şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Avropa Azərbaycana güvənərək "Qazprom"u sıxır
Tarix: 22.04.2015 / 04:57
Bölmə: Siyasət
Enerji bazarında son vəziyyətin təhlili Avropanın bu sahədə Rusiyadan olan asılılığına son qoymaqda israrlı olduğunu üzə çıxarır. Bu fonda isə Rusiyanın enerji nəhəngi olan "Qazprom" şirkətinə qarşı atılan son addımlar Kremlin Avropada mövqelərinin sarsılmaqda olduğunu göstərir. Məsələ burasındadır ki, Avropa İttifaqı "Qazprom" a qarşı hüquqi hücum hazırlayır.
Antiinhisar agentliklərindən alınan məlumatlarda bildirilir ki, Moskva bazardakı hegemon mövqeyindən sui-istifadə edərək müştəriləri qiymətdə aldadıb. Avropa İttifaqının ədalətli rəqabət komissarı Marqaret Vestager şirkətə qarşı hüquqi sənədin üzərində işləyir. "Qazprom"a qarşı sözügedən məsələ üzrə təhqiqat artıq iki ildir ki, davam edirdi. Bundan bir həftə əvvəl xanım Vestager Avropa İttifaqı inhisar qaydalarını pozduğuna görə ABŞ-ın internet nəhəngi "Google"a qarşı rəsmi ittiham irəli sürüb. Belə fikirlər də səslənir ki, Vestager "iradlar siyahısı" adlanan ittiham vərəqini "Qazprom"a ABŞ səfərindən qayıtdıqdan sonra təqdim edəcək. Rusiya şirkətinə yaxın mənbə "Reuters" agentliyinə bildirib ki, Moskva qiymət məsələsində həmişə "dostcasına razılaşmaya" üstünlük verib, lakin indi bu ittihamnaməni çox da yaxşı qarşılamayacaq. Onu da qeyd edək ki, "Qazprom" hələ ötən il bu məsələ barədə Vestagerin xələfi ilə dil tapmağa çalışsa da, uğur əldə edə bilməmişdi. Bundan əlavə, Ukrayna böhranına görə Rusiyaya olan ümumi münasibət də mənfiyə doğru dəyişib. Bütün bunlar isə "Qazprom" üçün Avropada müsbət heç nə vəd etmir. Artıq xeyli müddətdir ki, Avropa İttifaqının üzvləri, xüsusilə Şərqdəki yeni üzvlər qurum rəhbərliyindən Rusiyanın enerji təzyiqlərinə qarşı dura bilmək üçün ümumi siyasətin keçirilməsini tələb edir. Avropa Komissiyası bu tələbdən sonra olduqca maraqlı bir sənəd qəbul edib. Həmin sənədə görə, quruma üzv ölkələr energetika sahəsində bağladıqları dövlətlərarası sazişləri Avropa Komissiyası ilə razılaşdırmalıdır. Bağlanmış bütün sazişlər də Avropa İttifaqının rəqabət haqqında qanunvericiliyinə uyğunluğunun yoxlanması üçün Avropa Komissiyasına təqdim olunmalıdır. Qanunvericiliyə zidd məqamlar aşkarlanarsa, sazişlərə düzəliş edilir. Ekspertlərin fikrincə, bütün bunlar Rusiyanın Avropa İttifaqı üzvü olan ölkələrlə imzaladığı qaz sazişlərinin taleyini şübhə altında qoyur. Qeyd olunduğu kimi, artıq Avropa Komissiyası Rusiyanın "Qazprom" şirkətinə qarşı antiinhisar araşdırması ilə bağlı hüquqi ittiham hazırlayır. Bunlar isə Rusiyaya müsbət heç nə vəd etmir.
Proseslər göstərir ki, "Qazprom"un Avropa ölkələrinə təzyiq göstərməsinə artıq Avropa İttifaqı kəskin reaksiya verir. Brüsselin bu məsələdə əsas silahı isə rəqabətdir, yəni alternativ mənbələrin axtarılmasıdır. Hesab edilir ki, rəqabətin gücləndirilməsi həm də "Qazprom"u qiymətləri aşağı salmağa məcbur edəcək. Fərqli mənbələrdən Qərbə uzanan yeni enerji kəmərləri də "Qazprom"un inhisar ərazilərinə gətirilə bilər. Onlardan biri TANAP-dır və bu kəmərlə Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qaz müxtəlif Avropa ölkələrinə çatdırılacaq. Analitiklərin qənaətinə görə, Avropanın Rusiyaya qarşı atdığı son addımlar "Şahdəniz-2" layihəsi ilə birbaşa bağlıdır. Çünki məhz bu layihə ilə Avropa Rusiya qazından asılılığı azaltmaq üçün alternativ mənbəyə ilk dəfə çıxış əldə edir. Doğrudur, Azərbaycanın "Şahdəniz"dən TANAP və TAP kəmərləri ilə Avropaya nəql edəcəyi qazın həcmi elə də böyük deyil və ildə 10 milyard kubmetr təşkil edəcək. Ancaq siyasi baxımdan Avropa Azərbaycan qazına birbaşa çıxış əldə etməklə "Qazprom"a təzyiq rıçaqları da əldə edir. Digər tərəfdən, Azərbaycanla yanaşı Türkmənistan qazının da Avropaya nəqli planlaşdırılır.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevtsoviç yenidən bildirib ki, Avropa İttifaqı Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulması üçün əlindən gələni edəcək. O deyib ki, rəsmi Aşqabad bu layihəyə qoşulmaqda maraqlıdır. Türkmənistan hökumətinə rəsmi məktub göndərilib. Avropa İttifaqı bunun üçün Azərbaycan və Türkmənistanla anlaşma memorandumu imzalamaq, Türkmənistan qazının Avropaya çıxarılmasında daha yaxşı əməkdaşlığın yollarını müzakirə etmək fikrindədir. M.Şevtsoviç Cənub Qaz Dəhlizi layihəsilə bağlı onu da vurğulayıb ki, hələlik yalnız diplomatik kanallarla əlaqə saxlanılır, amma çox yaxın vaxtlarda bununla bağlı siyasi müzakirələrə başlanacaq. Xatırladaq ki, ilk Azərbaycan qazı 2019-2020-ci illərdə Avropa bazarına çıxarılacaq. Xəzər qazını Gürcüstan-Türkiyə, ordan isə Avropaya çıxaracaq şaxələnmiş layihənin təməlqoyma mərasimi ötən ilin sentyabrında keçirilib. Uzunluğu 3500 kilometrdən çox olan və 7 ölkədən keçən layihə Cənub Qaz Dəhlizi adlanır. Onun dəyəri 45-50 milyard dollar həcmindədir. TAP, TANAP və Cənub Qafqaz Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir. Avropa bu kəmərə çox böyük ümidlə baxır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ