Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla "erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar İrəvana planlaşdırılan səfərini müzakirə edib. APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Məsələ ilə bağlı iki ölkə liderləri arasında söhbət olub. Ərdoğan Putinin Ermənistana səfər planlarından xəbərdardır”, - deyə o vurğulayıb.