqresinə qədər Osmanlı dövlətində hər hansı erməni məsələsi müzakirə mövzusu olmayıb. Belə bir məsələ qətiyyən olmayıb: "Böyük, geniş torpaqların olduğu, çoxlu dilin olduğu bir coğrafiyada ermənilər də yaşayırdı. Onlar kənd təsərrüfatı və maldarlıqla, ticarətlə məşğul olublar, dövlət səviyyəsində vəzifə alıblar. 1878-ci "Yaşıl köy" müqaviləsindən sonra isə Berlin konqresində erməni məsələsi ortaya gətirildi. Osmanlı dövlətinin ərazisində ermənilərin çoxluq təşkil etdikləri bölgələrdə guya təhlükəsizliyin təmin edilməsi adı altında fransız-ingilis qüvvələri möhkəmlənməyə başladı. Sultan II Əbdülhəmidin dövründə isə bu təzyiqlər davam etdi".
Ermənilərin 1918-ci ilin mart ayında Azərbaycanda törətdiyi qırğınlar nəticəsində 120 mindən artıq dinc insan vəhşicəsinə qətlə yetirilib. "Trend"in məlumatına görə, bunu AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi Vasif Qafarov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Uydurma "1915-ci il erməni soyqırımından" Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" adlı konfansda çıxışı zamanı deyib.
V.Qafarov qeyd edib ki, erməni qırğınlarına ən çox məruz qalan Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələri üzrə ermənilərin qətlə yetirdiyi insanların sayı 124 min 236 nəfərdən artıq, vurduğu maddi ziyan isə 8 milyard 235 milyon rubl təşkil edib: "İndiki rəqəmlərlə isə bu məbləğ 371 milyard dollar təşkil edir".
V.Qafarov qeyd edib ki, ermənilər indi qondarma "soyqırım" ilə bağlı iddialar irəli sürür, amma bununla bağlı heç bir sübut ortaya qoya bilmirlər: "Lakin biz ermənilər tərəfindən qətlə yetirilən insanların kimliklərini, qeydiyyatda olduqları əraziləri də üzə çıxarmışıq".
V.Qafarovun sözlərinə görə, təəssüf ki, dünya ictimaiyyəti ermənilərin uydurduğu saxta tarixin arxasınca gedib buna göz yumur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ