şənbə günü, 28 noyabr 2026
     

İŞİD-in Qafqaz planları ilə bağlı daha bir hədələyici xəbərdarlıq...

Image


İŞİD terror qruplaşmasının Qafqazı özünə yeni əsas məskən seçəcəyinə dair son dövrlərdə edilən xəbərdarlıqların sayı getdikcə çoxalmaqdadır. Xüsusən də son bir neçə gün ərzində bu xüsusda diqqət çəkən bir neçə açıqlama verilib və ekspertlər İŞİD təhdidinin Qafqaz üçün həqiqətən artmaqda olduğunu bəyan edir.
Xatırladaq ki, bu günlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, ordu generalı Sergey Smirnov belə bir açıqlama ilə çıxış etmişdi ki, İŞİD terror qruplaşması Şimali Qafqazda tərəfdar toplamağa başlayıb. O bildirib ki, İŞİD başqa terror təşkilatlarına nüfuz etməyə başlayıb: "Onlar "İmarat Qafqaz" terror təşkilatına maraq göstərir". Onun sözlərinə görə, 1,7 minə yaxın Rusiya vətəndaşı İraqda İŞİD sıralarında vuruşur. Ümumiyyətlə isə, silahlı qruplaşmanın tərkibində 4 minə yaxın postovet sakini var. Belə bir vaxtda digər təhlükəli xəbərdarlıq xüsusi təyinatlı "Alfa" qrupunun keçmiş üzvü Sergey Qonçarovdan gəlib. O, "Qafqaz əmirliyi"nin əmiri Əbu Məhəmməd Dağıstaninin antiterror əməliyyatları nəticəsində öldürülməsinə münasibət bildirərkən deyib":Əbu Məhəmməd Dağıstaninin öldürülməsindən sonra İŞİD-in Qafqaza yolu açılır". Onun sözlərinə görə, Qafqazda terror təhlükəsi getdikcə daha da genişlənir: "Regionda təhlükəsizliyi qorumaq hazırda ən vacib məsələdir. Şimali Qafqazda terror təhlükəsi genişlənib. Bu da ümumi region ölkələrinə də təsir edir. Təbii ki, indiyə qədər antiterror əməliyyatları nəticəsində bir çox terrorçu öldürülüb. Mən Rusiya xüsusi xidmət orqanlarını uğurlu əməliyyata görə təbrik edirəm. Lakin bu son olmayacaq. Yenə də hansısa gənc qruplar ortaya çıxacaq və bu qruplaşmalara qoşulacaq". "Alfa"nın keçmiş əməkdaşı hesab edir ki, Dağıstaninin məhvi "Qafqaz əmirliyi"nin İŞİD-i dəstəkləyən qanadına stimul verir: "İndiyə qədər Dağıstani "Əl-Qaidə"yə bağlı idi. Onun ölümündən sonra İŞİD-in əmirliyə təsir imkanları artacaq".
Qeyd edək ki, "Qafqaz əmirliyi" Doku Umarovun ölümündən sonra iki hissəyə bölünüb. Bu günlərdə isə Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürülən Dağıstani "Əl-Qaidə"yə bağlı idi. Lakin 2013-cü ildən sonra əmirlik daxilində İŞİD tərəfdarları çoxalıb. Bu qrupa İŞİD-in məşhur çeçen komandiri Ömər Şişani rəhbərlik edir. Məhz belə bir vaxtda yayılan məlumatlara görə, Suriya və İraqda vəziyyəti pisləşən İŞİD öz qərargahını Qafqaza köçürür. Bunun əsas səbəblərindən biri Suriya və İraqda İŞİD-in xeyli sıxışdırılmasıdır. Hətta Britaniyanın "The Guardian" qəzeti yazıb ki, sözügedən terror təşkilatının lideri Əbubəkr Bağdadi ötən ay koalisiya qüvvələri tərəfindən təşkil edilən hücumda ağır yaralanıb.
Xəbərə görə, Bağdadi 18 martda İraqın Ninova vilayətində ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin hava hücumunda vurulub. "The Guardian" ilk günlər Bağdadinin həyatı üçün təhlükənin olduğunu, ancaq bir ay ərzində az da olsa yaxşılaşdığını bildirib. Koalisiya qüvvələrinin İŞİD-ə qarşı fəaliyyətini genişləndirdiyi bir vaxtda məlum olub ki,
"Taliban" və İŞİD təşkilatları bir-birinə qarşı cihad elan edib. Əfqanıstanın Helmand Təhlükəsizlik İdarəsinin rəhbəri Nabi Can Mulahelin sözlərinə görə, "Taliban" İŞİD-i müsəlman təşkilatı hesab etmir və ona qarşı cihad edilməsi çağırışındadır. Nabi Can Mulahel deyib ki, eyni zamanda İŞİD də "Taliban"ı İslam dininə qarşı sayır və ona qarşı cihad elan edib: "Əfqan təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, hazırda İŞİD hökumətin nəzarətindən çıxmış ərazilərdə fəaliyyətini gücləndirir və öz üzvlərinə təlimlər keçir".
Xatırladaq ki, Əfqanıstanda İŞİD-in varlığı 6 ay öncə Helmand şəhərində Taliban və İŞİD arasında baş vermiş döyüş nəticəsində gündəmə gəlib. Həmin vaxt Helmand şəhər rəsmiləri üzləri bağlı olan və əllərində qara bayraqlar daşıyan İŞİD üzvlərinin bu ərazilərdə "Taliban"la döyüşdüyünü bəyan etmişdi. Bundan əlavə, aprelin 18-də İŞİD-in Əfqanıstanda törətdiyi bombalı hücum nəticəsində 38 nəfər həyatını itirib. İndi "Taliban"ın da İŞİD-ə qarşı çıxması qruplaşmanın vəziyyətini daha da ağırlaşdırıb və onun üçün ən əlverişli vasitə yeni ərazilərə köçməkdir. Məhz bu fonda da Qafqazın adı daha çox hallanır. İŞİD-in Qafqaza gəlişi isə region üçün müsbət heç nə vəd etmir. Artıq region ölkələrində bununla bağlı həyəcan təbili çalınır.
Hətta bir neçə gün əvvəl Tiflisdə İŞİD qruplaşmalarının əleyhinə etiraz aksiyası keçirilib. Aksiyada paytaxt və ətraf rayonlardan gələn müxtəlif millətlərin nümayəndələri iştirak edib. "İŞİD, dayan!", "Terrorizm sərhəd bilmir!", "Qanlı əllərə yox!" və digər şüarlar səsləndirən iştirakçılar qeyd ediblər ki, İŞİD yalnız xristianları deyil, müsəlmanları da qətlə yetirir, uşaq və qadınları, qocaları amansızcasına və əzab-əziyyətlə öldürür, güllələyir, dinc və əliyalın əhalini kütləvi şəkildə məhv etmək üçün partlayışlar törədir.
Belə bir qruplaşmanının Qafqaza gəlişi isə, qeyd olunduğu kimi, region üçün yeni təhdidlərdən başqa bir şey deyil.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ