Türkiyə Silahlı Qüvvələri 1915-ci ilin hərbi arxivlərini açıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, açılmış sənədlərdən məlum olur ki, Türkiyə ermənilərin ölkə daxilində köçürülməsi zamanı onların təhlükəsizliyinə xüsusi diqqət ayırıb.
Sənədlərdə erməni quldur dəstələri və fərariləri barədə çoxsaylı faktlar göstərilib. Onlar 1915-ci ildə Anadolunun dinc sakinlərini qətlə yetiriblər.